Bakıda avtobus yanıb.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, Bakı Bus MMC-yə məxsus avtobus şəhərinin mərkəzi küçələrinin birində tüstüləməyə başlayıb.

Qurumdan bildirilib ki, hadisə bu gün baş verib.

"Bu gün saat 11:31-də Hüseyn Cavid prospektində 17 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda anidən tüstülənmə baş verib.

Avtobusda mövcud avtomatik qoruma sistemi işə düşüb. Sərnişinlər avtobusdan operativ olaraq düşürülüb. Nəqliyyat vasitəsi qarajdan ehtiyat avtobusla əvəz edilib, marşrutun hərəkət qrafiki bərpa edilib. Sərnişinlər arasında xəsarət alan yoxdur.

Hazırda hadisə ilə bağlı daxili araşdırma aparılır".

Həmin görüntüləri təqdim edirik:
Xankəndi ərazisində 3 müxtəlif markalı avtomat və 1 tüfəng aşkarlanıb.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bundan başqa polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 10-da şəhər ərazisində 11 ədəd qumbara, 22 ədəd patron darağı, 1988 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Yanvarın 9-da Xankəndi şəhəri ərazisində 11 ədəd qumbara, 17 ədəd müxtəlif markalı avtomat silahı aşkarlanıb.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bundan başqa, şəhərdə 2 ədəd tapança, 10 ədəd tüfəng, 12 ədəd alışdırıcı, 84 ədəd patron darağı, 2 ədəd patrondaş, 12 ədəd süngü-bıçaq, 6635 ədəd müxtəlif çaplı patron və digər sursatlar
2015-ci təvəllüdlü Ömər Heydərov qızılca xəstəliyi səbəbindən həyatını itirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şagird Nəsimi rayoununda yerləşən 5 saylı orta məktəbin rus bölməsinin 1D sinif şagirdi olub.

Məktəbdən saytımıza bildirilib ki, Ö.Heydərov xəstəliklə əlaqədar dekabrın 29-30-da dərslərdə iştirak edə bilməyib, daha sonra isə onun vəziyyəti pisləşib və dünyasını dəyişib.