AFFA tərəfindən fəaliyyəti dayandırılan "İrəvan" klubunun prezidenti Zahid Niyazəliyev həbsdən çıxıb.
Axar.az Oxu.az-a istinadən xəbər verir ki, ötən mövsüm I Liqada mübarizə aparmış klubun rəhbəri Zahid Niyazəliyev artıq azadlığa buraxılıb.
Onunla bağlı açılmış cinayət işinə xitam verilib-verilməməsi barədə isə hələlik dəqiq məlumat verilməyib.
Təqribən 6 ay Kürdəxanıda yerləşən müvəqqəti saxlanma təcridxanasında olan Niyazəliyev dələduzluq və digər maddələrlə ittiham edilirdi.