NATO-nun Ukraynaya hərbi qüvvə göndərmək planı yoxdur.
Axar.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
“NATO müttəfiqləri Ukraynaya görünməmiş dəstək verir. Biz bunu 2014-cü ildən edirik və genişmiqyaslı işğaldan sonra fəaliyyətimizi gücləndirdik. Lakin NATO qoşunlarının Ukraynada yerləşdirilməsi planı yoxdur”, - Stoltenberq bildirib.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Avropa qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini demişdi.