Qeyd olunub ki, saxlanılan şəxs Bərdə sakini, 21 yaşlı Xanlar Ziyadovdur. Keçirilən tədbirlərlə onun yaşadığı ünvana baxış zamanı partlayıcı maddənin hazırlanması üçün vasitələr və partlayıcını istifadə etdiyi barədə "TikTok" sosial şəbəkəsində yayımladığı görüntü aşkarlanaraq maddi sübut kimi götürülüb.
Vətəndaşlara bildirilir ki, bu təhlükəli trend faciəyə yol aça bilər.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Xanlar Ziyadov həbs edilib. Araşdırmalar davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.