Son xəbərlər

Super Liqa matçı təxirə salındı

Futbol üzrə Türkiyə Super Liqasının 15-ci turu çərçivəsində ötən gün keçirilməli olan “Antalyaspor” – “Konyaspor” oyunu baş tutmayıb.

"Qafqazinfo" xəbər verir ki, qarşılaşma əlverişsiz hava şəraiti – güclü leysan yağışı ilə əlaqədar təxirə salınıb.

 

Matçın dekabrın 29-da eyni stadionda oynanılacağı bildirilib.