“Hazırda dünyada çox təhlükəli proseslər gedir. Son dövrlərdə bir sıra ölkələrin biri-biri ilə konkret və açıq müharibə aparmağının şahidi oluruq. İlk olaraq Rusiya-Ukrayna qarşıdurması, daha sonra İsrail-HƏMAS müharibəsi, son günlərdə isə İranla İsrail arasında toqquşması dünya müharibəsinin başlama ehtimalının yüksək olduğunu deməyə əsas verir”. Bu sözləri SİA-ya açıqlamasında Trend BİA-nın direktor müavini, siyasi ekspert Sahil Kərimli deyib.

O bildirib ki, dünyada qanlı müharibələr, qarşıdurmalar, xüsusilə də sözügedən dövlətlərin biri-birini Atom silahı ilə təhdid etməsi məsələni daha da qəlizləşdirir: “Üçüncü dünya müharibəsinin başlanması ilə bağlı müxtəlif fikirlər və çağırışlar səsləndirilir. Əlbəttə bu hazırda dünyada beynəlxalq hüququn işləməməsinin göstəricisidir. Həmin beynəlxalq qurum və təşkilatlar artıq əməli heç bir iş görə bilmirlər. Yəni, beynəlxalq hüquq kağız üzərində qalır. Biz 30 illik işğal dövründə Azərbaycana qarşı haqsız və ədalətsiz mövqeyin həyata keçirilməsinin də şahidi olmuşuq. Azərbaycan 30 il ərzində beynəxalq təşkilatlara güvənsə, müraciət etsə də, beynəlxalq hüquq işləmədi. Biz nəhayət suveren hüquqlarımızı məhz öz gücümüzə təmin etdik. Bu gün də dünyada baş verən proseslərin əsas səbəblərindən biri “kim güclüdürsə, o da gedişatı diqtə edir” prinsipi ilə aparılır. Bu isə daha çox günahsız insanlar üzərində öz mənfi təsirini göstərir”.Məsələ ilə bağlı politoloq Tural İsmayılov fikirlərini bölüşüb: “Üçüncü dünya müharibəsinin fraqmental formada baş verdiyini görürük. Lakin hansısa genişçaplı və böyük eskalasiyadan, qarşıdurmadan hələ ki, söhbət gedə bilməz. Ümumilikdə isə Rusiya-Ukrayna müharibəsi, İsrail-İran qarşıdurması, həm yaxın gələcəkdə partlayacağı gözlənilən Çin-Tayvan, həmçinin Şimali Koreya və Cənubi Koreya məsələləri üçüncü dünya müharibəsinin başlanmasa da, artıq yaxın gələcəkdə olduğunu göstərir. Hər halda bütün dünyanın bu məsələdə atmalı olduğu vacib addımlar var. Hesab edirəm ki, bu addımlar atılmayacağı təqdirdə üçüncü dünya müharibəsinin real təhdid kimi qalmaq imkanları kifayət qədər genişdir. Nəticədə dünya iqtisadi-siyasi sistemini pandemiyadan sonra psixoloji formada narahat edən növbəti məqama daha şahid etmiş olacağıq. Hansı ki, bu da üçüncü dünya müharibəsinin başlama və davametmə riskidir”.

02 May 2024 Şeyx delimitasiyaya xeyir-dua verdi
02 May 2024 Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam
02 May 2024 Tarix yazan sərkərdə
01 May 2024 Düşmənlər silahlarımızın qarşısında titrəyir - Medvedyev
01 May 2024 Lukaşenko Rusiyada dəbdəbəli iqamətgah tikdirir
01 May 2024 Prezident Zuhair Əlhartini qəbul etdi
30 Aprel 2024 Cəlilabad rayon “hərbi komissarlığında” ŞOK ÖZBAŞINALIQ… -Vətəndaş şikayət edir…
30 Aprel 2024 Bakıda çörəyin içindən taxta ÇIXDI – VİDEO
30 Aprel 2024 Bakı sakinləri Paşinyanın devrilməsini istəyirmi? - ŞOK CAVABLAR
30 Aprel 2024 İstənilən halda bu əməliyyat olacaq - Netanyahu
30 Aprel 2024 İlham Əliyev ABŞ rəsmilərini qəbul etdi
30 Aprel 2024 Azərbaycanda ada turizmi niyə inkişaf etməyib? - ARAŞDIRMA
30 Aprel 2024 Qardaş ölkədə dollar ucuzlaşdı
30 Aprel 2024 Jerar Depardye sərbəst buraxıldı
29 Aprel 2024 "Başkəndin strateji əhəmiyyəti var, sizin YOXDUR!" - Tural Abbaslıdan Musabəyova SƏRT CAVAB! - VİDEO
29 Aprel 2024 Toyuq ətinə tələbat kəskin artdı: bahalaşma olacaq?
29 Aprel 2024 "Azərbaycan-Qırğızıstan əlaqələri güclənməkdə davam edir" - MÜNASİBƏT BİLDİRİLDİ
29 Aprel 2024 "Yaşlı insan gəncə nümunə olmalıdır ki, gənc də ona hörmət etsin" - EKSPERT TƏNQİD ETDİ
29 Aprel 2024 Taksi ödənişini kartla, yoxsa nağd ödəməliyik? - MÜNASİBƏT BİLDİRİLDİ
29 Aprel 2024 Rasim Musabəyovun açıqlaması müzakirə yaratdı - Video
28 Aprel 2024 Vet.Dr.Təbriz Abdullazadə: "Bu baxımdan baytarlıq təkcə heyvanlar üçün deyil, insan, ətraf mühit və qida sağlamlığının qorunmasında həyati əhəmiyyət kəsb edən bir peşədir."
26 Aprel 2024 Cəsarət Əhmədov: “İnsan var ki, cəmiyyətin adamı olur, insan var ki, dövlətin adamı olur, insan var ki, Allahın adamı olur” - VİDEO
25 Aprel 2024 Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
25 Aprel 2024 Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır
25 Aprel 2024 Azərbaycan–Rusiya münasibətlərinin inkişafında yeni mərhələ
24 Aprel 2024 HEYDƏR ƏLİYEV - Əbədi müstəqilliyə imza atan Dahi Şəxsiyyət TƏHLİL
24 Aprel 2024 “Təbiət bütün dünyada eyni qanunlara tabedir və heç bir dövlət sərhədi tanımır” - ŞƏRH EDİLDİ
24 Aprel 2024 Bölgələrdə 70 qəpikdən satılan xiyar paytaxt bazarlarında nə vaxt ucuzlaşacaq? VİDEO
24 Aprel 2024 "Xarici dil məcburiyyət halı alıb, bu yaxşı deyil" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ
24 Aprel 2024 Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti