Son xəbərlər

İbrahim Borçalının oğlunun düşdüyü qəzadan

Xəbər verdiyimiz kimi, müğənni İbrahim Borçalının oğlu Rəhim Həsənov ağır yol-nəqliyyat hadisəsi zamanı həyatını itirib. 

“Qafqazinfo”nun məlumatına görə, sosial şəbəkələrdə insident yerindən görüntülər paylaşılıb. Görüntülərdə qəzaya uğrayan avtomobilin tam yararsız hala düşdüyü açıq-aşkar görünür.

Qeyd edək ki, qəza Gürcüstanın Marnueli rayonunun Şulaveri kəndində baş verib. Hadisə zamanı iki nəfər ölüb, onlardan biri 20 yaşlı R. Həsənovdur. 

Xatırladaq ki,  Rəhim Həsənov Türkiyədə təhsil alırdı. İfaçının bundan başqa orta məktəbdə oxuyan bir qız övladı da var. 

 



 
Sabah 40 dərəcə isti gözlənilir

İyulun 19-na gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, zəif cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 32-37, Bakıda gecə 23-25, gündüz 35-37 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı - 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində zəif cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti olacaq.

İyulun 19-da Azərbaycanın bəzi rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. 

Havanın temperaturu gecə 22-27, gündüz 35-40, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə  isti olacaq.

Sabah Abşeron yarımadasında zəif cənub küləklərinin üstünlüyü və günorta saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

SON DƏQİQƏ! Məhkəmə Nərmin Quliyevanın qətli ilə bağlı qərar verdi

Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti artırılıb.
Report xəbər verir ki, müddətin artırılması ilə bağlı istintaq orqanının təqdimata Nəsimi Rayon Məhkəməsində baxılıb.

Hakim Natavan Tağıyevanın qərarı ilə İlkin Süleymanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 5 ay artırılıb.
Qeyd edək ki, ötən il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

Məhkəmə Milli Məclisin binasında ixtişaş törədənlərlə bağlı qərar verdi

Bakıda Milli Məclisin qarşısında iğtişaşlar törətməkdə ittiham olunan Elçin Məmmədov, İlkin Əliyev, Müşfiq Vahabov və Səbuhi Mustafayevin barəsində həbs-qətimkan tədbiri seçilib.

Demokrat.az-ın məlumatına görə, Nəsimi Rayon Məhkəməsində hakim Ramin Xəlilovun sədrliyi ilə baş tutan iclasda Elçin Məmmədovun barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Hakim Elməddin Hüseynovun sədrliyi ilə baş tutan iclasda İlkin Əliyevin, hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan iclasda Müşfiq Vahabovun, hakim Ceyhun Tağıyevin sədrliyi ilə baş tutan iclasda isə Səbuhi Mustafayevin barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

İstintaq orqanı tərəfindən olunan Elçin Məmmədov, İlkin Əliyev, Müşfiq Vahabov və Səbuhi Mustafayevin barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan edilib.

Baş Prokurorluğun İstintaq İdarəsində istintaq davam edir.

Azərbaycanda daha bir həkim koronavirusdan öldü

Azərbaycanda daha bir həkim COVID-19-dan dünyasını dəyişib.

Report məlumatına görə, 1 saylı Kliniki Tibbi Mərkəzin həkim-reanimatoloqu Kərəm Yaqubov koronavirusdan vəfat edib.

K.Yaqubovun tanışlarının sözlərinə görə, koronavirus xəstələrini müalicə edən həkim özü bir neçə gün əvvəl təhlükəli infeksiyaya yoluxub. İyulun 10-da onda COVID-19 əlamətləri aşkarlanıb. K.Yaqubov Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib və süni tənəffüs cihazına qoşulub. Vəziyyəti ağırlaşan həkim bu gün vəfat edib.

Məleykə Abbaszadənin qəflətən vəfat edən qızı yüksək vəzifədə imiş

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin qızı qəflətən vəfat edib.
Oxu.az xəbər verir ki, 44 yaşlı Nigar Abbaszadə Azərbaycan Dövlət Pedoqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru olub.
Onun iki azyaşlı övladı qalıb.

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydıErmənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 53 dəfə pozub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində nisbi sakitlikdir, yaşayış məntəqələrimiz  atəşə tutulmur, amma ümumilikdə gərginlik davam etməkdədir.

Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Ermənistanda Azərbaycan himni səsləndirildi
Ermənistanın dövlət orqanları və bəzi restoranlarında Azərbaycan himni səsləndirilib.

 365.az xəbər verir ki, bunu informasiya texnologiyaları mütəxəssisi Rəşad İbrahimov edib.

