Münaqişə ocaqlarının sayı günbəgün çoxaldıqca, eləcə də qlobal gərginlik artdıqca, dünya ictimaiyyətinin narahatlıq keçirməsi başadüşüləndir. Üçüncü Dünya müharibəsinin başlaması, qlobal müharibənin olma ehtimalının artması ilə bağlı keçirilən həyəcan da anlayışla qəbul edilir, çünki müharibələr yaxşı, xoşagələn heç nə vəd etmir və ancaq itgilərlə, tələfatla müşahidə edilir. Amma Azərbaycan kimi təhlükəsizlik, sabitlik adası olan bir ölkədən fərqli olaraq, Ermənistan kimi xaosun, qarşıdurmaların hökm sürdüyü, az qala vətəndaş müharibəsi astanasında və səfalət içərisində olan qeyri-stabil bir ölkə üçün dünyada müşahidə edilən münaqişələr, müharibələr narahatlıq deyil, hədsiz dərəcədə böyük qorxu yaradıb.

İran ətrafında vəziyyətin gərginləşməsi Ermənistana yaxşı heç nə vəd etmir

Yaxın Şərqdə aprelin 13-dən 14-nə keçən gecə baş verənlər bütün dünyanın diqqətini cəlb etdi. Hər halda iki ölkə arasında, daha dəqiq desək, İran və İsrail arasında müharibənin başlaması heç də laqeyidliklə qarşılana bilməzdi. Əslində, bütün dünya bununla bağlı həyəcan təbili çalmalı idi. Görünür, cəmi bir gündən sonra vəziyyətin kökündən dəyişməsi buna mane oldu. İstənilən halda “sakitliyin pozulmasına” müşahidəçi mövqedən yanaşmaq doğru deyil və İranın ilk dəfə olaraq, İsrailə birbaşa hücum edərək, üç yüzdən çox pilotsuz təyyarə və raket atmasının bütün dünyada müzakirə mövzusu olması məntiqidir.

Məsələ burasındadır ki, cəmi bir günlük olsa belə həmin hadisə Ermənistanda daha böyük qorxu ilə qarşılanıb. Əslində erməni cəmiyyətinin qorxu keçirməsini başa düşmək çətin deyil. Ona görə ki, Rusiyaya qarşı xəyanətkarlıq edən və Kremlin də üz döndərdiyi bir ölkənin, Ermənistanın bölgədə yeganə təəssübkeşinin İran olmasını nəzərə alsaq, hadisələrə görə erməni cəmiyyərinin niyə qorxu keçirildiyi bəlli olur. Bu qorxu kompleksi Ermənistana məxsus mətbuat səhifələrində də öz əksini tapır və erməni mediası açıq-aşkar qorxu hissini etiraf edir.

Üçüncü Dünya müharibəsinin yeni cəbhəsinin açılmasının şahidi olduq desək, yəqin ki, bir çox politoloqlar bizimlə razılaşarlar. Doğrudur, bazar günü səhər hər şey sakitləşdi və region ölkələri artıq öz hava məkanlarını açmağa başladılar, amma etiraf edək ki, diplomatik mühitdə düşmənçilik ab-havası hələ də qalmaqdadır. Tehran və Tel-Əviv bir-birinə açıq şəkildə bildirirlər ki, əgər qarşı tərəf “özünə gəlməsə” və yenidən təxribatlara cəhd etməyə çalışsa yenidən hücum ediləcəyi gözləniləndir. Məhz elə bu vəziyyət erməniləri bərk qorxudur. Çünki İranın müharibəyə başlaması ermənilər üçün ən azından bölgədə tək qalmaq deməkdir. Bir sözlə, İran ətrafında vəziyyətin gərginləşməsi Ermənistana yaxşı heç nə vəd etmir. Bundan başqa da hayları qorxudan məqamlar var və bunun hansı məqamlar olduğu da hadisələri təhlil etdikdə bəlli olur.

Ermənistanı qorxuya salan güvəndiyi İranın hərbi baxımdan hansı səviyyədə olduğunu müşahidə etməsidir

Bütün dünya gördü ki, İran birbaşa İsrailə 300 ədəd pilotsuz təyyarə və raket atdı. Hətta pilotsuz təyyarələrin və raketlərin 99 faizinin zərərsizləşdirildiyi barədə də açıq şəkildə informasiya yayıldı və hər kəs də bundan xəbərdar oldu. Özü də rəsmi informasiya olaraq bu barədə bildirildi və bəlli oldu ki, İran atdığı raketlərlə heç nəyə nail ola bilmədi. İsrail ciddi bir zərbə almadı və İranın həmləsinin demək olar ki, tam şəkildə qarşısı alındı. Bundan sonra da İsrailin cavab reaksiyası olmadı, halbuki silah baxımından da, hərbi hazırlıq baxımından da İsrailin hansı dərəcədə hazırlıqlı olduğu barədə bir kimsədə zərrə qədər də şübhə ola bilməz. Döğrudur, ola bilsin ki, hansısa zərər olmuş olsa idi İrana “layiqincə’” cavab verilə bilərdi, amma reallıq budur ki, cavab verilmədi. Məsələ burasındadır ki, bu məqamın özü belə bir çox mətləblərin araşdırılması və doğru qənaət üçün kifayət edir. Hər halda həmin doğru qənaətin nədən ibarət olduğunu haylar da başa düşmüş olarlar, əks halda, onlarda bu həddə qorxu kompleksi olmazdı.

Yəqin ki, İranın 300 ədəd pilotsuz təyyarə və raketinin 99 faizinin zərərsizləşdirilməsi həmin ölkə üçün heç də xoşagələn hal sayıla bilməz, əksinə, hərbi baxımdan hansı vəziyyətdə olduğunu ifşa edən fakt kimi İran üçün böyük “zərbə” sayılır. Daha dəqiq desək, atılan raketlərin qarşısı alınırsa, 99 faizi zərərsizləşdirilirsə, bu, İranın hərbi baxımdan ən azından qarşı tərəfdən zəif olduğunu isbatlayır. Üstəlik, İsrail buna məhəl belə qoymursa, bu həmləni hesaba belə almırsa, deməli, İran artıq “öz həddini” yaxşı başa düşür. Vəziyyəti daha yaxşı başa düşən həm də haylardır. Ələlxüsus erməni cəmiyyəti indi görür ki, bu vaxta qədər güvəndiyi İran hansı gücə sahib olan dövlətdir və həmin ölkəyə arxalanmaqda böyük yanlışlıq edir. Bir sözlə, ermənilər yaxşı başa düşürlər ki, İrana arxalanmaqda böyük səhv etməklə yanaşı, həm də böyük risk etmiş olurlar. Çünki İsraillə müqaisədə çox zəif olduğu üzə çıxan bir ölkəyə güvənərək eskalasiya yaratmaq, bölgədə təxribatlara əl atmaq haylar üçün fəlakət demək olduğunu başa düşmk tətin deyil. İranın hansı gücə sahib dövlət olmasını görən haylar yanlışlıq etdiklərinin fərqindədirlər. Yəni, Ermənistanı qorxuya salan da elə İranın hərbi baxımdan hansı həddə, hansı səviyyədə olduğunu müşahidə etməsidir.

 

Ermənistan ortada, müəmmalı vəziyyətdə qalıb və qorxu kompleksinin bir səbəbi də budur

Ermənistan həm Qərbdən, həm də İrandan “əlini üzmək” niyyətində deyil. Rəsmi İrəvan Qərbi sivilizasiyanın mənbəyi kimi daxili auditoriyaya sırımağa çalışır və Qərbin Ermənistan üçün “çox vacib” olduğunu göstərməkdədir. Hüquqi, demokratik normalar, sosial institutlar, təhsil, texnologiya, mədəni və üslub yenilikləri baxımından guya Qərb indi Ermənistan üçün daha maraqlı hesab olunur. Halbuki, Qərb hər zaman olduğu kimi, Ermənistan üçün iyanələr, yardımlar ayıran olaraq, eləcə də hayları dəstəkləyən tərəf qismində maraq kəsb edir. Amma haylar onu da etiraf edirlər ki, İran da onlar üçün maraqlarından çıxış edən qonşu ölkə olaraq lazımdır. Məsələ burasındadır ki, indi Qərb və İran arasında erməniləri qane etməyən vəziyyət, ab-hava yaranıb. Hər iki tərəfə yaltaqlanmağı, iki stulda oturmağı məharətlə bacaran haylar bu dəfə bir qədər çətin duruma düşüblər və bir növ ortada və müəmmalı vəziyyətdə qalıblar.

