Bir neçə gün öncə bir qrup iş adamının Sumqayıt Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Zakir Fərəcov və qurumun Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyevlə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya ünvanladıqları müraciəti, şikayət məktubunu yayımlamışdıq (Link: //moderator.az/az/hadise/772930/sumqayitin-icra-bascisindan-prezidente-aiq-sikayet-is-adamlarinin-3-milyon-manatliq-borcu-qaytarilmir/). 
 
İş adamlarının Prezidentə müraciəti sosial şəbəkələrdə böyük rezonans doğurdu.
 
Müraciəti təsdiq edən iş adamları - İsrail İsayev, İskəndər Ələkbərov, Hümmət Qasımov, Müqayis Verdiyev, İslam İsayev, Fərman Məmmədov, Saatxan Həmidov, Vilayət Qacarov, İbrahim Məmmədov, Azad Süleymanov, Taleh Seyidov, İlham Məmmədov, Çingiz Mənsurov, Ağamməd Şəmiyev, Pərviz Abbaszadə, Vüqar Abbaszadə, Şahin Cəfərov, İmran Şirinov, Miribrahim Məmmədov, Vəli Kərimov, Məzahir Quliyev, Həbib Əhmədov, Şirin Həsənov, Elnur Həsənov, Yaşar Ağakişiyev, Aydın Allahverdiyev, Elçin Qarayev, Ramil Paşayev, Anar Məlikov, Abbas Orucov, Abdulla Cəfərov, İlqar Cəfərov, Anar Həsənli, Tofiq Qurbanov, Novruz Aslanov, Mirhüseyin Məmmədov, Şükür Mirzəyev, İslam Əliyev, Zamiq Qasımov, İskəndər Ələkbərov, Kamran Əkbərov, Vüqar Abbaszadə, Vüsal Qədirov, Murad Nəsibov, Məzahir Quliyev və Əkbər Abbasov.
 
Ümumiyyətlə, son zamanlar Sumqayıtla bağlı mətbuatda yayılan neqativ xəbərlər durmadan artır. Ölkə başçısının məmurların özbaşınalığı və talançılıq halları ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, bəzi məmurlar öz çirkin əməllərindən əl çəkmək istəmir. 
 
"İndi abadlıq adı ilə bilirəm ki, sahibkarlardan vəsait yığırlar. Bu, qətiyyən qəbuledilməzdir. Belə abadlıq bizə lazım deyil." -deyən ölkə başçısı, zamanında həmin məmurlar üçün belə bir xəbərdarlıq da etmişdi: "Mən xəbərdarlıq etmişdim. Bəzilərinə dedim ki, hər kəs eşitsin, əyri yolla getsəniz inzibati cəza ən yüngül cəza olacaq. İnzibati cəza ilə iş məhdudlaşmayacaq. Amma bəziləri bəlkə hesab edirdilər ki, onlara aid deyil. Ona görə belə yolverilməz addımlar atdılar. Bu, əslində, dövlətə, dövlət siyasətinə edilən xəyanətdir."
 
Bəli, bu kimi hallara qarşı ölkə başçısının mövqeyi hər kəsə bəllidir. 
 
Məsəl var ki, işçinin haqqını alnının təri qurumadan vermək lazımdır. Görünür Sumqayıt icra Hakimiyyətinin başçısı Zakir Fərəcov və Sumqayıtda Yeni Bulvar Kompleksi tikintisinə və şəhər ərazisində digər abadlıq işlərinə nəzarət edən vəzifəlilər bu məsəldən xəbərsizdirlər. Belə olmasaydı sahibkarların əziyyəti elə vaxtında dəyərləndirilərdi. Onlar yəqin ki, “Şah qanun deyil, qanun şahdır” məsəlini də unudublar.
 
