İran Prezidenti Məsud Pezeşkian İran-İraq müharibəsində öldürülən iki erməni – Uşavan Eyvazyan və Qalik Tomanyanın ailəsini ziyarət edib.
Axar.az xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfirliyinin Teleqram kanalı məlumat yayıb.
Ziyarət zamanı Məsud Pezeşkian Uşavan Eyvazyanın xanımı Nina Hartunyans Nəxçevantəpə və Qalik Tomanyanın anası Hasmik Mirzayan Hartunyan Qərcedaği ilə söhbət edib.
Qeyd olunub ki, İran prezidenti müharibədə ölən hər iki erməninin fədakarlığını yüksək qiymətləndirib.