Son xəbərlər

 

Ermənistanın keçmiş liderləri Robert Köçəryan və Serj Sərkisyan öz qüvvələrinin mənfi reytinqinə görə rəhbərliyi erməni kilsəsinə keçirmək qərarına gəliblər.

 

Axar.az xəbər verir ki, bu barədə Xristian Demokrat Partiyasının vitse-prezidenti Ayk Sukiasyan deyib.

“Ermənistan qanunvericiliyinə görə kilsə dövlətdən ayrılıb, ruhanilərlə siyasət bir araya sığmır. Əgər bu doğrudursa, onda belə çıxır ki, İrəvanın keçmiş siyasi rəhbərliyinin beyni yoxdur. Tavuşda (Tovuzqala - red.) rahib Baqrat rəhbər deyil, amma gedib orda ilişib qalıb. O deyir ki: “Biz siyasətə gəlirik”, qoy getsinlər, mənəvi həyatlarına baxsınlar, məhz bu, onların işidir. İndi onlar xalqımızın mənəvi həyatından uzaqlaşıb siyasətlə məşğuldur, bəs kilsə necə olsun?” - o bildirib.

Sukiasyan qeyd edib ki, bu cür addımlar Ermənistanı dini dövlətə çevirmək cəhdidir:

“Nəticədə beynəlxalq ictimaiyyət İrəvanla istənilən tərəfdaşlıqdan tamamilə imtina edəcək, həm də Azərbaycanı Ermənistana qarşı yönəldəcək. Kilsəmizin mənəvi quruluşu saxta gündəmlə, yalançı vətənpərvərliklə Ermənistana qarşı çıxıb və düşmənin maraqlarına xidmət edir, onların xalqımızın, dinimizin, geosiyasi hadisələrin dərkinə heç bir aidiyyəti yoxdur. Hər halda bizim kilsə xalqımız arasında nüfuz sahibidir, lakin nüfuzlu ruhani təbəqəyə malik deyil. Kilsənin və tarixin nüfuzundan istifadə edərək cəmiyyətin emosiyalarını pozan və soyqırıma aparan eybəcər liderlər. Bığı qırxsaq, üstündə bir işarə olacaq: KQB. Katolikos getməlidir, o, patriarx Kirillin müavinidir, qalanları isə müavinlərin müavinləridir. Onları paltarlarını toplamağa, eşşəklərinə minməyə və xristianlığı yaymağa borclu olduqları yerlərə getməyə çağırıram”.

Şərti sərhəddə təxribatçıların hərəkətləri üçün qəbul edilmiş yol xəritəsi ilə bağlı Sukiasyan bunları bildirib:

“Dövlət çevrilişinə çağırış edirlər, məqsədləri budur. Yəni Ermənistanın xalqına, müstəqilliyinə hücum edir, Rusiya, Türkiyə və Azərbaycanla müharibəyə təhrik edirlər. Amma heç nə alınmayacaq. Bizim dövlət olmaq problemimiz var, biz bu yolla gedirik. Kilsə daha yüksək ola bilməz, o, dövlətə tabedir. Əgər nəsə etmək istəyirlərsə, o zaman onları Azərbaycana təhvil vermək lazımdır. Onların nə gücü, nə ağlı, nə səlahiyyəti var, sadəcə olaraq dövləti alt-üst edirlər”.

20 Aprel 2024 Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...
14 Aprel 2024 Zakir Həsənov İordaniya HHQ komandanı ilə görüşdü
13 Aprel 2024 Hərbçilər Vətəni istənilən təhdiddən qorumağa hazırdır!
09 Aprel 2024 Düşmən yenə Naxçıvanı atəşə tutdu
08 Aprel 2024 Zakir Həsənov Ordumuzun şəxsi heyətini təbrik etdi
30 Mart 2024 Fazil Mustafaya sui-qəsd cəhdi: şahidlər dindirildi
30 Mart 2024 Müdafiə naziri göstəriş verdi
30 Mart 2024 Zakir Həsənov müşavirə keçirdi
18 Mart 2024 Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir
06 Mart 2024 Zakir Həsənov Türkiyəyə getdi
01 Mart 2024 İbrahimov onu Sabunçuya rəis təyin etdi
15 Dekabr 2023 Komandolarımız “düşmən” texnikasını pusquya saldı - Video
13 May 2023 Şəhidimizin fotosu yayıldı
25 Yanvar 2023 Üçüncü Dünya Müharibəsi Zəngəzurda başlaya bilər - ŞOK PROQNOZ
29 Noyabr 2022 Qarabağda hücum hazırlanır - Sensasion gəlişmə
29 Noyabr 2022 Ermənistan ordusu böyük itkilər verəcək - Növbəti MÜHARİBƏ RİSKİ ARTIR
28 Noyabr 2022 Mövqelərimiz yenə atəşə tutuldu: sülhməramlılarının yerləşdiyi ərazidən
23 Noyabr 2022 Mövqelərimiz atəşə tutulub
22 Noyabr 2022 Mövqelərimiz 4 istiqamətdə atəşə tutuldu: Sülhməramlıların yerləşdiyi ərazilərdən...
07 Noyabr 2022 Kəlbəcər istiqamətində mövqelərimiz yenidən atəşə tutuldu
21 Oktyabr 2022 Türkiyə şəhid verdi
09 Oktyabr 2022 Vətən müharibəsi qazisi vəfat etdi
02 Oktyabr 2022 Türkiyə polisi şəhid oldu
30 Sentyabr 2022 Rusiya Zaporojyeni vurdu - Ölən və yaralananlar var
28 Sentyabr 2022 Zəfərə gedən yolun ilk şəhidləri... VİDEO
21 Sentyabr 2022 Laçın istiqamətində basdırılan növbəti minalar zərərsizləşdirildi
20 Sentyabr 2022 Qazimiz dəfn olundu - Foto
18 Sentyabr 2022 Şəhid Yusif Qurbanov dəfn olundu
15 Sentyabr 2022 Azərbaycan və Ermənistan arasında atəşkəs elan olundu
03 Sentyabr 2022 Şəhidin əkiz bacı-qardaşı dünyaya gəldi - Foto