Son xəbərlər

 

Son günlər bəzi rayonlarda kəsim məntəqələrində ətin qiymətində enmə müşahidə olunur.

 

Axar.az Azərtac-a istinadən xəbər verir ki, belə rayonlardan biri Ağsudur. Satıcıların sözlərinə görə, əvvəllər 15, hətta 16 manata satılan dana ətinin 1 kiloqramının qiyməti hazırda rayon ərazisində 13-14 manata təklif olunur.

Ət satışı ilə məşğul olan Ulduz Allahyarov bildirib ki, qiymətin enməsinə səbəb heyvan bazarındakı ucuzlaşma ilə bağlıdır:

“Son bir neçə gündə heyvanın diri çəkisinin qiymətində qeydə alınan ucuzlaşma ət dükanlarında da qiymətə təsir edib. Buna görə də hazırda kəsim məntəqələrində qiymətlər 1, bəzi yerlərdə 2 manat aşağı enib”.

Digər satıcılar isə qiymətin aşağı düşməsini alıcıların azalması ilə əlaqəndirirlər. Satıcıların sözlərinə görə, əvvəllər 150 kiloqram çəkisi olan dananın əti bir gündə satılıb qurtarırdısa, indi 3 günə də satılmır. Bu isə qiymətə də təsir göstərib. Həmçinin hazırda yem bazarında da qiymətlər stabil olduğundan, kəndlilər heyvanları çox da baha təklif etmək niyyətində deyil. Çünki onlar heyvanı baha satanda kəsim məntəqələrində də qiymətlər bahalaşır. Nəticədə alıcı qıtlığı yaranır ki, bu da kəndlilərə sərf etmir.

Ağsuda dana ətindən fərqli olaraq, quzu ətində ucuzlaşma müşahidə edilmir. Hazırda rayonun bütün ət satışı dükanlarında quzu ətinin bir kiloqramının qiyməti 17 manatdır.

Məlumata görə, Ağdam və Bərdə rayonlarında da dana ətinin qiymətində enmə müşahidə olunur. Belə ki, Bərdə rayonunda dana əti 14 manatdan 13 manata, quzu əti 18 manatdan 17 manata düşüb. Qoç ətinin qiyməti də 1 manat enib.

Ağdam rayonunun bəzi ərazilərində ətin qiyməti ensə də, bir sıra kəndlərdə əvvəlki qiymətə satılır. Quzanlı qəsəbəsində dana əti 14 manatdan 13 manata, quzu əti 17 manatdan 16 manata, qoç əti 16 manatdan 15 manata enib.

04 May 2024 Rusiya şəkərin ixracına qadağa qoydu
03 May 2024 “Kontakt”da 70%-dək endirimli “Super günlər” başladı
01 May 2024 1 milyonu mənimsəyən Bayramova həbs edildi
01 May 2024 “Bank of Baku”dan bütün market, YDM və restoranlarda - 5% KEŞBEK
01 May 2024 “XalqKart”ı pulsuz əldə edin!
01 May 2024 Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır
01 May 2024 “Birbank” taksit kartı ilə ilk alış-verişdə 10% keşbek qazanın
01 May 2024 Xarici ticarət dövriyyəsi azaldı: nə baş verir?
30 Aprel 2024 “Araz” supermarketlər şəbəkəsi yerli istehsalçıların inkişafını dəstəkləyir
30 Aprel 2024 “Azeri Light” bu gün neçəyə satılır?
26 Aprel 2024 Maaş artımına hazırlıq gedir: 40% daha çox ayrıldı
19 Aprel 2024 Bu avtomobillərin qiyməti ucuzlaşacaq
16 Aprel 2024 Azərbaycan elektromobil idxalını artırdı
14 Aprel 2024 Sabah 3 rayonun bəzi ərazilərində qaz olmayacaq
13 Aprel 2024 Bu tələbələrin ailəsinə ayda 200 manat ödəniləcək
13 Aprel 2024 Tikinti materialları ucuzlaşdı - Video
12 Aprel 2024 Balın qiyməti bahalaşacaq - Video
09 Aprel 2024 Azərbaycanda illik inflyasiya açıqlandı
08 Aprel 2024 Qazaxıstan bankları da Rusiyadan imtina edir
05 Aprel 2024 Bu valideynlər hər ay 395 manat ala bilər - Video
03 Aprel 2024 Konsulluğa hücum İran pulunu ucuzlaşdırdı
01 Aprel 2024 Prokurorluqdan sosial yardımlarla bağlı müraciət
01 Aprel 2024 Sosial yardım alanlar kəskin azaldı - Səbəb
01 Aprel 2024 Mərkəzi Bank valyuta ehtiyatlarını 27,6% artırdı
01 Aprel 2024 "Unibank"da yeni təyinat - FOTO
27 Mart 2024 Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər - Şad xəbər
27 Mart 2024 AB Azərbaycana neft məhsullarının ixracını artırdı
25 Mart 2024 Ölkəmizdən Rusiyaya nə qədər yumurta ixrac edilib?
21 Mart 2024 Türkiyə MB uçot dərəcəsini 50%-ə qaldırdı
20 Mart 2024 Azərbaycan buğda idxalını kəskin azaldıb