Futbol üzrə Azərbaycan Premyer Liqasının 22-ci turunun rəmzi komandası açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, “InStat” şirkətinin təhlili əsasında 11 nəfərlik heyətə ən çox “Qarabağ”dan futbolçu daxil edilib.
Həftənin oyunçusu isə Abdullah Zubir seçilib. Fransız oyunçu “Sumqayıt”a qarşı görüşdə 90 dəqiqə meydanda olub və 2 qolla yadda qalıb.