Son xəbərlər

 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 30-da Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun üçüncü iclasında iştirak və çıxış edib.

 

XİN-dən Axar.az-a verilən məlumata görə, Azərbaycanın tarixi və mədəni tellərlə bağlı olduğu Mərkəzi Asiya və Ərəb ölkələri ilə diplomatik və iqtisadi münasibətlərin inkişaf perspektivlərindən bəhs edən nazir forum çərçivəsində aparılan müzakirələrin müxtəlif, o cümlədən enerji təhlükəsizliyi, nəqliyyat, turizm, kənd təsərrüfatı, yüksək texnologiyalar sənayesi üzrə əməkdaşlıqla bağlı konkret yol xəritəsinin formalaşmasına töhfə verdiyini qeyd edib.

Azərbaycanın geniş anlamda regionda güclü iqtisadiyyatların qurulması, habelə qlobal çağırışlarla mübarizə sahəsində birgə fəaliyyətə hər zaman hazır olduğu vurğulanıb.

Azərbaycanın Avrasiya məkanında istər Orta Dəhliz vasitəsilə Mərkəzi Asiyadan keçməklə Avropa və Çin arasında, istərsə də Körfəz ölkələrinə qapı açmaqla Şimal və Cənub arasında strateji yerləşmə mövqeyi, infrastruktur imkanları və biznes yönümlü şəraitinin regional əməkdaşlıq və bağlantıların inkişafı üçün mərkəz kimi diqqət çəkdiyi bildirilib.

Xüsusilə geniş alternativ enerji potensialına malik olan ölkəmizin bu sahədə sərmayələrin təşviqinə əhəmiyyət verdiyi, bu istiqamətdə artıq Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, habelə Səudiyyə Ərəbistanın “ACWA Power” şirkətləri ilə birgə bərpaolunan enerji layihələrinin reallaşdırılmasının əhəmiyyəti qeyd olunub.

Ölkənin alternativ enerji ixracı, habelə Avropanın enerji təhlükəsizliyinə daha bir töhfəsi ola biləcək Qara Dəniz Sualtı Kabel təşəbbüsünün irəlilədilməsindən bəhs edən Ceyhun Bayramov bu layihədə həmçinin digər Xəzər hövzəsi ölkələrinin iştirakı üçün potensialın olduğunu diqqətə çatdırıb.

Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işlərindən bəhs edən nazir COP29-a sədrlik zamanı ölkəmizin Qoşulmama Hərəkatına rəhbərliyi təcrübəsindən istifadə edərək müxtəlif inkişaf səviyyələrinə malik “Qlobal Şimal” və “Qlobal Cənub”u bir araya gətirməkdə qərarlı olduğunu bildirib. COP29-un, öz növbəsində, Mərkəzi Asiya və Ərəb ölkələri ilə alternativ enerji, iqlim yönümlü kənd təsərrüfatı və təbii fəlakət risklərinin öyrənilməsi sahələrində əməkdaşlıq üçün platforma ola biləcəyi diqqətə çatdırılıb.

Ceyhun Bayramov həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bu fəaliyyətə təhdid törədən mina təhlükəsi, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə ətraflı məlumat verib. Ölkəmizin tərəfdarı olduğu ikitərəfli və birbaşa sülh danışıqlarının Cənubi Qafqazda dayanıqlı sülh və sabitliyə hesablandığı, habelə delimitasiya komissiyaları arasında əldə olunmuş son razılıqların da nümayiş etdirdiyi kimi qarşılıqlı şəkildə qəbul oluna bilən nəticələrin əldə edilməsi baxımından ən effektiv və uğurlu xətt kimi özünü doğrultduğu bildirilib.

Yaxın Şərqdə mövcud gərginliyin davam etməsinin dərin narahatlıq mənbəyi olaraq qaldığını diqqətə çatdıran nazir “iki dövlət” formulası əsasında münaqişənin ədalətli və dayanıqlı həllinin vacibliyinə inandığımızı, eyni zamanda Fələstin xalqı üçün münaqişənin humanitar nəticələrinin aradan qaldırılmasına töhfə vermək üçün tərəfimizdən davamlı dəstəyin göstərildiyini diqqətə çatdırıb.

Sonda forumun yekunlarına dair qəbul olunmuş Doha Bəyannaməsində Ərəb Liqası - Azərbaycan və Mərkəzi Asiya formatı qarşılıqlı maraq doğuran məsələlər üzrə mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlığı dəstəkləyən dəyərli platforma kimi qiymətləndirilib, habelə müxtəlif digər formatlardakı səylərin təkrarlanmadan problem və nəticələrə yönümlü yanaşmanın sərgilənməsinin zəruriliyi qeyd edilib.