Moderator.az -ın əldə etdiyi məlumata görə, problem mətbuatda işıqlanandan sonra iş adamlarına saysız-hesabsız zənglər gəlib. Adının açıqlanmasını istəməyən iş adamı bildirib ki, müraciətdən sonra ən çox narahatlıq keçirən Gündüz Əliyev olub:
 
“Saytınızda yazı yayımlanandan sonra onlar çox narahat oldular. Məndə olan məlumata görə bu problem yayımlanan günü bir çox saytlardan mənim cənab prezidentə şikayət məktubumun silinməsi üçün cəhdlər edildi... Görünür ki, adlarının saytlara, sosial şəbəkələrə düşməyindən yaman “narahat” olublar. Külli miqdarda pulları yeyəndə bunu fikirləşməli idilər.. Amma Moderator.az saytından bu yazını sildirə bilmədilər. Bilirəm ki, çox adamlar zəng edib, tapşırıq verib, xahişlər ediblər amma sizin dürüstlüyünüz bir daha göstərdi ki, haqq-ədalət tərəfdarları az da olsa var. Buna görə sizə təşəkkürümü bildirirəm. Ən çox da narahatlıq keçirən Gündüz Əliyev oldu. Ona görə ki, hazırda onun Ağır Cinayətlər məhkəməsində külli miqdarda yeyinti ilə bağlı işinə baxılır. Həmçinin də bacısının məhkəməsi gedir. Onlar birlikdə cinayətdə iştirak ediblər. Onların törətdikləri cinayətlərin sayı-hesabı yoxdur. Yazıdan sonra mənə çoxlu zənglər gəldi, görüşmək istədilər. Xahiş etdilər ki, məsələni qabartmayın, başçı xaricdədir, gələndən sonra işıqlandırarsınız. Hətta həmin şəxslər birbaşa mənə zəng etməyə ehtiyat edib, başqa tanışları vasitəsilə yaxınlaşmaq istədilər. İstədilər ki, onlara özüm zəng edim danışım. Mən heç kimin qabağında əyilən insan deyiləm. Günah özlərinindir, cəzalarını da çəkəcəklər. Dövlətin ayırdığı pulları yeyəndə bilmirdilər ki, bu vəziyyətə düşəcəklər?! Mən ölkəmə, prezidentimə, qanunlarımıza inanıram və güvənirəm. Bu kimi sözləri çox eşitmişik. Ona görə də onların dediyi yalanlara biz inana bilmərik. O qədər başımıza oyunlar gətiriblər ki. Bəzi işçilər gediblər vəsaitlərini tələb etməyə, hətta onları polislə hədələyiblər. Bizə yaxınlaşıb, vəsaitin ödənilməsi ilə bağlı konkret bir vəd vermirlər. Deyirlər ki, guya çoxlarına vəsaiti qaytarmışıq, bizə çatanda isə bildirirlər ki, darıxmayın, bir az çətinliyimiz var, hələ əlimizdə pul yoxdur. Bizim, bir qrup iş adamlarının sadəcə bir çıxış yolu var ki, yalnız cənab prezidentə müraciət edək. Fevral ayında bizi dəvət edib zəmanət məktubu istədilər ki, sizə vəsait ödəniləcək. 10-15 min manat verib iş adamlarını yenə də aldatdılar. Biz başçı ilə danışmışdıq, o boyda şəhər ona həvalə olunubsa o bizi aldatmamalı idi. İş adamlarının hamısı çox narahatdırlar. Bunlar nə vaxta qədər qanunsuz addım atacaqlar? Nə vaxta qədər bizi aldadacaqlar? Bu məsələnin bir sonu olacaq yəqin ki. Bu illər ərzində sağlamlığımızdan da olmuşuq. Mənəvi və maddi ziyan çəkirik. Bu şəxslər bizim həyatımızı məhv etdilər, sağlamlığımızla oynadılar. Hər birimiz əsəb xəstəliyi tapmışıq. Bilsinlər və eşitsinlər ki, haqqımızı onlardan almayana qədər iki əlimiz yaxalarında olacaq. Mətbuatda bu qədər onların ünvanına sözlər demişik, ifadələr işlətmişik. Qarşı tərəfdən bir nəfər çıxıb yalandan da olsa açıqlama vermir ki, bu elə olmayıb, belə olub. Çünki deyəcəkləri sözlər də yoxdur. O qədər yalandan danışıblar ki.. Onlar öyrəncəlidir yalan danışmağa. Ümidimiz dövlətimizə və onun qanunlarınadır” deyə şikayətçi bildirib.
 
