Son xəbərlər

"Qarabağ"ın haitili futbolçusu Donald Gerye ölkəsində öz vəsaiti hesabına təşkil etdiyi konsertdə iştirak edib.

Axar.az xəbər verir ki, "Qarabağ"ın üzvü konsert zamanı fransalı məşhur reper Saçtela Evrar Cece ilə eyni səhnəni bölüşüb.

Gerye "Vegedream" ləqəbi ilə tanınan musiqiçinin 2018-ci ildə dünya çempionu olan Fransa millisi üçün yazdığı "Ramenez la coupe à la maison" ("Kuboku evə gətir") adlı mahnını onunla birgə ifa edib.