Ermənistanın özünə guya strateji tərəfdaş bildiyi tərəflə, yəni, Qərb ilə hayların özlərinə mehriban qonşu hesab etdikləri İran düşmənçilik etməyə başladıqları təqdirdə erməni cəmiyyətinin vəziyyətini başa düşmək çətin deyil. Erməni cəmiyyəti görür və müşahidə edir ki, molla rejiminin hərbi qüvvələrinin davranışı İranı kollektiv Qərbin gözündə daha da antipatik ölkəyə çevirib. İndi haylar çox yaxşı anlayırlar ki, onlar təkcə İran və İsrail arasında deyil, nəticədə İran və Avropa, eləcə də İran və ABŞ arasında münasibətlərin pisləşməsinin acı nəticələrini dadmaq məcburiyyətindədirlər. Ona görə ki, onlar ortada, müəmmalı vəziyyətdə qalıblar və bunu da hamıdan yaxşı özləri başa düşürlər, hansıki qorxularının bir səbəbi də məhz budur.

Dünyanın müharibə meydanına çevrilməsi, istənilən münaqişə və müharibə hayların kürkünə birə salır...

Qərbin və Rusiyanın artıq rəqib deyil, birbaşa düşmənə çevrildiyi günün reallığıdır. Ermənistanın da məhz Kremlin nəzarətindən çıxmağa və ABŞ, eləcə də Avropa ilə daha yaxın olmağa can atması da çoxdan bəllidir. Belə olan halda Rusiya-Ukrayna müharibəsi, Qərbin ukraynalıları dəstəkləməsi fonunda Qərb meyilli ermənilərə qarşı rusların antipatiyası da təəccüblü deyil. Deməli, Rusiyanın Ukrayna ilə müharibəsi də ermənilər üçün yaxşı heç nə vəd etmir. Çünki hayların qeyd olunan xəyanətkarlıqları və ruslarda onlara qarşı yaranan nifrət fonunda Ermənistanın növbəti hədəf olma ehtimalı çox böyükdür. Belə olan halda, yəni Ermənistan Rusiyann hədəfinə çevrildiyi məqamda hayların hayına kim çatacaq? Qərb, yoxsa Avropa? Axı ukraynalılara ruslarla bundan sonra “dil tapmaq” tövsiyyəsi edən Qərb və Avropa meydandan çəkilirsə, o zaman Ermənstanın vəziyyəti indidən göz önünə alınmalıdır. Elə məhz bu məqam da göz önünə alındığı üçün haylar arasında qorxu kompleksi artmaqdadır...

Rusiya ilə Qərbin qarşıdurması fonunda nə Rusiyanın, nə də Qərbin Ermənistanla maraqlanması qətiyyən ağılasığan deyil. Bəlkə də bir müddət əvvəl Ermənistan üçün Rusiya ilə Qərb arasında manevr imkanları ola bilərdi, amma indi hayların belə bir imkanları qətiyyən yoxdur. Heç Qərb və İran arasında da haylar üçün manevri şansı qalmayıb. Amma şiddətli qarşıdurma şəraitində haylar seçim etmək məcburiyyətində qalacaqlarını yaxşı bilirlər. Başa da düşürlər ki, İran genişmiqyaslı müharibəyə girərsə, o zaman İrəvan Tehranın dəstəyini itirəcək, çünki eyni ilə rusiya kimi İranın da başı özünə qarışdığı üçün Ermənistana ayırmağa vaxtı belə olmayacaq. Qərb də öz növbəsində İrəvanı hesaba belə almayacaq və belə olan halda haylar nəinki dəstəkdən, iyanələrdən belə məhrum ola bilərlər ki, səfalət içərisində olanlar üçün bu, böyük faciə deməkdir. Deməli, dünyada cərəyən edən mürəkkəb proseslər, dünyanın müharibə meydanına çevrilməsi, münaqişə ocaqlarının artması, qlobal gərginlik istənilən halda haylar üçün yaxşı heç nə vəd etmir. Ona görə də dünyanın müharibə meydanına çevrilməsi, istənilən münaqişə və müharibələr hayların kürkünə birə salır, yuxularını da ərşə çəkir. Çünki qlobal gərginliyə görə erməni cəmiyyəti məhz düşə biləcəkləri daha acınacaqlı vəziyyəti düşünərək, haqlı olaraq qorxu hissi keçirir.

