Son xəbərlər

 

Bu ilin may ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacaq.

 

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, aylıq yağıntının miqdarı əksər rayonlarda iqlim normasına yaxın olacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 18-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 15-20 dərəcə isti, gündüzlər 22-27 dərəcə isti, bəzi günlərdə 30-35 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 18-21 mm).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 17-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 13-18 dərəcə isti, gündüzlər 23-28 dərəcə isti, bəzi günlərdə 30-35 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir.(norma 33-62 mm)

Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 10-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 8-13 dərəcə isti, gündüzlər 14-19 dərəcə isti, bəzi günlərdə 23-28 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 68-122 mm).

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 12-15 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 8-13 dərəcə isti, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 23-28 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının da iqlim normasına yaxın olacağı gözlənilir (norma 52-103 mm).

Qazax, Gəncə, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 17-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 13-18 dərəcə isti, gündüzlər 23-28 dərəcə isti, bəzi günlərdə 30-35 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 43-67 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 15-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 12-17 dərəcə isti, gündüzlər 20-25 dərəcə isti, bəzi günlərdə 27-32 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 26-166 mm).

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 19-22 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu gecə 15-20 dərəcə isti, gündüzlər 23-28 dərəcə isti, bəzi günlərdə 30-35 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 26-62 mm).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 15-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 13-18 dərəcə isti, gündüzlər 22-27 dərəcə isti, bəzi günlərdə 29-33 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 41-72 mm).

20 May 2024 Azərbaycanda anemiyadan əziyyət çəkənlərin sayı artır VİDEO
15 May 2024 “Bakı Metropoliteni”ndən yayılan görüntülərə reaksiya
15 May 2024 Bakı metrosunda sərnişinin halı pisləşdi, qatar dayandırıldı
15 May 2024 Bakıda qadına əxlaqsızlıq edən şəxs həbs olundu - Video
15 May 2024 Bakıda taksi sürücülərinə qarşı reyd keçirildi
15 May 2024 Tökmə, yoxsa yığma beton?
15 May 2024 Mayda havalar niyə soyuq keçir?
15 May 2024 Bakı onları Özbəkistana təhvil verdi
15 May 2024 Bu qəbiristanlıqda 16 kamera quraşdırılacaq - Video
13 May 2024 Bakıda obyekt sahibi göyrüş ağaclarını kəsdi
11 May 2024 Abşeronda qanunsuz tikintinin qarşısı alındı - Video
11 May 2024 Bakıda daha bir bina sökülür - VİDEO
10 May 2024 AQTA: 29 müəssisədə nöqsanlar aşkarlandı
10 May 2024 Sabah 25° isti olacaq
10 May 2024 Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
10 May 2024 Bələdiyyə sənədi olan torpaqlara çıxarışı necə ala bilərik?
09 May 2024 Məhkəmə “Abzas Media” işi ilə bağlı qərar qəbul etdi
09 May 2024 Dünyanın ən isti aprel ayını yaşadıq
09 May 2024 Kreml sarayındakı şam menyusunda nələr var idi? - VİDEO
09 May 2024 Xərçəng əmələ gətirən ət məhsulları bunlardır
08 May 2024 Zaqatalada baş verən zəhərlənmənin səbəbi... – Rəsmi
08 May 2024 Natiq Qasımovun qatili keşiş Baqrata qoşuldu
08 May 2024 Taksilərlə bağlı yeni qərar qiymət artımına səbəb oldu
08 May 2024 Uşaqlar dərsə gəlmir, direktora pul verirlər - Müəllim
07 May 2024 Ukraynadan gətirilən 20 ton ət yararsız çıxdı
07 May 2024 Güneydə tarixi qala məhv edilir
07 May 2024 Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər
07 May 2024 Azərbaycandan donos verən tiktoker Əli, toyuq oğruları...
07 May 2024 Bakıda 17 min manata pişik satılır - Video
06 May 2024 Leysan olacaq, dolu yağacaq