Son xəbərlər

 

Qələbəmizə qarşı BMT-dən başlayan sanksiya planları iflasa uğrayandan sonra indi Amerika Konqresində ölkəmizin seçilmiş adamlarına cəza layihəsi işə salınıb. Araşdırmalar göstərir ki, sənədi ilk dəfə hazırlayan Konqresin “Tom Lantos İnsan Hüquqları Komitəsi”, habelə Tom Lantos Fondu eynilə 1992-ci ildə 907-ci düzəlişin də təşəbbüskarları və müəllifləridir. Təsəvvür edirsinizmi, üstündən 32 il keçməsinə baxmayaraq, Lantoslar ailəsinin əliylə dünya erməniçiliyi ölkəmizə qarşı siyasi şantaja əl atır. Argentinanın ən varlı adamı, “aeroport maqnatı” kimi tanınan Eduardo Ernekyanın sədrlik etdiyi Raul Vallenberq adına İnsan Haqları İnstitutu, eyni adlı Fond da hörümçək toru quraraq, sanksiyaları təşviq edir, qlobal hüquq və ədalət strukturlarında mütəşəkkil dəstə, “beynəlxalq hüquq mafiyası” kimi gecə-gündüz əleyhimizə işləyirlər.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.

O qeyd edib ki, 90-cı illərin 1 milyon məcburi köçkün-qaçqın-məğlub ölkəsi ilə müqayisədə indi bizi Zəfərəmizə görə cəzalandırırlar:

“Əlləri çatsa, təkcə Vətən müharibəsinin qəhrəmanlarına qarşı deyil, bütün xüsusi təyinatlılarımıza, komandoslara, hər bir şəhidimizə, bir sözlə bütün Azərbaycan Ordusuna qarşı hərbi hökmlər çıxararlar. Xalqımızın müqəddəs simvoluna çevrilən 44 rəqəmini ləkələmək üçün “44 Azərbaycan rəsmisi” ifadəsinin seçilməsi də sübut edir ki, 8 noyabr Zəfəri təkcə bir ölkə üzərində qazanılmayıb. Dövlət elitasında parçalanma və daxili inamsızlıq yaratmaq üçün bir sıra mühüm nazirlərin, rəsmilərin adları siyahıda yoxdur. Sənədin birinci variantından “türkiyəli komandirlər” Bəxtiyar Ersay, Şərəf Önqay, Göksəl Kayhanın adının sonradan çıxarılması Türkiyəni Azərbaycanla birləşdirməkdən çəkinmənin nəticəsidir”.

Millət vəkili bildirib ki, ABŞ Konqresi və Fransa Senatı ilə müqayisədə Ermənistan parlamenti sülh göyərçini kimi görünür:

“Gürcü Arzusunun lideri İvanişvli haqlı olaraq onları “qlobal müharibə partiyası” adlandırır. Bizə xarici siyasət kursumuzu dəyişməyi, Ağ Evin və Brüsselin təsir agentlərinə çevirdikləri qeyri-hökumət təşkilatlarına rəsmi hakimiyyət verməyi tələb edirlər.

Bu il aprelin 24-də Cozef Baydenin “artsax” kəlməsini işlətməməsi və Xankəndidə “etnik təmizləmə” iddiasına “sıfır reaksiyası “sənəd”i heç bir hüquqi əsası olmayan “erməni aktı”na çevirir. Siz riyakarlığa baxın ki, Bob Menendezin korrupsiyaya əməllərinin ifşasından sonra indi konqresmen Henri Kuelyarı guya Azərbaycandan rüşvət almaqda ittiham edərək, ölkəmizin dostlarını linç etməyə qalxıblar”.

19 May 2024 Məşhur serialın aktrisası polis tərəfindən saxlanıldı
19 May 2024 Buddizm və süni intellekt arasında əlaqələr araşdırılacaq
19 May 2024 Vacib faylları uzun müddət fləşkartda saxlamayın – SƏBƏB
19 May 2024 İran və Azərbaycan güclü siyasi iradə göstərir - Əliyev
19 May 2024 Bu bölgələr yaşıl enerji zonaları elan edilib - Əliyev
19 May 2024 İran-Azərbaycan dostluğu sarsılmazdır - Əliyev
19 May 2024 Əliyev Rəisi ilə görüşdə: Bu ölkələr işimizə qarışa bilməz!
19 May 2024 İran-Azərbaycan qardaşlığı önəmli amildir – İlham Əliyev
19 May 2024 Kivini qabığı ilə yesək nə olar?
19 May 2024 Tağı Əhmədovun əlil arabasında son halı - Foto
19 May 2024 Blinken yalan danışır: taktiki əməliyyatlara baxın - Polkovnik
19 May 2024 Qırğızıstan DİN-dən vətəndaşlarına xəbərdarlıq
18 May 2024 Əliyev Rəisi ilə sabah sərhəddə görüşəcək
18 May 2024 Siyarto: Azərbaycan bu quruma qayıtmalıdır
17 May 2024 “Laçının 28 illik işğalı dönəmi AXC-Müsavat xəyanətinin nəticəsidir” - ŞƏRH EDİLDİ
17 May 2024 “Əli Kərimli iddia etdiyi kimi ciddi bir siyasət adamıdırsa…” - RƏY BİLDİRİLDİ
17 May 2024 Məşhur aparıcı qızına görə AzTV-dən getdi
17 May 2024 Tiflis yanır, İrəvan yanır, Bakı isə... - Klaçkov
17 May 2024 Mehdi Xəlilbəyli Bakıda həbs olundu
17 May 2024 Blinken Slovakiya XİN rəhbəri ilə danışdı: Fitsoya hücum...
16 May 2024 Dönər alarkən bunlara diqqət etmək lazımdır
16 May 2024 Güllər kül oldu... - Video
16 May 2024 Güllələnən baş nazir süni koma vəziyyətinə salındı
16 May 2024 Bu ölkələr İsraildən ona görə qorxur ki... - Fidan
15 May 2024 Çevriliş ehtimalı: Rusiya Ərdoğana yenə dəstək verir?
15 May 2024 Azərbaycanda heç vaxt belə qarşıdurma olmayıb - Prezident
15 May 2024 Slovakiyanın baş naziri güllələndi - Video
15 May 2024 Fitsonun güllələnməsi görünməmiş təhlükədir - Pelleqrini
15 May 2024 Slovakiya parlamenti Fitsoya görə təcili toplanır
15 May 2024 Elşad Miri: “Allahın olmadığına inanmaq...”