"Pis oynadığımızı düşünmürəm. Rəqib az qol epizodları yaratdı. Oyuna nəzarət etdik və çox çalışdıq. Xüsusilə, ikinci hissədə daha yaxşı oynadıq. Amma nəticə istədiyimiz kimi olmadı".

Qol.az-ın məlumatına görə, bu sözləri "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/4 finalında "Tottenhem"ə 0:1 hesabı ilə uduzduqları ilk oyundan sonra deyib.

O,istifadə edə bilmədikləri penaltidən başqa bir neçə qol epizodu yaratdıqlarını söyləyib: "Yaxşı oyun nümayiş etdirdik, ancaq nəticə fərqli oldu. Çempionlar Liqasının çətinliyi də budur. Növbəti dəfə penaltini düzgün yerinə yetirəcəyik. Bu haqda çox düşünməməliyik. İndi biz "Kristal Pelas"la matça hazırlaşmalıyıq. "Tottenhem"i fikirləşməyə çox vaxtımız yoxdur" - deyə o bildirib.

Qvardiola daha sonra deyib: "0:1 bəzən 0:0-dan yaxşıdır. Çünki tam olaraq nə etmək lazım olduğunu bilirsən. Bəlkə də oyuna təkrar baxıb fikrimi dəyişəcəm. Amma hesab edirəm ki, biz yaxşı oynadıq".