Son xəbərlər

 

İranın dini rəhbəri Əli Xamenei bundan əvvəl baş verənləri nəzərə almadan, növbəti dəfə Həcc ziyarəti üçün Məkkəyə getməyi planlaşdıran 87550 iranlı zəvvardan Həcc mərasimləri zamanı siyasi fəallıq göstərmələrini tələb edib.

 

Axar.az xəbər verir ki, o, mayın 6-da etdiyi çıxışında Qəzzada baş verənlərə toxunub, İsrailə qarşı ənənəvi ittihamlar səsləndirib və zəvvarları zalımlara, İsrailə və onu dəstəkləyənlərə qarşı mövqe nümayiş etdirməyə çağırıb.

İran hakimiyyətinin Həcc mərasimindən siyasi məqsədlər üçün istifadə etməsi dəfələrlə Ər-Riyadla Tehran arasında münasibətlərin gərginləşməsinə yol açıb.

İranlı zəvvarlar 1987-ci ildə Məkkədə siyasi aksiya keçirib. Bu zaman polislə yaranan qarşıdurma nəticəsində 280 zəvvar həyatını itirib.

Bundan nəticə çıxarmayan Əli Xamenei 2015-ci ildə bir daha zəvvarlardan siyasi-ideoloji məqsədlər üçün istifadə edib, Məkkədə qanlı qarşıdurma yaranmasına səbəb olub. Həmin il ziyarətçi adı ilə Məkkəyə göndərilən və siyasi-ideoloji təbliğatını aparmaq üçün təlimatlandırılan hakimiyyət məmurlarının iğtişaş törətmələri daha çox insanın həyatını itirməsi ilə nəticələnib. Belə ki, iranlı zəvvarlar Məkkədə geniş iğtişaşa əl atıb, siyasi aksiya keçirib və Həcc ziyarəti mərasimini pozublar. Bunun qarşısını almağa çalışan Səudiyyə Ərəbistanı polisinə müqavimət göstərdikləri üçün isə qanlı toqquşma olub. Güc tətbiq etməyə məcbur olan Səudiyyə Ərəbistanı polisi ilə yaranan qarşıdurma nəticəsində bu dəfə 460 iranlı həlak olub.

Bundan sonra Səudiyyə Ərəbistan və İran arasında münasibətlər daha da gərginləşib, Əl-Riyad müqəddəs məkanlarda nəzarəti gücləndirib.

İranın Həcc və Ziyarət Təşkilatının verdiyi məlumata görə, bu il 87550 iranlı zəvvar Həcc ziyarətinə gedəcək.

Müstəqil mənbələrin verdiyi məlumata görə, onların arasında minlərlə təbliğatçı var və Tehran hakimiyyəti builki Həcc ziyarətini antiisrail mərasiminə çevirməyi planlaşdırıb.

Əli Xameneinin son çağırışı İran hüdudlarından kənarda yaşayan nüfuzlu din xadimləri və şiə müctəhidlərinin də narazılığına səbəb olub. Onlar İran hakimiyyətini özünün siyasi məqsədləri naminə islamın müqəddəs mərasimləri və məkanlarından sui-istifadə etməsinin islam qaydaları və təlimlərinə zidd olduğunu bildiriblər.

Bir sıra yerli mənbələrin məlumatlarında isə bildirilib ki, Əli Xameneinin çağırışından sonra çox sayda iranlı zəvvar Məkkəyə getməkdən qorxaraq, Həcc və Ziyarət Təşkilatına səfərdən imtina ilə bağlı müraciətlər ediblər.

19 May 2024 Məşhur serialın aktrisası polis tərəfindən saxlanıldı
19 May 2024 Buddizm və süni intellekt arasında əlaqələr araşdırılacaq
19 May 2024 Vacib faylları uzun müddət fləşkartda saxlamayın – SƏBƏB
19 May 2024 İran və Azərbaycan güclü siyasi iradə göstərir - Əliyev
19 May 2024 Bu bölgələr yaşıl enerji zonaları elan edilib - Əliyev
19 May 2024 İran-Azərbaycan dostluğu sarsılmazdır - Əliyev
19 May 2024 Əliyev Rəisi ilə görüşdə: Bu ölkələr işimizə qarışa bilməz!
19 May 2024 İran-Azərbaycan qardaşlığı önəmli amildir – İlham Əliyev
19 May 2024 Kivini qabığı ilə yesək nə olar?
19 May 2024 Tağı Əhmədovun əlil arabasında son halı - Foto
19 May 2024 Blinken yalan danışır: taktiki əməliyyatlara baxın - Polkovnik
19 May 2024 Qırğızıstan DİN-dən vətəndaşlarına xəbərdarlıq
18 May 2024 Əliyev Rəisi ilə sabah sərhəddə görüşəcək
18 May 2024 Siyarto: Azərbaycan bu quruma qayıtmalıdır
17 May 2024 “Laçının 28 illik işğalı dönəmi AXC-Müsavat xəyanətinin nəticəsidir” - ŞƏRH EDİLDİ
17 May 2024 “Əli Kərimli iddia etdiyi kimi ciddi bir siyasət adamıdırsa…” - RƏY BİLDİRİLDİ
17 May 2024 Məşhur aparıcı qızına görə AzTV-dən getdi
17 May 2024 Tiflis yanır, İrəvan yanır, Bakı isə... - Klaçkov
17 May 2024 Mehdi Xəlilbəyli Bakıda həbs olundu
17 May 2024 Blinken Slovakiya XİN rəhbəri ilə danışdı: Fitsoya hücum...
16 May 2024 Dönər alarkən bunlara diqqət etmək lazımdır
16 May 2024 Güllər kül oldu... - Video
16 May 2024 Güllələnən baş nazir süni koma vəziyyətinə salındı
16 May 2024 Bu ölkələr İsraildən ona görə qorxur ki... - Fidan
15 May 2024 Çevriliş ehtimalı: Rusiya Ərdoğana yenə dəstək verir?
15 May 2024 Azərbaycanda heç vaxt belə qarşıdurma olmayıb - Prezident
15 May 2024 Slovakiyanın baş naziri güllələndi - Video
15 May 2024 Fitsonun güllələnməsi görünməmiş təhlükədir - Pelleqrini
15 May 2024 Slovakiya parlamenti Fitsoya görə təcili toplanır
15 May 2024 Elşad Miri: “Allahın olmadığına inanmaq...”