Bakı metrosunda "Dərnəgül"-"Həzi aslanov" istiqamətində hərəkət edən qatar "Elmlər Akademiyası" stansiyasında olarkən sonuncu vaqonun qapısında nasazlıq ehtimalı olub.
Bu barədə Axar.az-a "Bakı Metropoliteni" QSC-dən bildirilib.
Məlumata görə, bu səbəbdən maşinist qapıya baxış keçirib. Metropolitenin normativ tələblərinə uyğun olaraq əlavə baxış keçirilməsinə ehtiyac olduğu üçün sərnişinlər düşürülərək qatar elektrik deposuna yola salınıb.
Bunun əvəzinə xəttə ehtiyat qatar verilib. Nəticədə xətdə iki qatar arasında intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb.