Fateh Terim Azərbaycan millisinə təklif olundu.
Türkiyə yığmasının və "Qalatasaray”ın sabiq baş məşqçisi Fateh Terim Azərbaycan millisinə rəhbərlik edə bilər.
Axar.az “FutbolPress”ə istinadla xəbər verir ki, 70 yaşlı mütəxəssis menecerlər vasitəsilə AFFA-ya təklif olunub.
Qurum Terimin namizədliyini nəzərdən keçirir, ancaq qərar verməyə tələsmir.
Terim 2022-ci ilin yanvarından işsizdir. Mütəxəssis 1999/2000 mövsümündə “Qalatasaray”la UEFA Kubokunu qazanıb. O, “sarı-qırmızılar”la 8 dəfə Super Liqada, 3 dəfə Türkiyə kubokunda, 4 dəfə də Türkiyə Superkubokunda qalib olub.
1993-1996, 2005-2009 və 2013-2017-ci illərdə ölkəsinin millisinə rəhbərlik edən Terim İtaliyada “Milan” və “Fiorentina”da da işləyib.
Qeyd edək ki, Avro-2024-ün seçmə mərhələsinin son matçında millimiz Belçikaya 5-0 məğlub olduqdan sonra baş məşqçi Canni De Byazi istefaya göndərilib.
Millimizin baş məşqçiliyinə namizəd kimi Şenol Günəşin də adı hallanır.