Türkiyə ordusu Suriyada PKK/YPG-nin daha 2 terrorçusunu məhv edib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Silahlılar Suriyanın şimalında “Sülh çeşməsi” antiterror əməliyyatı zonasına hücum planlaşdırırmış.
Buna cavab olaraq terrorçuların olduğu yerə artilleriya zərbəsi endirilib.