AAYDA “19№-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru Nazim Eynallı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən mükafata layiq görülüb.
Azadmedia.az xəbər verir ki, Nazim Eynallı Müdafiə nazirinin birinci müavini general-palkovnik Kərim Vəliyev tərəfindən imzalanan “Fəxri Fərman”la təltif olunub.
Belə ki, Fəxri Fərman Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndəsi tərəfindən təqdim edilib.
Qeyd edək ki, Fəxri Fərman AAYDA “19№-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru Nazim Eynallı Nazim Eynallıya Azərbaycan ordusunun təbliğ olunmasında, şəxsi heyətin hərbi vətənpərvərlik hisslərinin və döyüş ruhunun yüksəldilməsində, ordu ilə xalqın mənəvi birliyinin daha da möhkəmləndirilməsində fəal iştirak etdiyinə görə, həmçinin 8 noyabr - “Zəfər Günü”nün dördüncü ildönümü münasibətilə verilib.