"İkinci Qarabağ savaşının Azərbaycanın tam və qəti qələbəsi ilə başa çatmasından  keçən 3 il ərzində Ermənistan  10 noyabr üçtərəfli bəyanatının müddəalarına əsasən üzərinə götürdüyü öhdəliklərə əməl etməkdən yayınırdı.

Xüsusilə Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı birləşmələrinin mövcudluğu regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi olaraq qalırdı." Bu sözləri mətbuata açıqlamasında VI çağırış Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

K.Qafarov xatırladıb ki, 2023-cü ilin yay aylarında həmin silahlı birləşmələr tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərində yeni hərbi-mühəndis qurğularının yaradılması ilə möhkəmləndirilməsi, şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi gərginliyi xeyli artırmışdı. "Bu birləşmələrin təxribat dəstələri Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərini getdikcə genişləndirir, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanmasını həyata keçirir və bununla həm hərbçilərimiz, həm də mülki şəxslər arasında itkilərə səbəb olurdular. Ölkəmiz 2020-2023-cü illər ərzində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasının zəruriliyi ilə bağlı dəfələrlə həm Ermənistan tərəfinə, həm də beynəlxalq təşkilatlara çoxsaylı müraciətlər etsə də, qarşı tərəf nəinki bu öhdəliyinə əməl etmir, əksinə ölkəmizə qarşı silahlı təxribatlarının intensivliyini bir qədər də artırırdı. Bütün bunlar əlbəttə ki, tamamilə yolverilməz bir hal idi. Azərbaycan dövləti isə bu kimi halların qarşısını almaq iqtidarında olmaqla yanaşı, eyni zamanda da bunu həyata keçirmək kimi legitim hüquqa sahib idi."

Fikirlərini davam etdirən müsahibimiz bildirib ki, Azərbaycan işğala məruz qalan tərəf olsa da Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi: "Lakin ölkəmizin bütün bu sülh çağırışları cavabsız qaldı. Ermənilər Azərbaycanın humanist çağırışlarını dəyərləndirmək əvəzinə canlı qüvvələrinin sayını artırmaqla, yeni silahlar alıb, təxribatlar törətməklə məşğul idilər. Vəziyyət o həddə çatmışdı ki,  Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaq "prezident"lərini seçir, qondarma "parlament"ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər. 2023-cü il  sentyabrın 19-da  erməni silahlı qüvvələri yenidən bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu. Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edildi. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri başlanıldı. Cəmi 23 saat davam edən əməliyyat nəticəsində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Sentyabrın 28-də isə Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv olundu, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Azərbaycanın keçirdiyi bir günlük antiterror əməliyyatı Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ilə yekunlaşdı".

20 Sentyabr 2024 "Maliyyə dayanıqlılığımızı bərqərar etmişik" - MÜNASİBƏT BİLDİRİLDİ
20 Sentyabr 2024 Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19 Sentyabr 2024 "Rusiyaya meyilli qüvvələr seçkidə qalib gələcəklər" - MÜNASİBƏT BİLDİRİLDİ
19 Sentyabr 2024 Netanyahunu öldürmək istəyən İran casusu tutuldu
18 Sentyabr 2024 "Xarab olmayan çörək artıq kimyalaşıb" - AİB SƏDRİ AÇIQLADI
18 Sentyabr 2024 Masallıda Respublika Toxumçularının II Forumu keçiriləcək
18 Sentyabr 2024 Bal yarmarkasında satışa ən çox cökə balı çıxarılıb
17 Sentyabr 2024 Sürüşkən və XAOTİK SİYASƏT – TƏHLİL
17 Sentyabr 2024 Bu qurumlar 1 saat işıqsız qalacaq
17 Sentyabr 2024 Suraxanıda “yeni era”nın başlanğıcı
17 Sentyabr 2024 “Azərbaycanın gücünü həzm etməyən dairələr aqressivləşir” - ŞƏRH OLUNDU
17 Sentyabr 2024 “XX əsr Azərbaycan musiqi tarixinin qızıl dövrdür” - SOSİOLOQ FİKRİ
17 Sentyabr 2024 "Belə özbaşınalıqlar olmamalıdır" - EKSPERT TƏNQİD ETDİ
17 Sentyabr 2024 “Su ilə bağlı problemləri aradan qaldırmaq üçün milyardlarla pul lazımdır” - EKOLOQ FAKTLARI AÇIQLADI
17 Sentyabr 2024 İrəvan və reallıq: ciddi müalicəyə ehtiyac var
16 Sentyabr 2024 İkinci sui-qəsd: Trampın reytinqi yenə qalxdı
16 Sentyabr 2024 Balıq bazarında canlanma var QİYMƏTLƏR/VİDEO
16 Sentyabr 2024 "Formula 1" yarışı nə ilə yadda qaldı? - MÜNASİBƏT BİLDİRİLDİ
16 Sentyabr 2024 Bakı ilə sülhdən İran da faydalanacaq - Paşinyan
14 Sentyabr 2024 Putinin bu çıxışını ciddi qəbul edirik - ABŞ
13 Sentyabr 2024 Xalqımızın zəngin dövlətçilik tarixinin, milli adət-ənənələrinin təbliği vacibdir - TƏHLİL
12 Sentyabr 2024 "20 sentyabr Azərbaycan üçün mühüm tarixi günlərdən biridir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
12 Sentyabr 2024 Bu sülh quruculuğu prosesinə təhdiddir - Bayramov
12 Sentyabr 2024 44 günlük müharibədən sonra silahlarımız... - Paşinyan
10 Sentyabr 2024 Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu
10 Sentyabr 2024 "Ermənistana dəfələrlə xəbərdarlıq olundu - ŞƏRH OLUNDU
09 Sentyabr 2024 Hayların oynadıqları TƏHLÜKƏLİ OYUNLAR - TƏHLİL
09 Sentyabr 2024 Bu il məktəbli formaları ucuzlaşıb? – BTE rəsmisi AÇIQLADI VİDEO
08 Sentyabr 2024 BDU fəaliyyətsiz yataqxanaların işçilərinə 135 min manat maaş verib
31 Avqust 2024 Bu məntiqlə ermənilərin Qarabağa qayıtması mümkün deyil!