Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalanması üçün danışıqlar aparmasına və sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın görüşlərinə rəğmən, yenə də Qarabağda fəaliyyətini davam etdirməyə çalışan separatçılara maliyyə yardımı edir.

 

Axar.az xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan 2022-ci ildə büdcədən “Dağlıq Qarabağ”a 20 milyard dram (təxminən 40 milyon dollar) əlavə vəsait köçürüləcəyini açıqlayıb.

Təhlükəsizlik Şurasının iclasında çıxış edən Paşinyan bu vəsaitin yaşayış evlərinin tikintisinə xərclənəcəyini qeyd edib:

“2021-ci ildə Qarabağda yaşayanların bütün kommunal xərcləri, maaşları, həmçinin “dövlət sektorundakı” bütün ödənişlər Ermənistan büdcəsi hesabına həyata keçirilib. 2020-ci ilin noyabrından indiyə qədər biz Qarabağa 136 milyard dram (272 milyon dollar) köçürmüşük və bu köçürmələri dayandırmaq fikrimiz yoxdur”.

O deyib ki, 2019-cu ildə Qarabağın “büdcəsi” 118 milyard dram (236 milyon dollar) olub, bunun 58 milyardını (116 milyon dollar) Ermənistan ödəyib, 2021-ci ildə isə 174 milyardlıq (353 milyon dollar) “büdcənin” 128 milyardını (256 milyon dollar) Ermənistan ödəyib.

“2022-ci ildə isə 144 milyard dram (288 milyon dollar) köçürüləcək”, - Paşinyan deyib.

Qeyd edək ki, 2019-ci ildə (2020-ci il 27 sentyabra qədər) Qarabağda yaşayan erməni əhalinin sayı 65 min civarında idi. Vətən savaşından sonra isə Qarabağa rus sülhməramlılarının köçürüb gətirdiyi əhalinin sayı 52,7 min olsa da, sonradan onların bir çoxu geri qayıtmışdı və hazırda Qarabağda separatçı tör-töküntüləri 30 min, Azərbaycan isə 20 min civarında erməni yaşadığını bildirir. Erməni əhalisinin sayı ən azı ikiqat azaldığı halda “maaş, kommunal xərclər və s.” üçün Ermənistan büdcəsindən iki dəfədən də çox vəsait ayrılması ciddi suallar yaradır. Belə ki, vəsaitlərin böyük hissəsinin silah və qanunsuz silahlı birləşmələrin saxlanılmasına xərcləndiyi ehtimalı olduqca yüksəkdir.

Müqayisə üçün deyək ki, 350 min əhalisi olan Naxçıvanın büdcəsi 500 milyon manat (295 milyon dollar) civarındadır.

02 May 2024 Şoyqu iclas keçirdi: hərbi texnikaların sayı artırılır
02 May 2024 Çin bizə qarşı hərbi güc tətbiq edəcək - ABŞ
02 May 2024 ABŞ indi ona görə cəhənnəmdədir - Tramp
01 May 2024 Netanyahudan Qərb ölkələrinə: Haaqaya təzyiq edin!
01 May 2024 ABŞ silahları barədə mifi dağıtdıq - Roqov
01 May 2024 Berlində “Amazon”un maşınları yandırıldı - Video
01 May 2024 Tbilisidəki polislər gündəm oldu - Foto
01 May 2024 Rusiyadan idxal olunan kartofda zərərli orqanizm aşkarlandı
01 May 2024 İsrailin “insanı buxarlandıran” silahı – Şok iddia
01 May 2024 Fransa Bakıda tam fiaskoya uğradı - Ekspert
01 May 2024 Türkiyədə Hitler üçün ehsan paylanıldı - Foto
01 May 2024 AB Tiflisə çağırış etdi: Qətiyyətlə pisləyirik!
01 May 2024 Kərəcdə sünni məzhəbli məhbus edam edildi
01 May 2024 Bu Avropa ölkəsində sinaqoq təhqir olundu - Foto
01 May 2024 Qərb Putinin gücünü anlaya bilmir – Conson
01 May 2024 Paşinyan erməniləri “verməməkdə” ittiham etdi
01 May 2024 Türkiyədə daxili reyslərə aviabiletlər bahalaşdı
01 May 2024 Ukrayna ordusu bu mövqeləri geri qaytardı
01 May 2024 Türk ordusu sürətlə hazırlaşır: dəstək olmadan girəcək
01 May 2024 Bu ölkə fransız dilindən imtina etdi
01 May 2024 Ukraynada süni intellektə vəzifə verildi - Video
01 May 2024 İranın gücü çatmır: əcnəbilər Tehrandan çıxarılır
01 May 2024 4 ayda ən çox qazanan rus milyarderlər
01 May 2024 Ukraynaya təkcə F-16 deyil, həm də... - Braun
01 May 2024 Ordumuz düşmən tankını belə məhv edib - Video
30 Aprel 2024 İndoneziyada zəlzələ oldu
30 Aprel 2024 Türkiyəli turist Qüdsdə polisə hücum etdi, güllələndi - Video
30 Aprel 2024 Mirzoyan açıqladı: Türkiyə və Azərbaycanla...
30 Aprel 2024 Ukrayna daha bir sazişdən çıxdı
30 Aprel 2024 Fransada məhbus sayı tarixi rekord qırdı