Bəzən aldığımız kompüterlərdə bir müddət sonra müəyyən problemlər üzə çıxır.

Vətəndaşlar tez-tez kompüter alarkən hansı məsələlərə diqqət etməklə bağlı suallar qarşısında qalırlar.

Məsələ ilə bağlı Axar.az-a danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz kompüter alarkən diqqət yetirməli olduğumuz nüansları açıqlayıb. O, əvvəlcə kompüteri nə üçün istifadə edəcəyimizi aydınlaşdırmalı olduğumuzu bildirib:

“İlk növbədə kompüter almazdan əvvəl ondan nə üçün istifadə edəcəyinizi özünüz üçün aydınlaşdırmalısınız. “Kompüter sizə internetdən istifadə, yazı yazmaq, yoxsa hansısa mühüm əməliyyatları həyata keçirmək üçün lazımdır?” sualına cavab verdikdən sonra məsələnin əsas hissəsini həll etmiş olursunuz və beləcə axtarışa çıxa bilərsiniz”.

O.Gündüz bildirib ki, siz özünüzə uyğun kompüteri 500 manata da ala bilərsiniz:

“Kompüter almamışdan öncə müəyyən etməlisiniz ki, onu hardan alacaqsınız. Yəni bəzən müşahidə edirik ki, kompüter mağazası açılır və tez bir zamanda bağlanıb, başqa ad altında fəaliyyətini davam etdirir. Bu hallar hazırda çox müşahidə olunur. Buna görə də oturuşmuş mağazalardan kompüter alınması daha məqsədə uyğundur. Əsas diqqət yetirilməli olduğumuz məqam isə zəmanətin verilməsi ilə bağlıdır. Yəni zəmanətin şərtlərinə diqqət yetirmək lazımdır. Zəmanət alarkən onun üzərində bütün zəruri qeydlər olmalıdır.

Nəhayət, sizin model seçiminizdir. Model seçimi zamanı isə həmin brendin Bakıda normal servisinin olmasına diqqət yetirməlisiniz. Məsələn, siz “Lenovo”, “Əpl”, HP və s. alırsınız. Bu cür şirkətlərin Bakıda servisinin olduğunu müəyyənləşdirmək lazımdır”.

01 May 2025 Bu gündən I sinfə şagird qəbulu başlayır
29 Aprel 2025 Saxta e-poçtlarla kiberhücumlar edilir - Xəbərdarlıq
29 Aprel 2025 Azərbaycanda unun topdansatış qiymətləri açıqlandı
25 Aprel 2025 İyunda 13 gün iş olmayacaq
21 Aprel 2025 Xəstəlik vərəqi e-sənəd kimi tərtib ediləcək
15 Aprel 2025 Güclü küləklə bağlı sarı, narıncı və qırmızı xəbərdarlıq....
14 Aprel 2025 Yeniyetmə qızın döyülməsi ilə bağlı DİN-dən məlumat
11 Aprel 2025 Metropoliten "28 May"la bağlı bütün suallara aydınlıq gətirdi
08 Aprel 2025 FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
08 Aprel 2025 Yağış yağır, güclü külək əsir - Faktiki hava
07 Aprel 2025 Süd məhsullarının emalı müəssisəsində ciddi pozuntular…
26 Mart 2025 Qeyri-sabit hava ilə bağlı xəbərdarlıq
17 Mart 2025 "Ramazan ayı" dələduzluğu başladı - Xəbərdarlıq
20 Fevral 2025 Qışın ən uzunmüddətli soyuq dövrü başlayır
19 Fevral 2025 20 dərəcə şaxta olacaq - Daha bir xəbərdarlıq
17 Fevral 2025 Bu universitetdə oxuyanlara şad xəbər: Britaniya diplomu da alacaqlar
12 Fevral 2025 Bakı-Tiflis-Bakı qatar reysləri fəaliyyətə başlaya bilər
11 Fevral 2025 Metro stansiyalarına yeni adlar veriləcək
04 Fevral 2025 9 kənddə işıq olmayacaq
27 Yanvar 2025 Neftçalada ov qaydalarını pozanlar saxlanıldı
22 Yanvar 2025 14 kənddə 3 saat işıq olmayacaq
21 Yanvar 2025 Metro ilə bağlı cərimələr artırılır: 200 manata qədər...
15 Yanvar 2025 Məktəblərdə telefondan istifadə qadağan edildi
14 Yanvar 2025 Unun topdansatış qiymətləri – Cədvəl
13 Yanvar 2025 Geomaqnit qasırğası gözlənilir?
10 Yanvar 2025 Bu ərazilərdə 8 dərəcə şaxta oldu
10 Yanvar 2025 Bakıya iki gün qar yağacaq - Bu tarixdə
10 Yanvar 2025 Bakıda tramvaylar bu ərazilərdən keçəcək
08 Yanvar 2025 Ramazan ayında Qədr gecələrinin vaxtları açıqlandı
08 Yanvar 2025 Novruzun ilk çərşənbəsi bu tarixə təsadüf edəcək