Son xəbərlər

 
03 may 2024-cü  il tarixində  Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayon MKS-nin Mərkəzi Kitabxana şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Qəni Camalzadə ilə Kitabaxana əməkdaşları, 3 saylı tam orta məktəbin müəllim və şağird kollektivi, rayon icra hakimiyyətinin əməkdaşı, rayon ictimaiyyətinin və ziyalılarının görüşü keçirildi. Öncə tədbir iştirakçıları kitabxana foyesində yazıçının kitablarından ibarət sərgi ilə tanış oldular. Mərkəzi Kitabxanada  davam etdirilən tədbiri Kitabxananın  müdir əvəzedicisi Xalidə Novruzova yazıçı Qəni Camalzadənin həyat və yaradıcılığı haqqında söhbət açdı, əsərləri haqqında geniş məlumat verdi.Tədbirdə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi (Ağsu rayonu üzrə nümayəndə) Cavanşir Şeydazadə çıxış edərək qonaqları və tədbir iştirakçılarını salamladı. Yazıçı Qəni Camalzadəni əlamətdar gün münasibəti ilə təbrik etdi, gələcək yaradıcılıq işlərində ona uğurlar arzu etdi.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Qəni Camalzadə öz çıxışında  dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin həyat və yaradıcılığından söhbət açmışdır.O qeyd etmişdir ki,Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkardır. Hərtərəfli biliyə malik mütəfəkkir kimi onun həyata, insana dərin məhəbbət aşılayan və daim gözəllik duyğusu ilə, ülvi ideallarla yaşamağa çağıran çoxcəhətli bədii-fəlsəfi irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndir. Məhəmməd Füzuli anadilli poeziyanın mükəmməl nümunələrini yaratmış, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltmişdir. Onun parlaq dühasının təcəssümü olan və bu gün də sevilə-sevilə oxunan əsərləri yarandığı ilk vaxtlardan geniş coğrafiyada yayılmış və müəllifinə böyük şöhrət qazandırmışdır.Məhəmməd Füzuli istedadlı nümayəndələri ilə tanınan bütöv bir ədəbi məktəb formalaşdırmışdır. Öz müasirlərindən başlayaraq, sonrakı dövrlərdə Füzuli ənənələrinin davamçısı olmuş bütün görkəmli sənətkarlar bu nəhəng söz ustasının adını hər zaman ehtiramla yad etmişlər.Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Qəni Camalzadə  oxucularla təşkil edilən görüşdə  haqqında deyilən xoş sözlərə və göstərilən diqqətə görə tədbir iştirakçılarına təşəkürünü bildirdi. Çıxışlarda ünvanına deyilmiş səmimi fikirlərə, yaradıcılığına verilən yüksək qiymətə görə minnətdarlığını ifadə etmişdir.Tədbirdə tanınmış şair,publisist Ağacəfər Həsənli də iştirak etmişdir.O,qeyd  etmişdir ki,  şair və yazıçılar  öz yaradıcılığında  həmişə doğma Azərbaycanı  sevə-sevə tərənnüm etmişlər. Bildirmişdir ki, qələm adamlarının ədəbiyyatımızın inkişafına yeni  töhfələr verilməsində  əlindən gələni əsirgəməyəcək.
Sonda tədbirin təşkilatçıları tərəfindən tədbirdə qonaq qismində iştirak edənlər xatirə şəkli çəkdirmişlər.






















19 May 2024 Bayrağımız niyə oxşardır? Paris Bakıdan nə istəyir?
19 May 2024 İran-Azərbaycan əlaqəsi təkcə qonşuluq deyil – Rəisi
19 May 2024 Baydenin İQ səviyyəsi aşağıdır - Tramp
19 May 2024 Bu, Tanrıya qarşı bir cinayətdir - Papa
19 May 2024 Papadan sülh çağırışı: Müharibəyə son qoyaq!
19 May 2024 Saxta pullarla insanları aldatma halları artır VİDEO
19 May 2024 Düyü yenidən bahalaşa bilər VİDEO
18 May 2024 İsfəndiyar Axundov və oğlunun polislər tərəfindən saxlanılması xəbərı doğru deyil
17 May 2024 “Usta mənəm”
17 May 2024 Paşinyanı Azərbaycanın əli ilə devirmək istəyirdilər-Yunus Oğuz
17 May 2024 Fitso yaşam mübarizəsi aparır, böyük itkidir - Orban
17 May 2024 “Coffeeshop”larda valideynləri olmayan 14-15 yaşlı uşaqlar çalışır”
17 May 2024 Sürücüdən tələb edilən sənədlərin çoxluğu müzakirə yaratdı - Video
17 May 2024 "Kimsə bizə qadağa qoya bilməz" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
17 May 2024 10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - VİDEO
17 May 2024 Rusiyanı sülhə məcbur etməliyik - Zelenski
16 May 2024 ""Başlıq parası" öz əhəmiyyətini itirib" - MÜNASİBƏT BİLDİRİLDİ
16 May 2024 Türkiyənin Qırğızıstana sement məhsulları ixracının həcmi açıqlandı
16 May 2024 Onlardan bizə gələn səs başlarına dəysin - Tural Abbaslı
16 May 2024 "İstehsal etdiyim məhsullarla bağlı mənfi fikir səsləndiriləcəyini gözləyirdim" -İş adamı Fəxrəddin Fərhadov
15 May 2024 Bəzi restoranlar müştərilərə sadə çay vermirlər VİDEO
15 May 2024 Azərbaycanda yeni zeytun yağı emalı zavodu inşa ediləcək
15 May 2024 Bölgəmiz seçim qarşısında: Kənar güclər çox fəallaşıb
15 May 2024 Ərdoğan Hitlerdən danışdı: Onu da eyni aqibət gözləyir
15 May 2024 Kiberfırıldqqçılıqdan qorunmağın yolları NECƏ OLMALIDIR? - MÜTƏXƏSSİS AÇIQLADI
15 May 2024 "Faktiki olaraq minalanmış xəritələr Azərbaycana verilməyib" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
15 May 2024 Danimarkada Nikola etiraz edən ermənilərin sayı - Video
15 May 2024 Ərdoğana qarşı oyun qurmağa çalışanlar... - Yerliqaya
15 May 2024 Ət niyə ucuzlaşmır? VİDEO
14 May 2024 Hayları fəlakətə sürükləyən MARİONET – TƏHLİL