Doha Bəyannaməsində eyni zamanda Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə dəstək, sülh müqaviləsinin tezliklə yekunlaşdırılmasına dair çağırış, habelə Azərbaycanın 4 kəndinin qaytarılmasını nəzərdə tutan delimitasiya razılığının əhəmiyyətinə vurğu öz əksini tapıb.

Birləşmiş Ərəb Əmirliklərinin 2022-2023-cü illər ərzində BMT Təhlükəsizlik Şurasına üzvlüyünün təqdirəlayiq olduğu bildirilib, habelə beynəlxalq təşkilatlar çərçivəsində ümumi maraqlara əsaslanan qarşılıqlı dəstək və əlaqələndirilməyə çağırış olunub.

Azərbaycanın 2024-2026-cı illər ərzində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyinin məmnunluq doğurduğu, habelə AQEM və Ərəb Liqası arasında birgə layihə və tədbirlərin təşkilinə dəstək ifadə olunub.

Doha Bəyannaməsi eyni zamanda bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda sülh, sabitlik və təhlükəsizliyə hədə törədən mina təhdidindən dərin narahatlıq ifadə edərək BMT və üzv dövlətləri, habelə digər maraqlı tərəfləri bu təhlükəyə qarşı mübarizədə dəstək göstərməyə dəvət edib.

Ölkənin COP29 sədrliyinə seçilməsi məmnunluqla qarşılanıb, COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizədə dəstək ifadə olunub, habelə bu istiqamətdə qlobal həmrəylik səylərinin əldə edilməsində uğurlar arzu olunub.

Doha Bəyannaməsində həmçinin Azərbaycan və Mərkəzi Asiyanı əlaqələndirən yaşıl enerji dəhlizinin iqlim dəyişikliyi ilə mübarizə, habelə yaşıl texnologiyalara keçid prosesində əhəmiyyətinə vurğu edilib.

16 May 2024 Dönər alarkən bunlara diqqət etmək lazımdır
16 May 2024 Güllər kül oldu... - Video
16 May 2024 Güllələnən baş nazir süni koma vəziyyətinə salındı
16 May 2024 Bu ölkələr İsraildən ona görə qorxur ki... - Fidan
15 May 2024 Çevriliş ehtimalı: Rusiya Ərdoğana yenə dəstək verir?
15 May 2024 Azərbaycanda heç vaxt belə qarşıdurma olmayıb - Prezident
15 May 2024 Slovakiyanın baş naziri güllələndi - Video
15 May 2024 Fitsonun güllələnməsi görünməmiş təhlükədir - Pelleqrini
15 May 2024 Slovakiya parlamenti Fitsoya görə təcili toplanır
15 May 2024 Elşad Miri: “Allahın olmadığına inanmaq...”
15 May 2024 Paytaxtda sürücü atı maşının arxasına bağlayıb yol boyu apardı - VİDEO
15 May 2024 Qərbin “qorxduğu” Belousov buna görə gətirildi - Teleqraf
15 May 2024 Rus general Xocalıda danışdı: Hədəfə çatdıq!
15 May 2024 Samir Nuriyev İqor Petrişenko ilə görüşdü
15 May 2024 İsrail Qəzzadan sonra bura göz dikəcək – Ərdoğandan şok
15 May 2024 ABŞ-ın “yaşıl” oyunu: elektromobilləri ikiqat bahalaşdırdı
15 May 2024 Bu, Azərbaycanın tələbi deyil - Zaxarova
15 May 2024 Kərim Vəliyev rus sülhməramlılara təşəkkür etdi
15 May 2024 Gürcü, erməni etiraz edir: Bəs, biz niyə etmirik?
15 May 2024 Putin Qarabağa göndərdiyi generalı təltif etdi
15 May 2024 Zəngəzur üçün nümunə: “Kalininqrad modeli” nədir?
15 May 2024 "Aparıcıların IQ-sü yoxdur"
15 May 2024 Zelenski iki ölkəyə səfərini ləğv etdi
15 May 2024 Türkiyədə dövlət çevrilişi cəhdi... - Rusiyadan baxış
15 May 2024 Rusiya: Bu missiya Azərbaycana qarşı fəaliyyət göstərir
15 May 2024 Bakı onları Özbəkistana təhvil verdi
15 May 2024 İran polisi 4 bəlucu güllələdi
15 May 2024 Azərbaycanda boşanmaların əsas səbəbləri açıqlandı
15 May 2024 İYİ-dən çevriliş açıqlaması: Dövlətin yanındayıq!
15 May 2024 Bu ərazilər Azərbaycanın nəzarətinə verilir - Elan ediləcək