Azərbaycanın FİFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.
Axar.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Almaniyada "Bavariya" və Danimarkanın "Kopenhagen" klublarının U-19 komandaları arasında keçiriləcək Gənclər Liqasının A qrupunun matçını idarə edəcək.
Məsiyevə Pərvin Talıbov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasının Mixael Baxer (Almaniya) yerinə yetirəcək.
Qeyd edək ki, matç noyabrın 29-da Münhendə keçiriləcək.