ABŞ Konqresinin Nümayəndələr Palatasının nümayəndə heyəti Ukraynanın paytaxtı Kiyevə səfər edib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib.
Zelenski ABŞ-a Ukraynaya təhlükəsizlik sahəsində elan etdiyi son yardım paketinə görə təşəkkürünü bildirib.