Rəsmi İrəvanın son davranışları, qeyri-adekvat tərzi dünya ictimaiyyətinin diqqətindən yayına bilməz və qərbyönümlü siyasət apardığını gizlətməyən Paşinyan hakimiyyətinin indi birdən-birə Rusiyaya “yaltaqlanmaq” cəhdləri heç şübhəsiz ki, Ermənistanın sürüşkən, xaotik siyasət yürütdüyünü təsdiqləyir. Yardımlara, ianələrə görə qərbyönümlü siyasət aprdığını, Qərbə üz tutduğunu nümayişkaranə şəkildə göstərən, hətta bir çox hallarda bunu açıq-aşkar şəkildə bəyan edən, Qərb dairələrinə “sədaqətli” olduğunu onlara nümayiş etdirmək üçün Rusiyaya “dil uzadan” rəsmi İrəvanın indi hansısa qorxu səbəbindən Moskva ilə münasibətləri korlamaqdan çəkinməsi, Kremlə üz tutması haqlı olaraq, sürüşkən və xaotik siyasət hesab olunur.

Səbəblərin nədən ibarət olmasından asılı olmayaraq, işğalçı ölkənin sürüşkən və xaotik siyasət yürütdüyü təkzib edilə bilməz

Belə görünür ki, qərbyönümlü siyasi kurs yürütdüyünü Paşinyan hakimiyyəti nə qədər göstərməyə çalışsa da, son vaxtlar Rusiya ilə münasibətləri tamamilə pozmağın Ermənistana vura biləcəyi sarsıdıcı zərbələri başa düşməyə başlayıb. Hər halda, həmin zərbələrin gələcək təsirlərini də rəsmi İrəvan yaxşıca nəzərə alır. Çox güman ki, Rusiyanın Ermənistanda olan rıçaqlarını da İrəvan hesaba almaq məcburiyyətində qalıb. Xüsusən də qarışıqlıq, qarşıdurmalar kontekstində rusların Ermənistanda nələrə qadir olduqlarını da Ermənistan tərəfi nəzərdən qaçırmır. Amma Ermənistanda olan indiki narahatlıq təkcə bu səbəbə görə deyil və bu narahatlığın, həmin narahatlıqdan doğan “yaltaqlığın”, Kremlə üz tutmağın müxtəlif, daha doğrusu, fərqli səbəbləri var. Səbəblər bəllidir, amma həmin səbəblərin nədən ibarət olmasından asılı olmayaraq, işğalçı ölkənin sürüşkən və xaotik siyasət yürütdüyü bu tərzinin açıq-aydın və tam dolğun izahıdır. Yəni, qətiyyən təkzib edilə bilməz.

Rusiya prezidenti Vladimir Putinin həbsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin verdiyi qərara “dəstək sənədinə” rəsmi İrəvanın bir qədər əvvəl necə imza atmaq həvəsində olmasını hər kəs çox yaxşı bilir və xatırlayır. Həmin sənədin ratifikasiyası ilə bağlı erməni cəmiyyətinin necə “lovğalanması” da diqqətdən yayına bilməzdi. Haylar bu sənədin ratifkasiyası məsələsinə görə az qala özlərini sanki bir qəhraman kimi hesab edirdilər və Qərbə də belə sırımağa çalışırdılar. Amma belə görünür ki, indi haylar bərk peşiman olublar və rəsmi İrəvan da sözügedən qərara “dəstək sənədindən” Ermənistanın imzasını geri çəkmək niyyətinə düşüb. Sözsüz ki, bu niyyət hiyləgərliyin növbəti təzahürü kimi görünür. Əlbəttə, görünən odur ki, rəsmi İrəvan Kreml tərəfindən bağışlanmaq, Moskvada məmnunluq üçün belə hiyləgərliyə əl atır. Lakin nəyə əl atmasına, nə üçün belə etməsinə baxmayaraq, əvvəlcə məlum sənədi ratifkasiya etmək, sonra da atılan imzadan imtina etmək niyyəti birmənalı şəkildə sürüşkənlik, xaotik siyasət olaraq görülür.

Rəsmi İrəvanın Rusiya “sevgisinin” belə tələm-tələsik yaranmasının səbəbləri

Hər zaman Qərbə üz tutan, daha doğrusu, yaltaqlanan, yaltaqlığını da göstərmək üçün rusların əleyhinə danışan Nikol Paşinyanın son vaxtlar Rusiya-Ermənistan münasibətlərinin “pozitiv” olması üçün əldən-ayaqdan getməsi təəccüb doğurmaya bilməz. Təbii ki, əgər erməni xislətini və Paşinytanın, eləcə də onun hakimiyyət komandasının mövqeyini vaxtaşırı dəyişmək “ənənəsini” nəzərə almasaq təəccüb doğurmaz. Təəccüb doğuran məqamlardan biri və ən diqqətçəkəni odur ki, Moskvanın əleyhinə danışmaqdan sanki “zövq alan”, rusları tənqid atəşinə tutan, Kremli özünün ənənəvi hədəfi kimi qələmə verən erməni baş nazir indi Rusiya ilə əməkdaşlığın Ermənistan üçün çox önəmli olduğunu dilə gətirir. Doğrudur, biz Ermənistanla bağlı belə təzadlı məqamlara alışmışıq və bilirik ki, rəsmi İrəvan üçün belə bir tərz ənənəvidir və xaotik, sürüşkən siyasət adi təzahürdür. Amma artıq dünya ictimaiyyəti, xüsusən də Qərb özü də buna alışmaq məcburiyyətindədir və hər halda, işğalçı ölkənin “sürüşkənliyi” diqqətdən yayına bilməz.

 

İndiyə qədər bütün uğursuzluqlarına görə rusları günahkar bəlləyən, Ermənistanın bütün məğlubiyyətlərinin səbəbini Rusiyada axtaran rəsmi İrəvan birdən-birə Kremlə üz tutursa, bu, olduqca parodoksal təzahür kimi ancaq qeydə alına bilər. Amma nəzərə almaq lazımdır ki, belə bir paradoksal təzahür məhz Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərindən sonra ortaya çıxdı. Yəqin ki, bunun da məlum səbəbləri var. Görünür, həm rəsmi İrəvan Azərbaycanla Rusiya arasındakı münasibətlərdən bərk qıcıqlanıb və “qısqanclıq” keçkirir, həm də yəqin ki, həmin səfərdən sonra Putin Ermənistana bərk təpki göstərib və həddini bildirib deyə haylar əl-ayağa düşüblər. Hər halda, rəsmi İrəvanın Rusiya “sevgisinin” belə tələm-tələsik yaranmasını başqa şəkildə izah etmək mümkün deyil. Çünki ermənilərin, xüsusən də Paşinyan hakimiyyətinin hansısa ölkəyə sədaqət barədə, ruslara borclu olduqlarını gec də olsa anlamaları haqda düşünmək belə olmur. Ona görə düşünmək belə olmur ki, haylar üçün sədaqət anlayışı da yoxdur və mövcudluqları dövründə sədaqətli olduqları bircə dəfə də olsa müşahidə olunmayıb. Bu vaxta qədər mövcudluqlarına görə ruslara borclu olduqlarını unutmuş olsalar belə, ən azından 44 günlük müharibədə Ermənistanı daha acınacaqlı sonluqdan məhz Rusiyanın onları xilas etdiyini də olsa unutmamalı idilər və ən azından buna görə borclu olduqlarını dərk etməli idilər. Amma görünən odur ki, Ermənistan tərəfi, Paşinyan hakimiyyəti bunu başa düşdüyü üçün yox, qorxduğu üçün, hansısa təhlükə hiss etdiyi üçün Rusiyaya üz tutub və istənilən halda bunun sürüşkən və xaotik siyasət olması qənaətində olmaqda hər kəs haqlıdır. Çünki bu vaxta qədər tamamilə başqa yolda, indi də başqa istiqamətdə olan Ermənistan haqda başqa fikir bildirmək olmaz.

Ermənistan çox qəliz vəziyyətdədir və belə vəziyyətdə qaldığı üçün də sürüşkən, xaotik siyasət yürütməkdən başqa çıxış yolu tapa bilmir

Qərbin, ABŞ-ın verdiyi, daha doğrusu vəd verdiyi dəstək əlbəttə ki, hayları, xüsusən də hazırkı Ermənistan hakimiyyətini qətiyyən qane etmir. Ələlxüsus da Rusiyanın öz rıçaqlarını işə salacağı təqdirdə ABŞ, Qərb qətiyyən Ermənistanı müdafiə etməyəcək və bunu da yavaş-yavaş başa düşməyə başlayan erməni baş nazirin Rusiyaya üz tutması bu baxımdan da anlaşılandır. Görünür, Paşinyan və onun hakimiyyət komandası öz qorxusunu aradan qaldırmağa çalışır və əmin olmaq istəyir ki, Rusiya Ermənistana qarşı radikal addımlara, məsələn, sanksiyalara başlamayacaq. Nikol Paşinyanın və onun komandasının əl-ayağa düşməsi də bu səbəbdəndir və bütün qorxuları da buna görədir. İndi bütövlükdə hayların qorxusunun nədən ibarət olduğunu anlamaq çətin deyil. Anlanılması, daha dəqiq desək, qəbul edilməsi çətin olan hayların, başda elə erməni baş nazir Paşinyanın, onun hakimiyyət komandasının sürüşkən, xaotik siyasət yürütmələridir.

