Son xəbərlər

Almaniyanın xarici işlər naziri Annalena Berbok Tehran sammitindən Ərdoğan, Putin və Rəisinin birgə fotosunu şərh edib.

Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, xarici işlər naziri bu barədə Almaniyanın "Bild" qəzetinə müsahibəsində danışıb.

“Türkiyə prezidentinin bu fotoda olması, yumşaq desək, meydan oxumaqdır”, - deyən Berbokun fikrincə, foto xüsusən NATO üzvü üçün anlaşılmazdır.

Tehran sammiti ilə bağlı fikirlərini bölüşən alman nazir belə davam edib: “Tehrandakı görüş bir daha ortaq dəyərlərimiz üçün bir yerdə olmağımızın nə qədər vacib olduğunu göstərdi”.