30 Aprel 2024 Azərbaycanda ada turizmi niyə inkişaf etməyib? - ARAŞDIRMA
30 Aprel 2024 Qardaş ölkədə dollar ucuzlaşdı
30 Aprel 2024 Jerar Depardye sərbəst buraxıldı
29 Aprel 2024 "Başkəndin strateji əhəmiyyəti var, sizin YOXDUR!" - Tural Abbaslıdan Musabəyova SƏRT CAVAB! - VİDEO
29 Aprel 2024 Toyuq ətinə tələbat kəskin artdı: bahalaşma olacaq?
29 Aprel 2024 "Azərbaycan-Qırğızıstan əlaqələri güclənməkdə davam edir" - MÜNASİBƏT BİLDİRİLDİ
29 Aprel 2024 "Yaşlı insan gəncə nümunə olmalıdır ki, gənc də ona hörmət etsin" - EKSPERT TƏNQİD ETDİ
29 Aprel 2024 Taksi ödənişini kartla, yoxsa nağd ödəməliyik? - MÜNASİBƏT BİLDİRİLDİ
29 Aprel 2024 Rasim Musabəyovun açıqlaması müzakirə yaratdı - Video
28 Aprel 2024 Vet.Dr.Təbriz Abdullazadə: "Bu baxımdan baytarlıq təkcə heyvanlar üçün deyil, insan, ətraf mühit və qida sağlamlığının qorunmasında həyati əhəmiyyət kəsb edən bir peşədir."
26 Aprel 2024 Cəsarət Əhmədov: “İnsan var ki, cəmiyyətin adamı olur, insan var ki, dövlətin adamı olur, insan var ki, Allahın adamı olur” - VİDEO
25 Aprel 2024 Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
25 Aprel 2024 Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır
25 Aprel 2024 Azərbaycan–Rusiya münasibətlərinin inkişafında yeni mərhələ
24 Aprel 2024 HEYDƏR ƏLİYEV - Əbədi müstəqilliyə imza atan Dahi Şəxsiyyət TƏHLİL
24 Aprel 2024 “Təbiət bütün dünyada eyni qanunlara tabedir və heç bir dövlət sərhədi tanımır” - ŞƏRH EDİLDİ
24 Aprel 2024 Bölgələrdə 70 qəpikdən satılan xiyar paytaxt bazarlarında nə vaxt ucuzlaşacaq? VİDEO
24 Aprel 2024 "Xarici dil məcburiyyət halı alıb, bu yaxşı deyil" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ
24 Aprel 2024 Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti
24 Aprel 2024 Ləqəblərin mənası, əhəmiyyəti, mahiyyəti və yaranma ehtiyacı nədən ibarətdir? - MÜNASİBƏT BİLDİRİLDİ
24 Aprel 2024 Zelenski ABŞ ssenarisi üzrə oynayan artistdir! - Pxenyan
23 Aprel 2024 Onlara bu şansı verməyəcəyik! - Prezident
23 Aprel 2024 “Ermənistanın sülh məsələsində dedikləri ilə etdikləri üst-üstə düşmür“ - ŞƏRH EDİLDİ
21 Aprel 2024 ABŞ Ukraynaya 61 milyardlıq yardım ayırsa da...
19 Aprel 2024 "Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
19 Aprel 2024 “Üçüncü dünya müharibəsinin real təhdid kimi qalmaq imkanları kifayət qədər genişdir“ - RƏYLƏR
19 Aprel 2024 “Qorxu erməni cəmiyyətində mental bir hisdir” - POLİTOLOQ ŞƏRH ETDİ
19 Aprel 2024 “Dinin dedikləri qətiyyən qəliz, sərt, radikal deyil” - DİN XADİMİ DANIŞDI
18 Aprel 2024 “Xalqımız dərin strateji dividentlər qazandı” - DEPUTAT FİKİR BİLDİRDİ
18 Aprel 2024 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür