“Beynəlxalq təşkilatlar Azərbaycanı birmənalı şəkildə dəstəklədilər. Ermənistanın yeni təxribat əməlləri, yeni ərazilər əldə etmək cəhdi beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pislənildi”.
Bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidmət İdarəsinin rəisi Leyla Abdullayeva deyib.
O bildirib ki, iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətindəki hadisələr Ermənistan tərəfindən törədilmiş hərbi təxribat, terror aktı, gücdən istifadə etmək cəhdidir: “Ermənistan tərəfindən başladılan bu hərbi təxribatla bağlı beynəlxalq ictimaiyyət də narahatlıq keçirdi. Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, GUAM və digər beynəlxalq təşkilatlar Ermənistanın bu təxribatını qəti şəkildə pisləyən bəyanatlarla çıxış etdilər. Onlar Ermənistanın Azərbaycanın mülki əhalisini atəşə tutmasını qəti şəkildə pislədilər”.
“Ermənistanın Tovuzdakı təxribatlarının bir neçə səbəbi var. Bundan əvvəl Ermənistan işğalçı və irticaçı doktrina qəbul etmişdi. Burada yeni ərazilərə iddialar var idi”.
"Ölkə.Az"ın oxu.az-a istinadən xəbərinə görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribatlarla bağlı keçirilən mətbuat konfransında bildirib.
H.Hacıyev əlavə edib ki, Ermənistan tərəfinin Azərbaycan Ordusuna məxsus UAZ avtomobilinin guya Ermənistan tərəfinə keçməsi barədə iddiaları gülüş doğurur.
“Bu, təsadüfi atəşkəs pozulması halları deyildi. Məqsəd diqqəti Dağlıq Qarabağ münaqişəsindən yayındırmaq və Ermənistanın daxil olduğu hərbi-siyasi təşkilatları münaqişəyə cəlb etmək idi.
Ermənistanın digər məqsədi yeni ərazilər işğal etmək və ərazidəki Azərbaycana məxsus yüksəkliklərin ələ keçirilməsi idi. Ermənistanın hərbi-siyasi avantürası iflasa uğradı”.
Prezidentin köməkçisi bildirib ki, Azərbaycan Ordusu Ermənistana layiqli zərbələr endirdi və Azərbaycanın sərhəd toxunulmazlığı və mülki əhalisinin təhlükəsizliyi təmin edildi.
“Ermənistanın beynəlxalq ictimaiyyəti aldatmaq cəhdləri də fiasko ilə nəticələndi. Çətin vəziyyətə düşən Ermənistan və erməni lobbisi Kim Kardaşyanın yardımına müraciət etdilər”, -deyə o əlavə edib.
H.Hacıyev söyləyib ki, Ermənistan silahlı qüvvələri qəsdən, məqsədyönlü şəkildə mülki əhalini də hədəfə aldı:
“Təəssüflər olsun ki, Tovuz hadisələrində bir nəfər mülki sakin həlak oldu”.
Ermənistana Serbiyadan Gürcüstan ərazisi ilə hərbi sursat daşınması ilə bağlı xəbərlər dezinformasiyadır.
Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda bildirilib.
Bəyanatda qeyd olunub ki, Gürcüstan və Azərbaycanı strateji tərəfdaş ölkələrdir və hər iki ölkənin xalqları arasında uzunmüddətli dostluq əlaqələri mövcuddur və dezinformasiya yayan media orqanları iki ölkə arasındakı əlaqələrə kölgə salmağa çalışır.
“Bir daha vurğulayırıq ki, Gürcüstan və Azərbaycan dərin və inkişaf edən strateji tərəfdaşlıq əlaqələrinə malikdir və xalqlarımız arasında uzunmüddətli dostluq əlaqələri var. Hər iki ölkə regionda mühüm rol oynayır və biz bir çox birgə regional, qlobal əhəmiyyətli layihələri həyata keçiririk. Bu, qərəzli informasiyadır və iki strateji tərəfdaş ölkə arasındakı münasibətlərə süni şəkildə problem yaratmağa yönəlib”, – deyə Gürcüstan XİN-in bəyanatında bildirilib.
Xatırladaq ki, bir sıra kütləvi informasiya vasitələrində Serbiyadan Ermənistana xeyli sayda müxtəlif çaplı minaatanların çatdırılmasına dair məlumatlar yayılıb.
Minaatanların Gürcüstan üzərindən Ermənistana keçirildiyi qeyd olunub.
Baş nazir Əli Əsədov “Büdcə təşkilatlarında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, təbii qaz və su) istehlakına görə limitlərin müəyyən edilməsi və tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 164 nömrəli Qərarında dəyişiklik edib.
Bununla bağlı Nazirlər Kabinetinin saytında məlumat yerləşdirilib.
Bildirilib ki, dəyişikliyə əsasən, qərarın yeddinci hissəsi ləğv edilib.
Qeyd edək ki, həmin qərarın yeddinci hissəsində Dövlət Statistika Komitəsinə büdcə təşkilatları ilə birlikdə kommunal xidmətlərdən istifadə barədə (miqdar və pul ifadəsində) rüblük və illik hesabat aparılmasını təmin etmək tapşırılmışdı.
Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.
Oxu.az məlumatına görə, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Kəpəz Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Arif Hüseynov vəzifəsindən azad edilib.
Nazirin digər əmri ilə O, Ağstafa Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, V.Eyvazovun əmri ilə Ağstafa RPŞ-nin bütün rəhbər heyəti iyunun 11-də işdən çıxarılmışdı.Milli Məclisin inzibati binasının qarşısında gənc oğlan özünü doğrayıb.
BAKU.WS-in əldə etdiyi görüntüdə vətəndaşın özünə bıçaqla xəsarət yetirməsi əks olunub.
Onun bu əməlini hansı səbəbdən etdiyi hələlik məlum deyil.
Hüquq-mühafizə orqanlarından BAKU.WS-ə verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.
Yaxın saatlarda hadisə ilə bağlı ətraflı məlumat veriləcək.
Prezident İlham Əliyev fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Təyyar Cəfərovla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən Təyyar Cümşüd oğlu Cəfərov Azərbaycanda elmin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.
Bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, İsmayıllı Rayon Polis Şöbəsi rəisinin əməliyyat üzrə müavini Əbülfət Abdullayev vəzifəsindən uzaqlaşdırılıb.
Onun yerinə Nicat Vəliyev təyinat alıb.
Xəbər verdiyimiz kimi, 16 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni Xarici İşlər nazirinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Ceyhun Əziz oğlu Bayramov Azərbaycan Respublikasının Xarici işlər naziri təyin edilib.
Dövlət başçısının digər sərəncamı ilə C.Bayramov Təhsil naziri vəzzifəsindən azad olunub.
21 may 2020-ci il tarixində Prezident İlham Əliyev Əbülfəs Mürsəl oğlu Qarayevi Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayaıb.
Artıq ölkədə hər iki nazirliyin nazir postları boşdur.
Müxtəlif KİV-də isə yeni nazirlərin kim olacağı barədə xəbərlər yayılmaqdadır. Bildirək ki, nazirlərin təyin edilməsi Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə mümkündür. Buna görə, yazılan informasiyalar həqiqəti əks etdirmir.(qazet.az)
Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının rəisi, general-mayor Nazim Əliyev vəzifəsindən azad olunub.
Report xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, N.Əliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.