Aprelin 19-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffurini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

 

Nazirliyin Mətbuat xidməti idarəsindən Axar.az-a bildirilib ki, görüşdə Azərbaycan və İtaliya arasında mövcud çoxölçülü strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, habelə cari regional vəziyyət müzakirə olunub.

Ceyhun Bayramov ölkəmizdə fəaliyyəti dövründə Azərbaycan və İtaliya arasında münasibətlərin inkişafı istiqamətində göstərdiyi səylərə görə səfir Klaudio Taffuriyə təşəkkür edib, ona gələcək fəaliyyətində davamlı uğurlar arzu edib.

İki ölkə arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, mədəni, humanitar və sair istiqamətlər üzrə çoxölçülü strateji tərəfdaşlıq münasibətlərinin məmnunluq doğurduğu, mövcud Strateji Dialoq mexanizminin əlaqələrə mühüm töhfə verdiyi diqqətə çatdırılıb. Bu istiqamətdə, həyata keçirilən qarşılıqlı səfər və təmasların, habelə siyasi məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Qarşı tərəf cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri ilə bağlı məlumatlandırılıb. COP29-un iqlim dəyişikliyi ilə mübarizə sahəsində bir sıra tərəfdaşlar, o cümlədən İtaliya ilə əməkdaşlığa əlavə töhfə verəcəyi bildirilib.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesindən bəhs edən nazir Ceyhun Bayramov İtaliya tərəfinə hazırkı həssas zamanda sərgilədiyi ədalətli mövqeyə görə təşəkkür edib. İtaliyanın mövqeyindən regional sülh və təhlükəsizlik quruculuğu tədbirlərinə təhdid törədərək birtərəfli və qərəzli yanaşma nümayiş etdirən bir sıra aktorlar tərəfindən nümunə götürülməsinin vacibliyi qeyd olunub.

Səfir Klaudio Taffuri Azərbaycanda diplomatik fəaliyyəti dövründə göstərilən dəstək və əməkdaşlığa görə öz minnətdarlığını bildirib, bundan sonra da Azərbaycan və İtaliya arasında tərəfdaşlığın daha da güclənməsinə dair inam ifadə edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

02 May 2024 “EasyCep” Azərbaycanda fəaliyyətini genişləndirir
02 May 2024 Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video
02 May 2024 Şuşadan bəyan edirəm, xülyalara qapılmayın! - Şeyx
02 May 2024 Prezident Əsədovu yenidən bu vəzifəyə təyin etdi
02 May 2024 Prezident Leonid Kalaşnikovu qəbul etdi
02 May 2024 Səhər yeməyindən imtina etməyin - Dəhşətli nəticələr
02 May 2024 Bunu oxuyandan sonra bir də heç vaxt çiyələk yarpaqlarını atmayacaqsınız
02 May 2024 “Allergiyası olanlar bu qidaları yeməsinlər - yeyən uşaqlar...”
02 May 2024 Dueyn Consona görə şirkət 50 milyon zərərə düşdü
01 May 2024 Şeyxdən Ermənistana çağırış: Xülyalara aldanıb…
01 May 2024 Lalə Məmmədova şəhid övladları ilə bir arada - Video
01 May 2024 Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - VİDEO
01 May 2024 “Qənimət Zahid yenə sərsəmləyib” - DEPUTAT FİKİR BİLDİRDİ
01 May 2024 "Qanunları pozan hər bir kəs qanun qarşısında cavab verməlidir" - MÜNASİBƏT BİLDİRİLDİ
01 May 2024 Biz imkan verə bilmərik ki... - İlham Əliyev
01 May 2024 Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi
01 May 2024 Bundan sonra siyasi hücumlara məruz qaldıq - Prezident
01 May 2024 Gürcüstanda döyülən müxalifət lideri tanınmaz halda - Foto
01 May 2024 Bakı bu obyektlərin qorunmasına ciddi yanaşır - Əmirbəyov
30 Aprel 2024 İrandan bu məhsulların idxalı dayandırıldı - Rəsmi
30 Aprel 2024 Frank Şvabe siyasi terrorçudur - Səməd Seyidov
30 Aprel 2024 İkitərəfli sülh danışıqları töhfə verir - Bayramov
30 Aprel 2024 Mirziyayevi təhqir edən şəxsə hökm oxundu
30 Aprel 2024 Başkəndin İrəvana verilməsi… - Musabəyov “düzəltdi”
30 Aprel 2024 Putinin bu fərmanı “dönüş nöqtəsi” oldu
30 Aprel 2024 Bank şəhid atasını məhkəməyə verdi: Kömək edin!
30 Aprel 2024 Ukrayna Teleqrama məhdudiyyətləri müzakirə edir
30 Aprel 2024 Mask beş gündə qazancı dünyanı şoka saldı
30 Aprel 2024 ADNA terrorundan 15 il ötür...
30 Aprel 2024 Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək...