Son xəbərlər

Bu şəxslərin pensiyaları artırılır — Yeni qanun















Bu məqsədlə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Əmək pensiyaları haqqında” qanunlarına dəyişikliklər təklif edilir.
Mövcud qanunvericiliyə əsasən, kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası onların xidmətdən tərxis olunan günə aldıqları pul təminatından hesablanır.

“Əmək pensiyaları haqqında” qanun 1.0.5-ci maddəsində pul təminatı dedikdə hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğ başa düşülür.

“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanun 20.3-cü maddəsinə müvafiq olaraq kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularına pensiya təyin edilən zaman onların xidmətdən tərxis olunan günə aldıqları miqdarda bütün növ pul təminatı (ərzaq payı əvəzinə verilən pul kompensasiyasından başqa digər növ kompensasiya, birdəfəlik ödəmələr və müavinətlər istisna olmaqla) nəzərə alınır.

Digər bir məqam isə ondan ibarətdir ki, bu qrupa aid edilən şəxslər xidmətdən tərxis olunmazdan əvvəl sərəncama götürülür, bir müddət sərəncamda qalır, daha sonra isə xidmətdən tərxis olunurlar. Belə olan halda onların pensiya hesablanan pul təminatının məbləği aşağı olur. Belə ki, bu hallarda birbaşa xidmətlə əlaqədar bəzi əlavələr (məxfi sənədlərlə iş, peşəkarlığa, mühüm tapşırıqlara, xidmətdə fərqlənməyə görə əlavələr) və sonrakı artımlar pensiyada nəzərə alınmır.
Qanunvericilik təşəbbüsü hüququ subyekti isə kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin pensiya təminatının yaxşılaşdırılması məqsədi ilə yeni təkliflə çıxış edib.

Qanunvericiliyə edilən təklifı əsasən kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçuları sərəncamdan tərxis olunarkən onların pensiyası sərəncama götürüldüyü günə aldıqları pul təminatından hesablansın. Layihənin maliyyə tutumu digər aidiyyəti dövlət orqanları ilə yanaşı, Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə də razılaşdırılıb.

Qanunvericiliyə təklif olunan dəyişiklik layihəsi Milli Məclisin aprelin 23-də keçiriləcək plenar iclasının gündəliyinə salınıb.
Problemli kreditlərlə bağlı apelyasiya komissiyası yaradıldı















Maliyyə Bazarlarına Nəzarət Palatası Apelyasiya Komissiyası yaratdı

Prezident İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli məsələlərinə dair imzaladığı fərmanın icrası prosesində dünəndən etibarən yeni mərhələ başlanıb. Belə ki, fərmana əsasən Maliyyə Bazarlarına Nəzarət Palatası vətəndaşlara ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək Maliyyə Nazirliyi və Mərkəzi Banka məlumat verməlidir.

Fərmanda nəzərdə tutulan bu vəzifənin icrası məqsədilə Palata tərəfindən elektron baza yaradılıb. Bazaya fəaliyyətdə olan bütün banklar üzrə məlumatlar daxil edilsə də, bağlanmış banklarla bağlı məlumatların dəqiqləşdirilməsi prosesi davam edirdi. Palatadan aldığımız məlumata görə, artıq bu proses də yekunlaşıb və fərmanın əhatə dairəsinə düşən bütün fiziki şəxslərlə bağlı məlumatlar bazaya yüklənib.

Onu da qeyd edək ki, dünəndən etibarən fərmanın əhatə dairəsinə düşən vətəndaşların banklarla münasibətlərinə dair narazılıqlar da çoxalıb. Belə ki, redaksiyamıza müraciət edən vətəndaşların bir qismi elektron bazada bir neçə gün əvvəl olan məlumatlarla dünənə olan məlumatlar arasında fərqin olduğunu, digər qisim isə bağlanmış banklardan onların kompensasiya hüququnun olmadığına dair şifahi məlumat verilməsindən narazılıq edirlər.

Maliyyə Bazarlarına Nəzarət Palatası bu kimi şikayətləri araşdırmaq üçün Apelyasiya Komissiyası yaradıb və komissiya yaxın günlərdə fəaliyyətə başlayacaq. Palatadan verilən məlumata görə, komissiya sözügedən məsələ ilə bağlı prezident İlham Əliyevin fevralın 28-də imzaladığı fərmanın əhatə dairəsinə düşməyən vətəndaşların şikayətlərini araşdıracaq. Həmin şəxslərin müraciətləri onlayn rejimdə qəbul ediləcək və hər müraciətə 14 iş günü müddətində baxılıb cavab verilməsi nəzərdə tutulub (Report).

Apelyasiya Komissiyası ilə yanaşı, banklarda da problemli kreditlərlə bağlı işçi qrupları fəaliyyət göstərəcək və vətəndaşları narahat edən məsələlərə aydınlıq gətirəcəklər.

Güzəştlərdən faydalanacaq müştərilərin siyahısı ilkin olaraq dəqiqləşdirilib və fiziki şəxslər bu siyahıda adı olub-olmamasını problemli kreditlər üzrə kompensasiya ödənişi və restrukturizasiyası ilə bağlı yaradılan portal vasitəsilə yoxlaya bilərlər.

Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı işlərin icrası nəticəsində prezident fərmanının əhatə dairəsinə düşən bütün vətəndaşlara SMS göndəriləcək. Fəaliyyətdə olan bankların müştəriləri SMS-i həmin banklardan, ləğv prosesində olan bankların, eləcə də bank olmayan kredit təşkilatlarının müştəriləri isə SMS-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-dən alacaqlar.

Fərmana əsasən kompensasiya ödənişi və ya restrukturizasiya bütün xarici valyutada olan kreditlərə şamil edilir. Bu zaman kompensasiya ödənişi həmin kreditlərin valyutalarının 2015-ci il 21 fevral və 21 dekabr tarixlərinə, restrukturizasiya isə 2019-cu il 1 mart tarixinə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq hesablanmaqla həyata keçirilir.

Qeyd edək ki, fərmana əsasən, ən geci mayın sonunadək bütün kompensasiyalar ödəniləcək. Ödənişlərə isə aprelin sonundan başlanılacaq.
Azərbaycanda yerləşən qəribə kənd adları — SİYAHI















Milli.az Azərbaycanın müxtəlif bölgələrində yerləşən qəribə adlı kəndlərin siyahısını təqdim edir.
Dandıx - Qəbələ rayonunun Zəngəlqaya dağının ətəyində yerləşib. Yaşayış məntəqəsini XlX-cu əsrin əvvəllərində Tikanlı kəndindən köçüb gəlmiş ailələr Dandıx adlı yerdə salmışlar. Danlıq coğrafi termin kimi "bozqır, otsuz yer", "quru yer", "çılpaq yer" mənasındadır. Dan sözünün "quru" mənasına Abşeron yarımadasındakı Danşor gölünün adında da rast gəlmək olar.

Bum - Qəbələ rayonu ərazisində yerləşən bu kənd həmçinin dağların ətəyində yerləşdiyinə görə çox gözəl mənzərəyə və havaya sahibdir.

Vəndam - 24 iyun 2005ci ildə Vəndam kənd inzibati ərazi vahidi tərkibindəki Vəndam kəndinə qəsəbə statusu verilmiş, Vəndam kənd inzibati ərazi vahidi Vəndam qəsəbə inzibati ərazi vahidi adlandırılmışdır. "Qalaüstü yeri" VI-IX əsrlərə aid olan arxeoloji abidə sübut edir ki, buranın qədim tarixi var.

Bılıx - Vaxtilə Bılıx dağının ətəyində bu adda kənd mövcud olub, indi hətta onun xarabalıqları da mövcuddur. Hazırda isə Qəbələ rayonun kəndlərindən biridir. Bılıx sözünün mənası "gəlib-getmişlər" deməkdir.

Ətyeməzli - Ağdam rayonunun kəndlərindən biridir. Bu kəndin adı əslində atyeməzlər tayfasının adı ilə bağlı olub "at əti yeməyənlər" deməkdir. Atyeməzli kəbirli tayfa qrupuna daxil olan qərvəndli elinin bir qoludur. Həmçinin, İranın Xorasan vilayətində də Atyeməz adlanan kənd adı məlumdur. Atyeməzlilər vaxtilə Cənubi Azərbaycanın Atyeməz mahalından gəliblər.

Pirzadlı - Ağdam rayonunda yerləşir. Bu kənd XIX əsrin əvvəllərində burada yaşamış 4 ailədən ibarət kiçik bir maldar elin adındandır.

İnəkboğan - Gədəbəy rayonu ərazisində Şahdağ silsiləsinin ətəyində yerləşir. Həmin ərazidə axan eyniadlı çayın adını daşıyır.

Mırtı - Göyçay rayonu ərazisində yerləşir. Kənd Şirvan düzündədir. Əsl adı Murtu olmuşdur. Təklə tayfasının murtu tirəsinin məskunlaşması nəticəsində yaranmışdır.

Potu - Göyçay rayonu ərazisində yerləşir. Keçmiş adı Potubazar olub.

Düdükçü - Xocavənd rayonunun Edilli inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin ətəyindədi yerləşir. Keçmiş adı Kolatağ olub. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsində dudukcu nəslinə mənsub ailələr məskunlaşdığı üçün belə adlandırılıb.

Bağırsaq - Kəlbəcər rayonu ərazisində yerləşir. Kənd halhazırki adını ərazidəki eyniadlı çay dərəsindən və bulaqlardan alıb. Bura dərənin relyef formasının əyri-üyrülüyünə, bağırsaqşəkilli olmasına görə belə adlandırılıb. Kənd 1917-ci ildə Baqarsıx variantında qeydə alınıb.

Könüllü - Şəmkir rayonu ərazisində yerləşir. Belə güman edilir ki, 1920-ci illərdə yeni yaşayış məntəqəsi salmaq üçün dövlət Qarayir adlı ərazidə torpaq sahəsi ayırsa da, oraya hec kim köçmür. 30-cu illərin əvvəllərində şair Əhməd Cavad burada ilk dəfə özünə ev tikdirmiş, bir qədər sonra isə onun təşəbbüsünə könüllü qoşulan Seyfəli camaatının Abbaslı kəndinin Kələntərli məhəlləsi buraya köçmüş və kənd o zamanlar Körpüqıran adlanmışdır. Könüllü eyni zamanda bir tayfanın adıdır. 

Qırmızı Saqqallar - Tərtər rayonun ərazisində yerləşir. Hazırda erməni təcavüzkarları tərəfindən işğal altındadir.

Qarabaldır - Oğuz rayonun ərazisində yerləşir. Etnotoponimdir. "Qarabaldır" adındakı "qara" böyük, güclü, qüvvətli deməkdir, "baldır" isə çıxıntı sözlərindən yaranıb "böyük çıxıntı" mənasını verir.
Eyniadlı kənd Qax rayonu ərazisində də mövcuddur.

Hapıtlı - İsmayıllı rayonun kəndlərindən biridir. Kəndin adı haputluların adından götürülüb. Haputlular Qafqaz mənşəli olub, Qafqaz xalqlarının Nax-Dağıstan qrupunun Şahdağ yarımqrupuna aid etnik xalqdır. . Əsasən Quba, Xaçmaz, Qəbələ, İsmayıllı, Ağdaş rayonlarında və Bakı, Sumqayıt şəhərlərində yaşayıblar. Kompakt halda isə hazırda Quba rayonunun Haput, İsmayıllı rayonun Hacıhətəmli, Haputlu və Mollaisaqlı kəndlərində məskunlaşıblar. Onlar Qafqaz dil ailəsinə mənsub Haput dilində danışırlar..
Taxtalar - Şabran rayonu ərazisində yerləşir. Kəndin əhalisi 532 nəfərdən ibarətdir. 

Burunlu - Zərdab rayonu ərazisində yerləşən kəndlərdən biridir. 

Ətcələr - Sabirabad rayonun ərazisində yerləşir. Hazırda Masallı rayonu ərazisində də eyni adlı kəndin olduğu məlumdur.

Soğanverdilər - Bərdə rayonun ərazisində yerləşən kəndlərdən biridir. 

Lallar - Cəlilabad rayonun kəndlərindən biridir. Yerli əhali Çanşalı da adlandırır.

Yanıxlı -Tovuz rayonu ərazisində yerləşir. Toponimdir. Qıpçaqların uran tayfasının adı ilə bağlı olması güman edilir.

Qozağacı - Siyəzən rayonu ərazisində yerləşir. 

Qızqayıtdı - Neftçala rayonu ərazisində yerləşir. 

Aşağı Ayıblı - Tovuz rayonun ərazisində yerləşir. Araşdırmalar gostərir ki, bu kəndin ilkin adı Çıraqlılar olub. Zəyəmçay üzərində məskun olan çıraqlıların hakimi Eyyubxan olub. XVII-XVIII əsrlərdə kənd Eyyublu kimi də qeydə alınıb. Sonralar Eyyublu təhrif olunaraq Ayıblı şəklinə düşüb. 

Boranıkənd - Salyan rayonunun kəndlərindən biridir. Yaşayış məntəqəsini qaraqoyunluların baranilar tayfasına mənsub ailələrin saldığı güman edilir. Boranı (tərəvəz novu) və kənd sözlərinin birləşməsi kimi "boranı əkilən, yetişdirilən kənd" mənasında da izah edirlər.

Dəlləklər - Yevlax rayonunun kəndidir. Etnotoponimdir. Keçmış adı Vəlibəyli olub. Bununla bərabər, rayonun İsmayılabad kəndində Dəlləklilər məhəlləsi, Qaraoğlan kəndində isə Dəlləkli oymağı coğrafi adlarının olması məlumdur. Güman edilir ki, kənddə həmin oymaqdan və ya məhəllədən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaşayış məntəqəsinə bu ad verilib.

Xoruzlu - Tərtər rayonunun kəndidir. Kəngərli tayfa birliyinə daxil olan xoruzlu tirəsinin adı ilə bağlıdır.

Cimi - Quba rayonun kəndidir. Yerli əhalinin məlumatına görə, kənd XVI əsrdə bir neçə dağ kəndindən köçmüş ailələrin bir yerə cəmləşməsi nəticəsində yaranmış və ərəb dilindəki cəm sözü ilə Cəmi adlandırılmışdır. Əslində isə kənd öz adını kəndin ərazisindəki Cimi adlı mineral bulaqların adından götürüb.

Cek - Quba rayonun kəndidir.Etnotoponim olan kəndin adı çox güman ki, Şahdağ xalqlarının nümayəndələrindən biri olan ceklilərinin adı ilə bağlıdır.

Qaymaqlı - Qazax rayonun kəndidir. Yaşayış məntəqəsi özündə qədim türkdilli qaymaq (kimak, kaymak) tayfasının adını əks etdirir. Qıpçaq tayfa ittifaqına daxil olan qaymaqların əsas hissəsi 8-9-cu əsrlərdə Qərbi Sibirdə, İrtış çayının orta axarı boyunda yaşayıblar. 9 əsrin ortalarında qıpçaqların tərkibində qərbə doğru hərəkət ediblər. Bir hissəsi XI-XII əsrlərdə gürcü çarların dəvəti ilə Şərqi Gürcüstana, oradan isə Azərbaycana köçüblər.
Azərbaycanda gənclər turizm sahəsində işlə təmin olunacaq














Bakıda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə turizm sahəsində gənclərin məşğulluğu məsələlərinin həlli məqsədi ilə əmək yarmarkası keçirilib.
Yarmarka barədə Trend-ə Assosiasiyanın rəhbəri Səkinə Babayeva məlumat verib.

Onun sözlərinə görə, yarmarka "Gənclərin həmrəyliyinə dəstək" İctimai Birliyinin reallaşdırdığı gənclər layihəsi çərçivəsində keçirilib:

"Yarmarka gənclər arasında böyük marağa səbəb olub. Bu cür tədbirlər keçirməklə gənclərə işədüzəlmə ilıə bağlı onları maraqlandıran məlumatlar təqdim olunur".
S.Babayeva bildirib ki, yarmarka Azərbaycanda biznes mühitinin yaxşılaşmasında turizm sahəsinin rolunun gücləndirilməsinə yönəlib.

Qeyd edək ki, əmək yarmarkası aprelin 12-13-də "Aqro Mall" ticarət mərkəzində keçirilib.
Azərbaycan əhalisinə ŞAD XƏBƏR VAR - Bu ayın sonuna kimi...















Yeni təyin olunmuş təqaüdlər bu ayın sonuna kimi veriləcək. 

Bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov yaranmış gecikmələrlə bağlı açıqlamasında bildirib. 

"Bildiyiniz kimi, əmək pensiyası alan birinci qrup əlilliyi olan şəxslər, habelə, onlara, sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər və müharibə veteranları (o cümlədən, əmək pensiyası alanlar) üçün aprelin 1-dən Prezidentin aylıq təqaüdü təsis edilib.

Aprel ayı üzrə pensiyaların ödənişinə başlanılsa da, əmək pensiyası alan birinci qrup əlilliyi olan şəxslərə və müharibə veteranlarına pensiyalarla birgə yeni təsis olunmuş təqaüdlərin hələlik verilməməsi ilə bağlı narahatlığa əsas yoxdur.

Qeyd olunan təqaüdlər yeni təsis olunduqları üçün bu istiqamətdə texniki prosedurların həyata keçirilməsi müəyyən vaxt tələb edir.

Vətəndaşların diqqətinə çatdırırıq ki, onlar yeni təsis olunmuş təqaüdlərini elə aprel ayından alacaqlar. Yəni əmək pensiyası alan birinci qrup əlilliyi olan şəxslər, habelə, onlara, sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər və müharibə veteranları (o cümlədən, əmək pensiyası alanlar) üçün yeni təyin olunmuş aylıq təqaüdlərin elə aprel ayından hesablanmaqla bu ayın sonunda verilməsi təmin olunacaq”, - o qeyd edib. //Oxu.az
Bulvar sahilində Xəzərin dibindən 445 ton ağırlığında üç gəmi korpusu çıxarılıb – FOTOLAR















“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus gəmilər dənizin dibindən batmış gəmi hissələri çıxarıblar.

QSC-dən verilən məlumata görə, Ağ şəhər bulvarının su akvatoriyasının metal hissələrdən təmizlənməsi işləri çərçivəsində Xəzər dənizinin dibindən ümumilikdə 445 ton ağırlığında üç gəmi korpusu çıxarılıb.

Korpuslar müvafiq olaraq 180, 200, 65 ton olub. Batmış hissələri əvvəlcə dalğıclar kəndirlə bağlayıb, daha sonra kran gəmisinin köməkliyi ilə onlar “Barja-701” barjının göyərtəsinə qoyulub. Yedək gəmiləri ilə barjdakı gəmi hissələri sahilə çatdırılaraq metal qırıntısı kimi təhvil verilib.

Həyata keçirilən işlərə Xəzər Dəniz Neft Donanmasının “Qurban Abasov”, “Socar-1”, “Barja-701”, “Hövsan-5”, “Abşeronskaya-6”, “SPK-47/25”, “Hövsan-2” kimi gəmilər və barjı cəlb edilib.

Qeyd edək ki, ətraf mühitin qorunması ASCO üçün əsas davamlı inkişaf meyarlarından biridir. Bu baxımdan ASCO-da ətraf mühitə zərərin vurulmaması üçün mütəmadi zəruri qabaqlayıcı tədbirlər görülür. Gəmilərin istismarı zamanı yaranan müxtəlif çeşidli bərk və maye tullantıların, habelə qaz atqılarının su mənbələrinə, qrunta və atmosferə ekoloji təsirlərinin minimuma endirilməsi daim çox ciddi diqqət mərkəzində saxlanılır.

Bulvar sahilində Xəzərin dibindən 445 ton ağırlığında üç gəmi korpusu çıxarılıb – FOTOLAR
Bulvar sahilində Xəzərin dibindən 445 ton ağırlığında üç gəmi korpusu çıxarılıb – FOTOLAR
Bulvar sahilində Xəzərin dibindən 445 ton ağırlığında üç gəmi korpusu çıxarılıb – FOTOLAR
 

 

Azərbaycan kartof idxalından imtina etməyi planlaşdırır














Azərbaycan kartof idxalından tamamilə imtina etməyi planlaşdırır.

Bunu Trend-ə Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Bəşir Quliyev deyib.

O qeyd edib ki, 2018-ci ilin sentyabr-oktyabr aylarında kartof idxalına gömrük rüsumu dərəcəsi artırılıb və bunun hesabına yerli istehsalçılar öz məhsulunu sata bilib:

“Bu gün bu sahəyə böyük maraq var və investisiyalar qoyulur. Lazımi şərait yaradılır, məhsulun saxlanması üçün anbarlar tikilir”.

Assosiasiya rəhbərinin sözlərinə görə, hazırda kartof əsasən Rusiya, Belarus, İran və Türkiyədən idxal, Rusiyaya isə ixrac olunur.

Daha sonra pomidorlardan danışan B.Quliyev bildirib ki, Azərbaycanda istehsal olunan pomidorlar əsasən Rusiyaya ixrac olunur.

O əlavə edib ki, Rusiya son illərdə pomidor istehsalını artırdığı üçün Azərbaycandan Rusiyaya pomidor tədarükü gələcəkdə azala bilər.
Azərbaycanda bu dərman vasitələrinin idxalı və satışı QADAĞAN edildi (SİYAHI)














Səhiyyə Nazirliyi fenspirid tərkibli bir sıra dərman vasitələrinin bütün seriyalarını geri çağırıb.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən Minval.İnfo-ya verilən məlumata görə, Avropa Dərman Agentliyinin 15 fevral 2019-cu il tarixli EMA/114407/2019 nömrəli “Ürək ritm problemləri yaratması ilə bağlı potensial risk səbəbindən fenspirid tərkibli dərman vasitələrinin qeydiyyatının dayandırılması” adlı sənəd dərc edilib.

Sənədə əsasən Avropa Dərman Agentliyinin (EMA) farmakonəzarət üzrə risklərin qiymətləndirilməsi komitəsi (PRAC) uşaq və yetkinlərdə ağciyər xəstəlikləri ilə əlaqədar yaranan öskürəyin aradan qaldırılması üçün istifadə olunan fenspirid tərkibli dərman vasitələrinin Avropa Birliyində qeydiyyatının dayandırılması təklifini irəli sürüb.

Qeydiyyatın dayandırılması pasiyentləri qorumaq üçün bir tədbirdir və PRAC QT intervalının uzanması və “torsades de pointes” (ürək ritm problemlərinə yol aça bilən ürəyin elektrik fəaliyyəti anomaliyaları) riskini nəzərdən keçirir. Keçmişdə bu dərmanları qəbul edən xəstələrdə ürək ritminin problemləri bildirilmişdir. Fenspirid və ürək ritm problemləri arasındakı potensial əlaqəni araşdırmaq üçün fenspirid tərkibli dərman vasitələrinin insanlarda QT intervalının uzatma potensialına malik olduğunu göstərən heyvan tədqiqatları aparılmışdır. PRAC, mövcud olan bütün sübutları araşdırır və AB-də fenspirid tərkibli dərman vasitələri barədə tövsiyələr verir. Qiymətləndirmə başa çatdıqdan sonra, EMA məlumat verməyi, pasiyent və tibb işçilərinə yenilənmiş rəhbərlik təqdim etməyi planlaşdırır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Səhiyyə Nazirliyi Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən fenspirid tərkibli dərman vasitələrinin təhlükəsizliyi və risk-fayda nisbəti araşdırılır.

Araşdırmaların davam etdiyi müddətdə əhalinin sağlamlığının qorunması və pasiyentlərin potensial riskdən qorunması məqsədi ilə fenspirid tərkibli aşağıdakı dərman vasitələrinin bütün seriyaları geri çağırılmışdır:

Sıra
№-si

Dərman
vasitəsinin adı

BPA və doza Forması və ticarət qablaşdırması İstehsalşı şirkət , ölkə
1 Erespal fenspiride hydrochloride 10 mg/5 ml şərbət 100 ml flakonda №1, karton qutu qablaşmada Les Laboratoires Servier İndustrie, Fransa
2 Erespal fenspiride hydrochloride 80mg örtüklü tabletlər №30
Les Laboratoires Servier İndustrie, Fransa
3 Tirfens fenspiride hydrochloride 2 mg/ml şərbət 100 ml flakonda №1, karton qutu qablaşmada, örtüklü tabletlər №28 World Medicine İlaç Sanayi ve Ticarət A.Ş., Türkiyə
4 Tirfens fenspiride hydrohloride 80 mg örtüklü tabletlər №20 (10×2), №30 (10×3), blisterdə karton qablaşmada World Medicine İlaç San. ve Tic. А.Ş., Turkiyə
Azərbaycan Respublikasında fenspirid tərkibli dərman vasitələrinin idxalı, pərakəndə və topdan satışı qadağan edilmişdir.

Pasiyentlər üçün məlumat

• Təhlükəsizlik məlumatları göstərir ki, fenspirid tərkibli öskürək əleyhinə dərmanlar qəfil ciddi ürək ritm problemlərinə səbəb ola bilər.

• Pasiyentlərə araşdırmaların davam etdiyi müddətdə fenspirid tərkibli dərman vasitələrinin istifadəsini dayandırmaq tövsiyə edilir.

• Fenspirid tərkibli dərman vasitələrini istifadə edən pasiyentlər ürək ritm problərinə məruz qala bilərlər.

