Hörmətli nazirimiz Rəşad Nəbiyevin hazırladığı və sayın millət vəkilimiz, 1 sentyabrda keçirilən seçkilərdə məhz bu şücaətinə görə xalqın kütləvi surətdə səs verib (hətta başqa rayonlardan da gəlib, ona səs vermək istəyirdilər, polislər xalqın qabağını zorla aldı), yenidən deputat seçdiyi Tahir Mirkişilinin sayəsində parlamentdən sağ çıxan qanunun tətbiqi ilə Bakının iflic yolları əməlli-başlı düzəlib.

 

Çünki 65 min taksi vardı, bu taksilər Bakıda dəhşətli sıxlığa və tıxaclara səbəb olurdu. Onun sayını kəskin azaltdılar. Rəşad müəllim və Tahir kişi doğru olaraq elə hesab edirdilər ki, taksilərin bu qədər ucuz və əlçatan olması biabırçılıqdır – hər yerdə bahalaşma gedir, ancaq taksi ucuzlaşır. Buna necə dözmək olardı?

Beləliklə, Tahir Mirkişilinin cidd-cəhdlə parlamentdə müdafiə edib, deputatların hürreyi ilə sayını azaltdığı və qiymətini bahalaşdırdığı taksilər azalandan sonra xoşbəxtliyimizin dərəcəsi fontan vurmağa davam edir. İndi taksi sürücüləri yeni qaydalara uyğunlaşmaq üçün qəti rüşvət vermirlər, arayışları da rüşvətlə almırlar, ili təzə olan maşını taksi şirkətlərində qeydə saldırıb, əvvəlki maşınları ilə fəaliyyəti də davam etdirmirlər. Yəni Tahir müəllimin sayəsində yeni neqativliklər qətiyyən ortaya çıxmayıb.

Taksi bahalaşandan və azalandan, əlçatmaz olandan sonra 16 sentyabrda, o cümlədən bu gün Bakı yollarının necə genişləndiyini, yol qırağında tikilən, hər yeri bürüyən, piyada yollarını belə zəbt edən göydələn və ticarət mərkəzlərinin qəfildən necə geri sürüşdüyü və prospekt-küçələrin bir anda boşaldığını, heç bir tıxac və ya sıxlığın olmadığını müşahidə etdik. Doğrudur, insanlar işə gəlmək üçün 2 saat tez durmağa və 3 marşrut dəyişməyə məcbur olurlar. Ancaq bütün bunlar xalqın sağlamlığı, aktivliyi üçündür: tezdən durmaq sağlamlığın rəhnidir, üstəlik, o avtobusdan düşüb buna minməklə idman edirik və bu da ömrümüzü uzadır.

Bu qədər qayğımıza qaldığı üçün Mirkişiliyə minnətdarıq.

Hələ metro... Qətiyyən gecikmələr-zad olmur – bəzən vaqonun qapısının bağlanıb-bağlanmadığından şübhələnir maşinist və depoya gedəsi olur, bəzən vicdansız sərnişinlər utanıb-qızarmadan vaqonun qapısını tutub saxlayırlar, bağlanmağa qoymurlar. Buna görə xırdaca – 4-5 dəqiqəlik fasilə yaranır ki, bu da “fasilə”dir, gecikmə-zad deyil. Sərnişinlərdən niyə vaqonun qapısını bağlanmağa qoymadıqlarını soruşanda arsız-arsız deyirlər ki, bəs, işə gecikirik, vaqona girmək istəyirik, içəridə də yer yox!

Ayıbdır, vallah! Əvvəla, vaqona girməzlər, minərlər. İkincisi, içəri keçməyə yer yoxdursa, qalx qatarın üstünə, arxasınca qaç, tunellə yürü də - bu qədər geniş şərait olduğu halda qapıdan niyə sallaşırsan ki?

Bütün günah sərnişinlərdədir – hamı eyni vaxtda işə, həm də metro ilə getməyə çalışır. Niyə tezdən durub, piyada işə getməyə tənbəllik edirlər, anlamaq olmur.

Daha bir günah əhalinin sayının sürətlə artması idi ki, şükür, bunun da öhdəsindən digər nazirimizin sayəsində gəlirik. Hazırda əhalinin sosial müdafiəsi istiqamətində həyata keçirilən möhtəşəm tədbirlər sayəsində artım xeyli azalıb – təsadüfən cənab nazirimiz deməmişdi ki, xalqın artım sürəti çoxdur.

