![]() |
![]() |
Türkiyə may ayında Azərbaycana gözlənilən səfəri zamanı İsrail Baş naziri Benyamin Netanyahunun təyyarəsinin hava məkanından keçməsinə icazə verib.
Axar.az xəbər verir ki, bu barədə “Azerbaijani-İsraeli Alliance Global Nyus” məlumat yayıb.
“Bu, Azərbaycanın İsrail və Türkiyə arasında gərginliyin azaldılmasına yönəlmiş vasitəçiliyinin kiçik, lakin simvolik uğurunu ifadə edir”, - məlumatda qeyd olunub.
Qeyd olunub ki, 2024-cü ilin noyabrında Türkiyə İsrail Prezidenti İshaq Hersoqun Bakıda keçirilən COP29 sammitində iştirakını onun təyyarəsinin hava məkanından keçməsinə icazə verməməklə faktiki olaraq əngəlləyib.