Bakıda marketdən oğurluq edilib.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən marketlərin birindən 6055 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən Neftçala rayon sakini Əli Abdullayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
Gəncə şəhərində məktəblini qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində həbs qətimkan tədbirləri seçilib.

Axar.az Report-a istinadən xəbər verir ki, Gəncə şəhər Məhkəməsində Gəncə şəhər sakini, Raul Rəhimovu qətlə yetirməkdə şübhəli bilinən Fərid Şabanov barəsində Gəncə şəhər Prokurorluğunun təqdimatına baxılıb.

Prosesdə təqdimat təmin edilərək F.Şabanovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, yanvarın 23-də Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin qarşısında həmin məktəbin şagirdi olan R.Rəhimov bıçaqla xəsarət yetirilərək öldürülüb. Onu qətlə yetirməkdə şübhəli bilinən Fərid Şabanov aparılan əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.
Çinin Tszyzansi əyalətində çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 39 nəfər ölüb.

Axar.az xəbər verir ki, məlumatı "Kazinform" agentliyi yayıb.

Bildirilib ki, hadisə yanvarın 24-də Tszyansi əyalətinin Sinyuy şəhərində baş verib. Axtarış xilasetmə əməliyyatı davam edir. Hadisənin şəraiti və səbəbi araşdırılır.

Yanğın qurbanlarının artacağı ehtimal olunur.
Vətəndaşlarda olan odlu silah-sursatların könüllü təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, cari ay ərzində Şamaxı Rayon Polis Şöbəsinə müraciət edən rayon sakinləri 1- yivli "Karabin" markalı odlu silah satmaqla ümumilikdə 9 tüfəngi və patronları könüllü olaraq təhvil veriblər.

Bu istiqamətdə aparılan profilaktik tədbirlərə dəstək verdikləri üçün vətəndaşlara təşəkkür edilib.
Türkiyənin Sivas şəhərində mebel fabrikində oksigen çəni partlayıb.

Axar.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Məlumata görə, partlayış zamanı 2 nəfər yaralanıb. Hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürmə briqadası və polis gəlib.
Çinin Henan əyalətinin Nanyan şəhərindəki məktəb yataqxanasındakı yanğın baş verib.

Axar.az xəbər verir ki, bu barədə ölkənin "Sinhua" agentliyi məlumat yayıb.

Yanğın nəticəsində 13 nəfərin öldüyü bildirilib. Hadisədə həmçinin bir nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.
Sevgilisi ilə birlikdə restoranda tort yeyən qadın komaya düşüb.

Milli.az xarici mətbuata istinadla bildirir ki, İtaliyanın Milan şəhərində yerləşən restoranda "Tiramisun Mascherpa" yeyən qız 10 gün sonra dünyasını dəyişib. 20 yaşlı Anna Bellisarionun ölümü ilə bağlı cinayət işi açılıb. Araşdırmalar nəticəsində məlum olub ki, onun südə allergiyası olub və yediyi tiramisu səbəbindən dünyasını dəyişib. 
Ukraynanın Xarkov vilayətinin Çuquyev şəhərində partlayışlar baş verib.

Axar.az xəbər verir ki, bu barədə  "Strana.ua" məlumat yayıb.

Ətraflı məlumat verilmir. Qeyd edək ki, Xarkov və daha 3 vilayətdə hava həyəcanı siqnalı elan edilib.
Yardımlıda 10 otaqlı evdə yanğın baş verib.

FHN-dən Axar.az-a verilən məlumata görə, Yardımlı rayonunun Porsova kəndində ümumi sahəsi 300 m² olan birmərtəbəli 10 otaqlı evin yanar konstruksiyaları 280 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Göygöldə maşın yanıb.

Milli.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Göygöl rayonu, Üçtəpə kəndində "Mercedes-Benz" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.