• Əgər öskürək əleyhinə fenspirid tərkibli dərman vasitəsi qəbul edirsinizsə, alternativ müalicələr haqqında məsləhət almaq üçün həkim və ya əczaçıya müraciət edin.

• Əgər istifadə etdiyiniz dərmanla bağlı hər hansı narahatlıq varsa, onları həkim və ya əczaçı ilə müzakirə edin.

Tibb işçiləri üçün məlumat

• Araşdırmaların davam etdiyi müddətdə, tibb işçiləri pasiyentlərə fenspirid tərkibli dərman vasitələrinin istifadəsinin dayandırılmasını məsləhət görməlidirlər.

• Fenspirid tərkibli dərman vasitələrinin istifadəsinin müvəqqəti dayandırılması son aparılan klinikaya qədər tədqiqatlara (hERG kanal birləşməsi və in vitro heyvan modelləri üzərində tədqiqatlar) əsaslanır və fenspiridin insanlarda QT intervalının uzanması potensialına malik olduğunu göstərir. Bu məlumatlar, fenspirid və QT intervalının uzanması / torsades de pointes arasındakı ehtimal olunan şübhəli əlaqənin olmasını təsdiqləyir.

• Fenspirid tərkibli dərman vasitələrinin simptomatik müalicə üçün istifadə olunduğunu və QT intervalının uzamasının ciddiliyi nəzərə alınmaqla, bu tərkibli dərmanların təcili olaraq Səhiyyə Nazirliyi Farmakoloji və Farmakopeya Ekspert Şurasının yekun qərarının nəticələrinə qədər təxirə salınır.
Yasamalda beş küçənin təmiri yekunlaşıb














Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) bu ilin əvvəlindən Yasamal rayonu üzrə start verilən təmir-tikinti işləri çərçivəsində artıq 5,3 km uzunluğa malik 5 küçənin 85 min kv.m-dən çox sahəsində təmir-tikinti işlərini yekunlaşdırıb.

Agentlikdən verilən xəbər görə, bunlar, hər birinin uzunluğu 1,6 km olan Məhəmməd Xiyabani və Əsəd Əhmədov küçələri, sözügedən küçələri birləşdirən 0,4 km uzunluğa malik “A Keçidi” küçəsi, 1 km-lik “7-ci Alatava” küçəsi və 0,7 km uzunluğunda Şəfayət Mehdiyev küçəsidir.

Sadalanan küçə və yollarboyu zəruri yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib və bunun ardınca asfaltlanma işləri aparılıb, yeraltı kommunikasiya xətlərinin baxış qapaqları layihə hündürlüyünə qaldırılıb.

İşlərin yekunlaşması ardıcıllığına uyğun olaraq Yasamal rayonu üzrə digər küçə və yollarda işlərin davam etdirilməsi nəzərdə tutulur. Belə ki, yaxın müddət ərzində 12 km-dən artıq uzunluğa malik 5 küçənin təqribən 80 min kv.m sahəsində təmir-tikinti işlərinə start veriləcək.

Misal olaraq 1,6 km uzunluğa malik Şamil Əzizbəyov, 1,4 km-lik “1-ci Alatava”, 7 km-lik “2-ci Alatava”, 1,6 km uzunluğunda olan Ümid Əkbərov küçələrini, həmçinin Şəfayət Mehdiyev küçəsinin Landau və Ə. Haqverdiyev küçələri arasında yeləşən 0,8 km-lik hissəsini göstərmək olar ki, yaxın müddətdə bu və digər küçə və yollarda da təmir-tikinti işləri davam etdiriləcək.

Bu yollar vətəndaşların əsas istifadə etdiyi yollar olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxaracaq.
Məcburi köçkünlər üçün yeni marşrut açıldı














Qaçqın və və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına dair ölkə başçısının tapşırığına müvafiq olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin Xırdalan şəhəri və Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə nəqliyyat kommunikasiyasının təmin edilməsi məqsədilə "Stansiya Sumqayıt-Bakı Beynəlxalq Avtovağzal Kompleksi" marşrutu üzrə 533 saylı yeni xəttin açılmasına dair göstəriş verib.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, həmin marşrut xətti üzrə bu gündən etibarən 6 ədəd avtobus sərnişinlərin xidmətində olacaq. 
Qeyd olunan ərazidə müvəqqəti olaraq 5000-ə yaxın məcburi köçkün məskunlaşıb.