Dağıdıcı müxalif yığnağının aprelin 21-ə təyin etdikləri mitinqi təxirə salmalarından sonra müəyyən maraq doğuran məsələlər ortaya çıxıb. Xüsusilə də aydın olub ki, bu dil qəhrəmanları özlərinə inanmadıqlarından müəyyənləşdirdikləri aksiyanı təxirə salmağa məcbur olublar. Yəni Əli Kərimli, Cəmil Həsənli və digərləri şüurlu şəkil də dərk ediblər ki, aksiyaya maraq mövcud deyil, bu səbəbdən də mitinqə gələn olmayacaq. Ona görə də, xarici ağalarının qarşısında bir daha rüsvayçılıq yaşamamaq üçün mitinq şousunun vaxtını uzatmağa məcbur olublar. Hesab edirlər ki, müəyyən vaxt qazanmaqla məram və məqsədlərini anlamayan bir qrup insanla söhbətlər aparmaq, onlara şirnikləndirici vədlər verməklə mitinqə gələnlərin sayını artırmaq olar. Bütün bunlar bir daha onu təsdiq edir ki, dağıdıcı müxalif ünsürlərin tez-tez dilə gətirdikləri “demokratiya” anlayışı öz dayaz əxlaqları ilə ölçülür. Əli Kərimli və Cəmil Həsənli sosial şəbəkələr də hay-küy qaldırırlar ki, “hakimiyyət mitinqin müəyyənləşdirilən yer də keçirilməsinə icazə verməsə demokratiya təhlükəyə məruz qalmış olacaq”. Fikir verin bu məxluqlar mitinqi “28 may” və “Nərimanov” metrostanisyalarının önün də keçirmək istəyirlər, hansı ki, həmin ərazilər Bakı şəhərinin mərkəzi əraziləridir. Həm də sözügedən ərazilərin önü insanların və avtomabillərin ən sıx hərəkət etdikləri ərazilərdir. Bu yerlər də mitinqin keçirilməsinə icazə verilməməklə demokratiya pozulacaqsa, vay belə demokratiyaya. Sual olunur, əgər Əli Kərimli və Cəmil Həsənli demokratik dəyərlərə belə hörmət edirlərsə, niyə o zaman şəhər sakinlərinin hərəkət etmək və ya istirahət hüquqlarını pozurlar?

Ştatlı mitinqçilər də Ə.Kərimlinin və C.Həsənlinin məkrli planlarının icraçısı olmaq istəmirlər

Nəzərə almaq lazımdır ki, hər bir kəsin şəhərin istənilən küçə və meydanında hərəkət etmək və ya dükan, bazara alış veriş etmək, park və xiyabanlar da istirahət etmək hüququ var. C.Həsənli və Ə.Kərimli erməni lobbisinin sifarişi əsasında məhz mərkəzi küçə və meydanlar da mitinq keçirməyə cəhd etməklə insanların hüquq və azadlıqlarını kobud şəkil də pozmuş olur. Təbii ki, şəhər icra hakimiyyəti heç bir hal da iki-üç nəfər işbazın marağına görə, ümumi cəmiyyətin mənafeyinə zidd addım ata bilməz. Haqlı olaraq da atmır. Bakı şəhər icra hakimiyyəti mitinq keçirmək azarına düşən dağıdıcı müxalif ünsürlər hay-küy qaldırıb, populist xarakterli boşboğazlıqlar etmək üçün Qaradağ rayon stadionunu göstərir. Əgər ora getmək istəmirlərsə bu onları öz problemləridir. Başlıca problemləri təbii ki, sosial baza baxımında ciddi çatışmazlıqlar yaşamalıdır. Məhz bu amil səbəbindən yuxarıda da qeyd etdiyimiz kimi Ə.Kərmli və C.Həsənli aprelin 21-ə təyin etdikləri mitinqi mayın 5-ə keçirməyə məcbur olublar. Bu vaxtı qazanmaqla ətraflarına muzdulu mitinqçi toplaya biləcəklərini düşünürlər. Lakin bu da mümkünsüz görünür. Çünki artıq ştatlı mitinqçilər də Ə.Kərimlinin və C.Həsnlinin məkrli planlarının icraçısı olmaq istəmirlər. Başa düşürlər ki Ə.Kərimli və C.Həsənli xarici maraqlı dairələrdən milyonlar alsalar da onlara qəpik quruş verirlər. Ən pis hal da isə onların qanunsuz aksiya da iştirak etmələrinə görə, inzibatı cəza tətbiq olunması riski də var. Məhz bu və digər səbəblərdən dağıdıcı müxalifət ciddi problemlər qarşısında qalıb. Bu məqam da diqqət çəkən məsələ ondan ibarətdir ki, 21 aprel mitinqini təxirə saldıqlarına görə, xaricdəki antimilli ünsürlər Ə.Kərimlini ağ yuyub qara sərirlər.

İnandırıcı deyil ki, bundan sonra Ə.Kərimli növbəti mitinq keçirmək xəyalına düşsün

 

Xaricdəki antimilli ünsürlər AXCP sədri Ə.Kərimlini xalqı aldatmaqda ittiham edirlər. “Azad söz” adlı internet kanalında Trol Sadıqlı açıq şəkil də bəyan edib ki, Ə.Kərmli 21 aprel mitinqini təxirə salmaqla qorxaqlığını göstərmiş oldu: “İnsanları aldadıb, sonra onları pis vəziyyətə qoymaq, utancverici haldır, Ə.Kərimli ciddi yanlışlığa yol verdi və bu yanlışlıq bağışlanmazdır”. Trol Sadılının hədəsi onu deməyə əsas verir ki, xaricdəki antimilli ünsürlər Ə.Kərmli ilə əlaqəni kəsəcəklər. Yəni onunla əməkdaşlıqdan imtina edəcəklər. Əli Kərimli ətrafındakı Fuad Qəhrəmanlı, Gültəkin Hacıbəyli, İlham Hüseyn, Seymur Həzi və bu kimi digər trolların xaricdəki antimilli şəbəkəyə qarşı ittihamlar irəli sürmələri onu göstərir ki, artıq tərəflər arasında qarşıdurma yaranıb. Bundan sonra səngərlər qazılacaq və tərəflər bir-birinə qarşı ən sərt formada ittihamlar, söyüş və təhqirlər səsləndirməyə başlayacaqlar. Bu fakt həm də hər iki antimilli qrupun maraq savaşının, qrant və qonorar uğrunda döyüşünün və cılız mahiyyətinin növbəti təsdiqidir. Nəzərə almaq lazımdır ki, Əli Kərimli ilə ABŞ-da veyl həyat tərzi yaşayan Sevinc Osmanqızı arasında münasibətlər ciddi qarşıdurma vəziyyətindədir. Deməli S.Osmanqızı Avropadakı antimilli ünsürlərlə gücünü birləşdirməklə Ə.Kərimlini siyasətə gəlməsinə peşman edəcəklər. Bütün hallar da görünən ondan ibarətdir ki, dağıdıcı müxalifətin 21 aprel mitinqinin iflasa uğraması Ə.Kərmlinin onsuzda ağır olan vəziyyətinin dah da ağırlaşmasına gətirib çıxarıb. İnandırıcı deyil ki, bundan sonra toparlanan Ə.Kərmli növbəti mitinq keçirmək xəyalına düşsün. Bu baxımdan əminliklə demək olar ki, Milli Şura mayın 5-ə planlaşdırdığı mitinqini müəyyən bəhanə gətirməklə təxirə salacaq.

İLHAM ƏLİYEV

02 May 2024 “EasyCep” Azərbaycanda fəaliyyətini genişləndirir
02 May 2024 Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video
02 May 2024 Şuşadan bəyan edirəm, xülyalara qapılmayın! - Şeyx
02 May 2024 Prezident Əsədovu yenidən bu vəzifəyə təyin etdi
02 May 2024 Prezident Leonid Kalaşnikovu qəbul etdi
02 May 2024 Səhər yeməyindən imtina etməyin - Dəhşətli nəticələr
02 May 2024 Bunu oxuyandan sonra bir də heç vaxt çiyələk yarpaqlarını atmayacaqsınız
02 May 2024 “Allergiyası olanlar bu qidaları yeməsinlər - yeyən uşaqlar...”
02 May 2024 Dueyn Consona görə şirkət 50 milyon zərərə düşdü
01 May 2024 Şeyxdən Ermənistana çağırış: Xülyalara aldanıb…
01 May 2024 Lalə Məmmədova şəhid övladları ilə bir arada - Video
01 May 2024 Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - VİDEO
01 May 2024 “Qənimət Zahid yenə sərsəmləyib” - DEPUTAT FİKİR BİLDİRDİ
01 May 2024 "Qanunları pozan hər bir kəs qanun qarşısında cavab verməlidir" - MÜNASİBƏT BİLDİRİLDİ
01 May 2024 Biz imkan verə bilmərik ki... - İlham Əliyev
01 May 2024 Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi
01 May 2024 Bundan sonra siyasi hücumlara məruz qaldıq - Prezident
01 May 2024 Gürcüstanda döyülən müxalifət lideri tanınmaz halda - Foto
01 May 2024 Bakı bu obyektlərin qorunmasına ciddi yanaşır - Əmirbəyov
30 Aprel 2024 İrandan bu məhsulların idxalı dayandırıldı - Rəsmi
30 Aprel 2024 Frank Şvabe siyasi terrorçudur - Səməd Seyidov
30 Aprel 2024 İkitərəfli sülh danışıqları töhfə verir - Bayramov
30 Aprel 2024 Mirziyayevi təhqir edən şəxsə hökm oxundu
30 Aprel 2024 Başkəndin İrəvana verilməsi… - Musabəyov “düzəltdi”
30 Aprel 2024 Putinin bu fərmanı “dönüş nöqtəsi” oldu
30 Aprel 2024 Bank şəhid atasını məhkəməyə verdi: Kömək edin!
30 Aprel 2024 Ukrayna Teleqrama məhdudiyyətləri müzakirə edir
30 Aprel 2024 Mask beş gündə qazancı dünyanı şoka saldı
30 Aprel 2024 ADNA terrorundan 15 il ötür...
30 Aprel 2024 Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək...