Son xəbərlər

PSJ baş məşqçisi Tomas Tuhellə yolları ayırdığını elan edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Fransa mətbuatı alman mütəxəssislə 2021-ci ilin iyun ayına qədər hesablanan müqavilənin erkən ləğvi üçün ona 6 milyon avro təzminat ödəniləcəyini yazıb.

Paris təmsilçisinin yeni baş məşqçisinin Maurisio Poçettino olacağı gözlənilir. Hətta onun artıq yeni klubu ilə müqavilə imzaladığı da yazılıb.

 

Qeyd edək ki, Tuhel 2018-ci ilin iyulundan PSJ-ni çalışdırırdı.