Son xəbərlər

 

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov BBC radiosuna müsahibə verib.

 

Axar.az Azərtac-a istinadla xəbər verir ki, Elçin Əmirbəyov müsahibəsində ötən ilin sentyabrında Azərbaycanın Qarabağ və ətraf rayonlarının Ermənistan tərəfindən qanunsuz işğalına son qoyduğunu deyib. O bildirib ki, sülh üçün ən böyük maneə, yəni, Ermənistanın Azərbaycan ərazisində qeyri-qanuni hərbi mövcudluğu məsələsi öz həllini tapıb. E.Əmirbəyov, bununla da iki ölkə arasında sülh sazişi bağlamaq üçün real və unikal şansların olduğuna inandığını deyib. O, bildirib ki, iki ölkə heç vaxt sülhə bu qədər yaxın olmayıb.

E.Əmirbəyov Azərbaycan və Ermənistan arasında delimitasiya prosesinin başlamağı haqqında da məlumat verib. Onun sözlərinə görə, bu mövzuda vacib məqamlardan biri də odur ki, bu qərar heç bir üçüncü kənar tərəfin iştirakı olmadan Ermənistan və Azərbaycanın birbaşa ikitərəfli iştirakı nəticəsində qəbul edilib.

“Ermənistan ilk dəfə olaraq torpaqlarımızın işğalına hərbi əməliyyatlar nəticəsində deyil, diplomatik yollarla son qoyub. Bu, Ermənistanın və onun Qərb havadarlarının irəli sürdüyü Azərbaycanın sülh prosesində qalan çətinlikləri güc yolu ilə həll etmək istədiyi kimi iddialarının əsassız və yalan olduğunu sübut etdi. Biz sülhün tərəfdarıyıq ”, - deyə Elçin Əmirbəyov qeyd edib.

O, iki ölkə arasında mövcud olan bəzi məsələlərin həll edilməsinin də önəminə toxunub. Ermənistanın hazırkı milli qanunvericiliyində, o cümlədən konstitusiyasında Qarabağın Ermənistanın bir hissəsi kimi göstərildiyini, bunun da açıq şəkildə Azərbaycana qarşı ərazi iddiası olduğunu deyib: “Ermənistanın hazırkı milli qanunvericiliyi, o cümlədən onun konstitusiyasında Qarabağ Ermənistan ərazisi kimi göstərilir. Deməli, bu, doğrudan da, Azərbaycana qarşı ərazi iddiasıdır. İlk növbədə, hesab edirəm ki, əgər biz Ermənistan və Azərbaycan arasında sülh sazişinin əsası kimi ərazi bütövlüyünün qarşılıqlı tanınmasına ciddi yanaşırıqsa, Ermənistan bu məsələni həll etməlidir. Xüsusən də Ermənistanın baş naziri Nikol Paşinyanın bir çox hallarda Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını təsdiqləməsindən sonra…”.

Elçin Əmirbəyov Azərbaycanın mövcud fikir ayrılıqlarının sülh yolu ilə həllinə tam sadiqliyini bir daha təsdiqləyib. Azərbaycanın iki ölkə arasında danışıqların intensivləşdirilməsinin tərəfdarı olduğunu vurğulayıb.

“Biz, həmçinin Ermənistanı əmin etmək istərdik ki, sülh sazişini təşkil edən əsas prinsiplər, yəni, bir-birinin ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin toxunulmazlığının tanınması həm də Azərbaycanın üzərinə götürdüyü öhdəlikdir”, - deyə E.Əmirbəyov vurğulayıb.

O, Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında quru əlaqəsinin Ermənistan tərəfindən blokadada olduğunu qeyd edib: “Bu onu göstərir ki, üç il yarım əvvəl Ermənistanın Baş naziri N.Paşinyan ikinci Qarabağ müharibəsinin başa çatması nəticəsində Üçtərəfli Bəyannaməni imzalamaqla götürdüyü öhdəlikdən açıq şəkildə kənara çıxır”, - deyə Elçin Əmirbəyov bildirib.

O, davam edən sülh prosesini bəzi xarici dövlətlər tərəfindən potensial olaraq qeyri-sabitləşdirmək, sülh perspektivlərini riskə atmaq və Cənubi Qafqazı geosiyasi rəqabət meydanına çevirmək üçün cəhdlər olduğunu da vurğulayıb: “Konkret olaraq, mən birtərəfli yardım və silahların çatdırılması yolu ilə Ermənistanın hərbi potensialını gücləndirmək üçün bəzi Qərb dövlətlərinin yeni təşəbbüslərini nəzərdə tuturam. Düşünürəm ki, bu qeyri-şəffaf üsuldur. Bunlar sülh perspektivləri üçün yaxşı deyil, həm də təhlükəsizlik baxımından bəzi mənfi nəticələr törədə bilər”.

04 May 2024 Türk xanının xəzinəsi tapıldı – FOTO
04 May 2024 Tramp “mükəmməl sülh planı” hazırlayıb
04 May 2024 Bu, təcilidir, Avropa "ölə" bilər - Borrell
03 May 2024 İsraillə o qapını bağladıq - Ərdoğan
03 May 2024 Fransadan şok: Rusların itkisi yarım milyondur!
03 May 2024 NATO hərbçilərinin rus əsgərlərini öldürməsi... - Britaniya
03 May 2024 Rusiya ordusu 4 ayda nə qədər ərazi işğal edib?
03 May 2024 ABŞ hipersəs raketləri “tutmaq” üçün 3 milyard ayırdı
03 May 2024 Türkiyə ordusu 32 terrorçunu məhv etdi
03 May 2024 Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü
03 May 2024 II Dünya savaşından sonra belə dağıntı olmayıb - BMT
03 May 2024 Litva hücum anonsu verdi - Rusiyadan cavab
03 May 2024 Rusiya NATO-ya təhlükə yaratmır, lakin... - Braze
03 May 2024 Ər-Riyaddan Təl-Əvivə: Bunlara əməl et, razılaşaq...
03 May 2024 Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
02 May 2024 Gürcüstanda agentlər “təpik atır” - Dugin
02 May 2024 Tramp hər gün məhkəmədədir, seçilməyəcək
02 May 2024 Mühüm: Seçki qabağa çəkilə bilər - MSK sədri
02 May 2024 Ermənilərin Vardanyanla bağlı şok planı...
02 May 2024 Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...
02 May 2024 Türkiyədən gətirilən 720 kq pendir yararsız çıxdı
02 May 2024 Xameneinin Azərbaycan dili ilə doğru iradı - Video
02 May 2024 MOSSAD-ın Tehranda məhv etdiyi SEPAH üzvü...
02 May 2024 Bakı və Ankaranı cilovlamalıyıq ki... – Paşinyan
02 May 2024 Şoyqu iclas keçirdi: hərbi texnikaların sayı artırılır
02 May 2024 Çin bizə qarşı hərbi güc tətbiq edəcək - ABŞ
02 May 2024 ABŞ indi ona görə cəhənnəmdədir - Tramp
01 May 2024 Netanyahudan Qərb ölkələrinə: Haaqaya təzyiq edin!
01 May 2024 ABŞ silahları barədə mifi dağıtdıq - Roqov
01 May 2024 Berlində “Amazon”un maşınları yandırıldı - Video