Son xəbərlər

Fransa millisinin sabiq qapıçısı Stefan Ruffye karyerasını başa vurub.

Milli.Az apasport.az-a istinadla bildirir ki, qolkiper 34 yaşında futboldan gedib.

"Sent-Etyen" müqaviləyə xitam verdiyindən, Ruffye bu qərara gəlib. Onun ayrılmasına səbəb baş məşqçi Klod Puellə yola getməməsi olub. "Monako"nun yetirməsinin bundan sonra Fransanın V divizion klubu "Aviron Bayonn"da gənc futbolçu yetişdirəcəyi gözlənilir.

Qeyd edək ki, Stefan Ruffye 2010-2015-ci illərdə dəvət aldığı Fransa yığmasının heyətində 3 matçda iştirak edib.