Moderator.az olaraq mövzu ilə bağlı qarşı tərəfin fikirlərini də dərc etməyə hazırıq.
 
Mövzunu davam etdirəcəyik...
23 Sentyabr 2024 Bazarlarda mürəbbəlik meyvə və giləmeyvələrin qiyməti necədir? VİDEO
23 Sentyabr 2024 Azərbaycanda düyü bahalaşdı – SON QİYMƏT VİDEO
23 Sentyabr 2024 "Azərbaycan əməkdaşlıqdan yana mövqe sərgiləyir" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
23 Sentyabr 2024 Zelenskinin qələbə planı hiylədir - Şeremet
20 Sentyabr 2024 "Maliyyə dayanıqlılığımızı bərqərar etmişik" - MÜNASİBƏT BİLDİRİLDİ
20 Sentyabr 2024 Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19 Sentyabr 2024 "Rusiyaya meyilli qüvvələr seçkidə qalib gələcəklər" - MÜNASİBƏT BİLDİRİLDİ
19 Sentyabr 2024 Kamaləddin Qafarov: “Antiterror tədbirlərinin keçirilməsi Azərbaycanın legitim hüququ idi”
19 Sentyabr 2024 Netanyahunu öldürmək istəyən İran casusu tutuldu
18 Sentyabr 2024 "Xarab olmayan çörək artıq kimyalaşıb" - AİB SƏDRİ AÇIQLADI
18 Sentyabr 2024 Masallıda Respublika Toxumçularının II Forumu keçiriləcək
18 Sentyabr 2024 Bal yarmarkasında satışa ən çox cökə balı çıxarılıb
17 Sentyabr 2024 Sürüşkən və XAOTİK SİYASƏT – TƏHLİL
17 Sentyabr 2024 Bu qurumlar 1 saat işıqsız qalacaq
17 Sentyabr 2024 Suraxanıda “yeni era”nın başlanğıcı
17 Sentyabr 2024 “Azərbaycanın gücünü həzm etməyən dairələr aqressivləşir” - ŞƏRH OLUNDU
17 Sentyabr 2024 “XX əsr Azərbaycan musiqi tarixinin qızıl dövrdür” - SOSİOLOQ FİKRİ
17 Sentyabr 2024 "Belə özbaşınalıqlar olmamalıdır" - EKSPERT TƏNQİD ETDİ
17 Sentyabr 2024 “Su ilə bağlı problemləri aradan qaldırmaq üçün milyardlarla pul lazımdır” - EKOLOQ FAKTLARI AÇIQLADI
17 Sentyabr 2024 İrəvan və reallıq: ciddi müalicəyə ehtiyac var
16 Sentyabr 2024 İkinci sui-qəsd: Trampın reytinqi yenə qalxdı
16 Sentyabr 2024 Balıq bazarında canlanma var QİYMƏTLƏR/VİDEO
16 Sentyabr 2024 "Formula 1" yarışı nə ilə yadda qaldı? - MÜNASİBƏT BİLDİRİLDİ
16 Sentyabr 2024 Bakı ilə sülhdən İran da faydalanacaq - Paşinyan
14 Sentyabr 2024 Putinin bu çıxışını ciddi qəbul edirik - ABŞ
13 Sentyabr 2024 Xalqımızın zəngin dövlətçilik tarixinin, milli adət-ənənələrinin təbliği vacibdir - TƏHLİL
12 Sentyabr 2024 "20 sentyabr Azərbaycan üçün mühüm tarixi günlərdən biridir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
12 Sentyabr 2024 Bu sülh quruculuğu prosesinə təhdiddir - Bayramov
12 Sentyabr 2024 44 günlük müharibədən sonra silahlarımız... - Paşinyan
10 Sentyabr 2024 Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu