Son xəbərlər

Fransanın “Monako” klubunun və Rusiya yığmasının yarımmüdafiəçisi Aleksandr Qolovin koronavirusa yoluxub.

Axar.az xəbər verir ki, bu barədə futbol üzrə Rusiya yığmasının mətbuat xidməti məlumat yayıb.

“Rusiya yığmasının yarımmüdafiəçisi Aleksandr Qolovinin bazar günü verdiyi testin nəticəsi pozitiv çıxıb”, - Rusiya yığmasının həkimi Eduard Bezuqlov deyib.

Hazırda futbolçu karantindədir.