Belə ki, o, Ermənistanın bəzi dövlət orqanları və restoranlarının texnoloji boşluqlarından istifadə edərək, buna nail olub.

Rəşad İbrahimov deyir ki, bunu etməkdə məqsədi erməniləri hər zaman qorxu içində saxlamaqdır:

“Müasir dövrdə ən böyük silahlardan biri də sosial mediadır. Buradan ermənilərə psixoloji zərbə vurmaqla, onlarda çaşqınlıq yaratmaq, qorxu içində saxlamaq mümkündür. Mən bunu bir neçə video ilə göstərmişəm”.

Azərbaycan hakeri Ermənistan saytlarını sındırıb, məlumatlarını açıq paylaşdı

Azərbaycan xakeri tərəfindən ermənilərə aid olan səhifələr sındırılıb.
Hit.az verdiyi xəbərə görə, sındırılmış səhifələr siyahısında erməni polisi, korrupsiya orqanı və xəbər səhifələri var.

Bütün məlumatlar açıq şəkildə dünyaya paylaşılıb.

Paylaşılmış məlumat burada yerləşir:

//pastebin.com/eTS9fYuS

Sındırılmış səhifələrin siyahısını təqdim edirik:

The official website of the police of the Republic of Armenia.
//www.police.am

Corruption Prevention Commission of the Armenia
//cpcarmenia.am/
Official website of the Municipality of Yerevan
//www.yerevan.am/

ArmInfo- News on Armenia and "Qarabağ"
//arminfo.info/

"SPYUR" INFORMATION SYSTEM • ARMENIA
//www.spyur.am/

Products from Armenia - Armenia Online
//www.armeniaonline.ru

News-ARMENIA Today
//www.armtoday.info/

Armenian News
//www.7or.am/

UN in Armenia
//www.un.am/

“Ermənilər pis döyüşdükləri qədər pis saxtalıqlar yaradırlar”

“Erməni hərbçiləri pis döyüşdükləri qədər pis də saxtalıqlar yaradırlar. Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlərin ikinci günündəcə Ermənistan Müdafiə Nazirliyinin hazırkı mətbuat katibini praktiki olaraq arxa planda qoyan sabiq mətbuat katibinin reinkarnasiyası, təxmin etdiyimiz kimi, çoxsaylı saxta məlumatlar və dezinformasiyalar yaratmaq məqsədini güdürdü ki, bu baxımdan İrəvanda sabiq mətbuat katibinə bərabər tutulacaq ikinci bir adam yoxdur”.

Bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

Onun sözlərinə görə, bu günlər ərzində Ermənistan Müdafiə Nazirliyi onlarla saxta və dezinformasiya xarakterli məlumatlar hazırlayıb: “Biz bu dezinformasiyanı operativ şəkildə təkzib edirik. Xüsusilə, bildiyiniz kimi, Ermənistan müdafiə nazirliyi, erməni ictimaiyyətini bir növ ilhamlandırmaq üçün, guya döyüş zamanı Azərbaycan Ordusunun 13 PUA-sını itirdiyi barədə saxta məlumatlar yaydı. Bəs olmayan bir şeyi necə sübut etmək olar? Axı, erməni cəmiyyəti də sübut tələb edir. Elə ona görə də Ermənistanın müdafiə nazirliyi guya Azərbaycanın vurulmuş PUA-larından birinin olduğu iddia edilən fotoşəkili sosial şəbəkədə yayımladı. Lakin erməni mif yaradıcılarını suyun üzünə çıxarmaq elə də çətin olmadı – fotodakı PUA-nın Azərbaycanın deyil, 2014-cü ildə Əfqanıstanda vurulan Amerikaya məxsus PUA olduğu tez bir zamanda sübut edildi.

Diqqətçəkən məqamlardan biri də o oldu ki, hətta xarici jurnalistlər belə erməni uydurmalarını ifşa etməyə başladılar. Belə ki, Almaniyanın "Bild" nəşrinin hərbi analitiki Julian Repke, Ermənistan müdafiə nazirliyinin yaydığı guya Azərbaycana məxsus PUA-nın vurulduğunu əks etdirən videonun həqiqətə uyğun olmadığını qeyd edib. Çünki videoda görüntülənən ikimühərrikli kiçikhəcmli mülki sərnişin təyyarəsidir.

Bir daha demək istəyirəm ki, Azərbaycan Ordusunun bütün PUA-ları yerindədir və işləkdir. Azərbaycan Müdafiə Nazirliyi itkiləri gizlətmədən sərhəddəki vəziyyətlə bağlı bütün lazımi məlumatları operativ şəkildə verir”.