Ermənistanla bağlı təzadlı, paradoksal məqamlar olduqca çoxdur və o qədər çoxdur ki, sadalamaqla bitən deyil. Bunlardan biri də ondan ibarətdir ki, Paşinyan və onun hakimiyyət komandası indi də sülh danışıqlarında Rusiyanın vasitəçiliyini gündəmə gətirməklə “aranı düzəltmək” niyyətindədir. Amma daha təzadlı məqam həmin bu gündəliyin, fikrin irəli sürülməsindən də Paşinyanın hakimiyyət komandası və özünün bərk qorxmasıdır və erməni baş nazir indi elə düşünür ki, belə bir mövqe ilə Qərbin qəzəbinə tuş gələ bilər. Daha dəqiq desək, Kremlin “könlünü almaq” niyyəti ilə sülh prosesinin Rusiya platformasına qaytarmaqdan Paşinyan və komandası ona görə qorxur ki, Qərbin onlara bunu bağışlamayacağından tam əmindir. Deməli, yenə də Ermənistan hakimiyyəti çox qəliz bir vəziyətdə qalıb. Ümumiyyətlə, belə qəliz, çətin və qarandıq vəziyyətdə qaldığı üçün də sürüşkən və xaotik siyasət yürütməkdən başqa çıxış yolu tapa bilmir. Halbuki, vaxtında, zamanında doğru istiqamət götürə, düzgün yolda ola, istər qonşu dövlətlərlə, istərsə də dünyanın hər hansı ölkəsi ilə münasibətlərini normal şəkildə qura bilərdi və bu gün çətin durumda, məcburiyyət qarşısında qalmazdı.

20 Sentyabr 2024 "Maliyyə dayanıqlılığımızı bərqərar etmişik" - MÜNASİBƏT BİLDİRİLDİ
20 Sentyabr 2024 Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19 Sentyabr 2024 "Rusiyaya meyilli qüvvələr seçkidə qalib gələcəklər" - MÜNASİBƏT BİLDİRİLDİ
19 Sentyabr 2024 Kamaləddin Qafarov: “Antiterror tədbirlərinin keçirilməsi Azərbaycanın legitim hüququ idi”
19 Sentyabr 2024 Netanyahunu öldürmək istəyən İran casusu tutuldu
18 Sentyabr 2024 "Xarab olmayan çörək artıq kimyalaşıb" - AİB SƏDRİ AÇIQLADI
18 Sentyabr 2024 Masallıda Respublika Toxumçularının II Forumu keçiriləcək
18 Sentyabr 2024 Bal yarmarkasında satışa ən çox cökə balı çıxarılıb
17 Sentyabr 2024 Bu qurumlar 1 saat işıqsız qalacaq
17 Sentyabr 2024 Suraxanıda “yeni era”nın başlanğıcı
17 Sentyabr 2024 “Azərbaycanın gücünü həzm etməyən dairələr aqressivləşir” - ŞƏRH OLUNDU
17 Sentyabr 2024 “XX əsr Azərbaycan musiqi tarixinin qızıl dövrdür” - SOSİOLOQ FİKRİ
17 Sentyabr 2024 "Belə özbaşınalıqlar olmamalıdır" - EKSPERT TƏNQİD ETDİ
17 Sentyabr 2024 “Su ilə bağlı problemləri aradan qaldırmaq üçün milyardlarla pul lazımdır” - EKOLOQ FAKTLARI AÇIQLADI
17 Sentyabr 2024 İrəvan və reallıq: ciddi müalicəyə ehtiyac var
16 Sentyabr 2024 İkinci sui-qəsd: Trampın reytinqi yenə qalxdı
16 Sentyabr 2024 Balıq bazarında canlanma var QİYMƏTLƏR/VİDEO
16 Sentyabr 2024 "Formula 1" yarışı nə ilə yadda qaldı? - MÜNASİBƏT BİLDİRİLDİ
16 Sentyabr 2024 Bakı ilə sülhdən İran da faydalanacaq - Paşinyan
14 Sentyabr 2024 Putinin bu çıxışını ciddi qəbul edirik - ABŞ
13 Sentyabr 2024 Xalqımızın zəngin dövlətçilik tarixinin, milli adət-ənənələrinin təbliği vacibdir - TƏHLİL
12 Sentyabr 2024 "20 sentyabr Azərbaycan üçün mühüm tarixi günlərdən biridir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
12 Sentyabr 2024 Bu sülh quruculuğu prosesinə təhdiddir - Bayramov
12 Sentyabr 2024 44 günlük müharibədən sonra silahlarımız... - Paşinyan
10 Sentyabr 2024 Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu
10 Sentyabr 2024 "Ermənistana dəfələrlə xəbərdarlıq olundu - ŞƏRH OLUNDU
09 Sentyabr 2024 Hayların oynadıqları TƏHLÜKƏLİ OYUNLAR - TƏHLİL
09 Sentyabr 2024 Bu il məktəbli formaları ucuzlaşıb? – BTE rəsmisi AÇIQLADI VİDEO
08 Sentyabr 2024 BDU fəaliyyətsiz yataqxanaların işçilərinə 135 min manat maaş verib
31 Avqust 2024 Bu məntiqlə ermənilərin Qarabağa qayıtması mümkün deyil!