Son xəbərlər

 

Üçüncü Dünya müharibəsinin baş verməsi ilə bağlı bir çox risk, həm də əksinə, olmaması üçün ümidlər var.

 

Axar.az xəbər verir ki, bu sözləri Hakan Fidanın “Habertürk” kanalına müsahibəsində Üçüncü Dünya müharibəsi riski ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.

Ekspert indiki hadisələrin əsrin əvvəlində başlayan prosesin davamı olduğunu bildirib:

“ABŞ Əfqanıstan və İraqı işğalla başlayan geosiyasi yanaşmanı Böyük Orta Şərq layihəsi və “Ərəb baharı” ilə davam etdirdi. Buna Rusiya Ukrayna müharibəsinə başlamaqla cavab verdi. Bu rəqabətçi mərhələ gərginliyi artırdı. Yəni tərəflərdən biri məğlubiyyəti qəbul etmədiyi üçün proses hələ də bitməyib. Məğlubiyyəti boynuna götürməyən və döyüşmək iradəsi göstərən tərəflərin olduğu yerdə gərginliyin artması, daha kəskin fazaya daxil olması başadüşüləndir. Bu baxımdan Ukrayna müharibəsi həm də proksilərlə aparılan müharibədir. Arxasınca isə Qəzzada müharibə başladı. Qəzzadakı müharibənin kökündə teosiyasətin dayanması isə təhlükənin miqyasını daha da genişləndirir. Əvvəllər öldürülən hər əsgərin qisasını alan İsrail indi teosiyasi məqsədlərə çatmaq üçün buna əhəmiyyət vermir”.

Ağar Üçüncü Dünya müharibəsi başlayacağı təqdirdə onun sərhəd və qaydalarının olmayacağını, bəşəriyyətin məhvi ilə nəticələnə biləcəyini qeyd edib:

“Sadaladığımız səbəblər müharibənin fərqli sahə, təbəqə və formalara doğru meyil etməsinə gətirib çıxarır. Ancaq bütün tərəflər qlobal müharibənin Yer kürəsini, burada iştirak edəcək hər kəsi məhv edə biləcəyini yaxşı dərk edir. Bu da onları dayandıran əsas faktordur. Hazırda böyük güclər arasında siyasi, iqtisadi, hərbi, geosiyasi gərginliyin olduğu və ehtirasların qabardığı danılmaz faktdır. Buraya teosiyasi doqmalar da daxil edilib. Fikrimcə, tərəflərin teosiyasi doqmalar ilə öz əməllərinə haqq qazandırması qeyd etdiklərimiz arasında ən təhlükəli amillərdəndir”.

Xatırladaq ki, Hakan Fidan bir neçə gün öncə “Habertürk” kanalına müsahibəsində Üçüncü Dünya müharibəsi təhlükəsinddən bəhs edib. Türkiyə Müdafiə Nazirliyinin mənbələri isə buna münasibət bildirərək heç kimin müharibə istəmədiyini, lakin bütün ssenarilərə hazır olduqlarını qeyd edib.

02 İyul 2024 Uşağa təcavüz Türkiyəni qarışdırdı - Əslində nə baş verir?
02 İyul 2024 Türkiyə daha 13 terrorçunu zərərsizləşdirdi
02 İyul 2024 Türkiyədə 14 manata, Bakıda 70 manata satılırsa, bu, faciədir
02 İyul 2024 Abid Şərifovun kürəkəninin yerinə o təyin edildi
02 İyul 2024 Seçkiləri izləmək üçün 30-a yaxın təşkilata dəvət göndəriləcək
02 İyul 2024 Hindistanda ibadətgahda izdiham: 107 nəfər öldü
02 İyul 2024 Mirzoyan Gürcüstana səfər edəcək
02 İyul 2024 Nəsiminin qadın ustadı kim olub? - qadın sufi şeyxlər...
02 İyul 2024 Gedişhaqqı ilə bağlı təklif: günlük 1,5 manat olsun
02 İyul 2024 Elgiz, Zaur, Xoşqədəmlə bağlı qərar verildi
02 İyul 2024 Türk bayrağına təhqir - Müvəqqəti Hökumət bəyanat yaydı
02 İyul 2024 Bu barədə ölçü götürüləcək - Direktorlara xəbərdarlıq
02 İyul 2024 Bu uşaq əşyaları təzə alınmalıdır: 2 dəfə baha olsa belə
02 İyul 2024 Azərbaycan Polisi 106 yaşında - Video
02 İyul 2024 Ali Məhkəmədən Donad Trampla bağlı qərar
01 İyul 2024 Yumurtanın zərərli olduğunu bilirsiniz?
01 İyul 2024 Pezeşkian Heydər Əliyevin bu məşhur sözünü təkrarladı
01 İyul 2024 Sülh sazişinin başlıca şərti... - Əliyev
01 İyul 2024 Düşünürlər ki, Rusiya bu boyda ərazi və sərvətə layiq deyil!
01 İyul 2024 Taksi fəaliyyəti ilə bağlı yeni tələblər qüvvəyə mindi
01 İyul 2024 Bu nəqliyyat vasitələri videokameralarla təchiz olunmalıdır
01 İyul 2024 Kərəviz şirəsinin orqanizmə inanılmaz faydası
30 İyun 2024 Toyuğu kəsib yeməsəniz,nə qədər yaşayacaq? - Gözlənilməz CAVAB
30 İyun 2024 BMT baş katibi türk ölkəsinə gəlir
29 İyun 2024 Bayden debatı uduzdu: yerinə kim gələ bilər?
28 İyun 2024 “İslam dinində halal sayılan və sayılmayan musiqilər var“ - DİN XADİMİ
28 İyun 2024 Pezeşkianın vədlərində qeyri-adi heç nə yoxdur - Həsəni
28 İyun 2024 MSK seçki prosesinə start verəcək
28 İyun 2024 ABŞ Azərbaycanı NATO sammitinə dəvət etdi
28 İyun 2024 Azərbaycan mühüm qaz təchizatçısıdır - Obrayen