Müharibə başlayandan bəri Ukrayna ordusu azı 10 rus generalını məhv edib.
Eyni zamanda, rus qoşunlarının uğursuzluqları ən azı 6 rus komandirinin vəzifələrindən çıxarılmasına səbəb oldu.
Axar.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının hesabatında bildirilib.
Britaniya kəşfiyyatının məlumatına görə, Şərq və Qərb Hərbi Dairələrinin komandanları vəzifələrindən uzaqlaşdırılıblar.
“General-polkovnik Aleksandr Çayko may ayında Şərq Hərbi dairəsinin komandanlığından çıxarılıb. General Aleksandr Dvornikov da Ukraynada Rusiya ordusuna rəhbərlikdən uzaqlaşdırıldı.
General Sergey Surovikin Cənub Qüvvələr Qrupunun komandanlığını general Jidkadan təhvil aldı”, - məlumatda qeyd olunub.