Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin son 2 oyunu baş tutacaq.

Publika.az xəbər verir ki, günün ən gözlənilən matçı "Mançester Yunayted" ilə "Barselona" arasında olacaq.

"Qırmızı şeytanlar" doğma meydanda ispanları qəbul edəcək. Digər bir matç isə Amsterdamda start götürəcək. Turnirin sürpriz komandası "Ayaks" doğma azarkeşləri önündə "Yuventus"u sınağa çəkəcək. “Yuventus” turnirin ardıcıl 3 dəfə qalibi olan “Real”ı sürpriz şəkildə məğlub edən “Ayaks”la ehtiyatlı davranmağa məcburdur.

Bugünkü oyunların cavab matçları 16 apreldə baş tutacaq.

Çempionlar Liqası,

1/4 final mərhələsi

10 aprel

23:00.”Ayaks” (Hollandiya) – “Yuventus” (İtaliya)

23:00.”Mançester Yunayted” (İngiltərə) – “Barselona” (İspaniya)