“Barselona” ilə Lionel Messi arasında imzalanacaq müqavilənin maddi tərəfləri mediaya bəlli olub.
Qol.az-ın xəbərinə görə, İspaniya mətbuatı yazıb ki, Kataloniya klubu argentinalı hücumçusuna bir həftəsinə 1 milyon avrodan çox pul təklif edib. Bu isə futbolçunu razı salıb. Beləliklə, yeni müqaviləyə əsasən, Messi ildə 62 milyon avro qazanacaq.
Qeyd edilib ki, maaşın artırıması ilə bağlı təklif Messidən yox, klub rəhbərliyindən gəlib.
Xatırladaq ki, bir neçə gün əvvəl “Barselona” rəsmi saytında yaxın vaxtlarda Messi ilə 2021-ci ilin iyunun 30-na qədər yeni müqavilə imzalayacağını açıqlayıb.