Son xəbərlər

Türkiyə Super Liqasında növbəti turun görüşləri keçirilib.

Axar.az xəbər verir ki, "Qalatasaray" çempionatın lideri "Beşiktaş"ı doğma meydanda qəbul edib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Turun digər matçında "Fənərbaxça" "Ankaragücü"nü son dəqiqələrdə vurduğu qolla məğlub edib - 2:1.

Bu nəticələrdən sonra "Beşiktaş" 81 xalla turnir cədvəlinə başçılıq edir. Liderdən 2 xal az toplayan "Fənərbaxça" ikinci, 78 xalı olan "Qalatasaray" isə üçüncüdür.