N.F.Qamaleya Epidemiologiya və Mikrobiologiya Elmi Mərkəzinin baş elmi işçisi Anatoli Altşteyn sentyabrın əvvəlində Rusiyada COVID-19-a yoluxma hallarının pik həddə çatacağını güman etdi.
Milli.Az Trend-ə istinadən bildirir ki, Altşteyn Rusiyada COVID-19-a yoluxma hallarının pik vaxtını açıqlayıb və bunun avqustun sonu və sentyabrın əvvəlində olacağını bildirib.
Ekspertin fikrincə, Rusiyada gündə koronavirusa yoluxma hallarının sayı "50-60-70 min, lakin çətin ki, daha çox" ola bilər.