O boyda sabiq nazir, çox hörmətli Fikrət Yusifov da bəyan edir ki, uşaqpulu yalnız əhali artımı az olan ölkələrdə tətbiq edilir, bizdə əhali sayında artım azalsa da, azalma gözləniləndən daha zəif gedir və ona görə də bu istiqamətdə tədbirlər görülmür. Allah qoymasa, 10-15 ildən sonra metroya minənlərin sayı kəskin azalar...

Tədbirlərin davam etdirilməsi üçün qət-təzə parlamentə çağırış edirəm və əminəm ki, yollarımızın daha da tıxacsız olması üçün növbəti tədbirlər həyata keçiriləcək, taksilərə yeni tələblər qoyulacaq və onların sayı bir neçə dəfə də azaldılacaq.

Xahişim isə odur ki, metro tunellərində avtobus zolaqlarının çəkilməsi imkanı da yaradılsın!

20 Sentyabr 2024 Qarabağ Universiteti ona görə sentyabrın 20-si açıldı ki...
20 Sentyabr 2024 Qaqauz lideri Rusiya səfərini yarımçıq qoydu
20 Sentyabr 2024 Saxta dəyərlərlə sülhə töhfə vermək olmaz - Bayramov
20 Sentyabr 2024 İlham Əliyev neftçiləri təbrik etdi
20 Sentyabr 2024 Prokuror 7 il iş istəmişdi, məhkəmə Tovmasyanı azad etdi
20 Sentyabr 2024 ABŞ separatçılara belə dəstək olur - Bəyanat
20 Sentyabr 2024 Bu Azərbaycan vətəndaşı ölkəmizə ekstradisiya olunacaq
20 Sentyabr 2024 Vüqar Əhmədov Beyləqanda vətəndaşları qəbul edib
20 Sentyabr 2024 ABŞ-ın 29 ildə Azərbaycana qoyduğu sərmayə...
20 Sentyabr 2024 Nəcməddin Sadıkovu görün hansı qüvvələr QORUYUR - SENSASİYA
20 Sentyabr 2024 Prezident tələbələrə hərbçilərin qəhrəmanlığından danışdı
20 Sentyabr 2024 Ərdoğan göstəriş verdi: bu əməliyyata 60 həkim girdi - Foto
20 Sentyabr 2024 Evində tapılan kitab Qalstyanı "Azərbaycan casusu" etdi
20 Sentyabr 2024 Nazir xanım polkovniki buna görə vəzifədən azad etdi
20 Sentyabr 2024 Əfsanəvi qəhrəmanımızın qohumu qəzada öldü - Foto
20 Sentyabr 2024 Suverenlik Günümüzü ilk bu ölkə təbrik etdi - Foto
20 Sentyabr 2024 Antiterror tədbirlərindən yeni görüntülər - Video
20 Sentyabr 2024 İki qardaş yarım milyardı necə mənimsəyib? - Şok cinayət
20 Sentyabr 2024 XİN Azərbaycan xalqını təbrik etdi
19 Sentyabr 2024 Anar Qədiməliyevin qəbuluna düşə bilməyən qazi saxlanıldı
19 Sentyabr 2024 İranlı hakerlər Trampın başına oyun açdı
19 Sentyabr 2024 Gündə 208 suşi, 2,5 kq ət yeyir, 50 doza insulin vururmuş... - Video
19 Sentyabr 2024 Saxta yuyucu vasitələr istehsal edən sex aşkarlandı - Video
19 Sentyabr 2024 Üzeyir Hacıbəylinin ev muzeyinin görüntüləri - Video
19 Sentyabr 2024 Televizordan bizi izləyə, maşını idarə edə bilərlər: Necə qorunaq?
19 Sentyabr 2024 Leninə sui-qəsdi qardaşı törədib, Kaplan isə ölməyib - Sirr
18 Sentyabr 2024 Çayın yanına yaraşacaq dadlı peçenye resepti - VİDEO
18 Sentyabr 2024 Bu gün nə bişirim?
18 Sentyabr 2024 Rusiya ilə hərbi-texniki əməkdaşlıq 10%-ə düşüb - Qriqoryan
18 Sentyabr 2024 Komitə məşhur sement şirkətini cərimələdi