Son xəbərlər

 

“Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin sülh, əmin-amanlıq və dostluq şəraitində yaşadığı ölkə kimi tanınıb. Tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi hüquqi qaynaqlarda, sənədlərdə yaşayır”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Lalə Mehralı deyib.

O bildirib ki, multikulturalizmin ABŞ, İsveç, Avstraliya, Kanada modeli kimi növləri olmasına baxmayaraq, Azərbaycanın dünyaya təqdim etdiyi model bir çox dövlətlər tərəfindən rəğbətlə qarşılanır və nümunə kimi tətbiq edilməkdədir: “Bu model tarixi köklərə bağlı olduğu üçün daha dayanıqlıdır. ABŞ-ın Yuta və Oreqon ştatlarının Senat və Nümayəndələr Palataları tərəfindən Azərbaycanın tolerantlıq modelini təqdir edən geniş bəyannamənin qəbul edilməsi qeyd edilənlərə bariz nümunədir. Azərbaycan etnik-dini dözümlülük simvoludur.

Həmçinin biz Azərbaycandakı tolerantlığın ən güclü nümunəsini 44 günlük müharibədə də gördük. Dinindən, milliyətindən asılı olmayaraq bütün gənclər vətən üçün cəbhəyə axışdı. Eynilə I Qarabağ Müharibəsində olduğu kimi II Qarabağ Müharibəsinin də dini-etnik mənsubiyyəti fərqli olan qaziləri, qəhrəmanları, şəhidləri oldu. Ortaq dəyərlər etnik, dini, siyasi, sosial, mədəni mənsubiyyətindən asılı olmayaraq bizim ölkədə yaşayan hər bir insan üçün ümumi ehkamlara söykənir”.

21 Noyabr 2024 "Həmin hadisədən 33 il keçib" - HƏRBİ EKSPERT FİKRİ
21 Noyabr 2024 Ətin qiymətinin kəskin bahalaşmasının səbəbi nədir? - SƏBƏB AÇIQLANDI
21 Noyabr 2024 Tramp gitara satışına başladı
21 Noyabr 2024 Münasibətlərimiz yüksək səviyyədədir
21 Noyabr 2024 QƏLƏBƏLƏR, QALİBLƏR PARTİYASI - YENİ AZƏRBAYCAN PARTİYASI
20 Noyabr 2024 "Ağdam bundan sonra Qafqazın "mirvarisi" adlanacaq" - MÜNASİBƏT BİLDİRİLDİ
20 Noyabr 2024 “Biz heç bir dəstək almadan Böyük Qayıdış layihəsini həyata keçiririk” - ŞƏRH EDİLDİ
20 Noyabr 2024 “YAP dünyada nüfuzlu partiya kimi tanınır“ - ŞƏRH EDİLDİ
20 Noyabr 2024 Bu seriala görə İTV-yə xəbərdarlıq edildi
20 Noyabr 2024 Bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq
20 Noyabr 2024 YAP - Siyasi sabitlik, davamlı inkişaf
20 Noyabr 2024 “Fransa müstəmləkəçiliyi altında yaşayan xalqlar artıq barışmaq istəmir“ - ŞƏRH OLUNDU
20 Noyabr 2024 Əsrin duelindən kim qalib çıxacaq?
20 Noyabr 2024 Kamaləddin Qafarov: “Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi”
20 Noyabr 2024 Bağırmağın mənası yoxdur: "İndi vuracağıq..."
20 Noyabr 2024 Azərbaycanda dini fəaliyyətə 9 milyon manat ayrılır
19 Noyabr 2024 "Dil qaydalarının tez-tez dəyişməsi insanlar arasında çaşqınlıq yaradır" - MÜNASİBƏT BİLDİRİLDİ
19 Noyabr 2024 Azərbaycana qarşı QISQANCLIQ – TƏHLİL
19 Noyabr 2024 "Multikulturalizm bizim dövlət siyasətimizdir" - ŞƏRH EDİLDİ
19 Noyabr 2024 “YAP-ın yaradılması tarixi zərurətdən doğmuşdur“ - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
19 Noyabr 2024 İlham Əliyev onları hakim təyin etdi
19 Noyabr 2024 Naxçıvanın sosial-iqtisadi inkişafına ayrılmış vəsait azaldıldı
18 Noyabr 2024 Haylara baha başa gələcək SƏRT TƏDBİRLƏR – TƏHLİL
18 Noyabr 2024 Tramp fövqəladə vəziyyət tətbiq edəcək - Təsdiqlədi
18 Noyabr 2024 Meymunçiçəyi virusu yayılır: Azərbaycanda vəziyyət necədir? VİDEO
18 Noyabr 2024 Turşudan zəhərləmə ölümlə nəticələnib - Təhlükədən necə qorunmaq olar? VİDEO
18 Noyabr 2024 Fransa və Niderland müstəmləkəçiliyi: dəyişən ancaq sözlərdir
18 Noyabr 2024 Konstitusiyanın xarakterik cəhətlərindən biri onun sabit olmasıdır
16 Noyabr 2024 Üçtərəfli bəyanat Ermənistanın kapitulyasiyasını rəsmiləşdirdi
14 Noyabr 2024 Polyak şərqşünasın “Məhəmməd Süleyman oğlu Füzuli” kitabı çap olunub