![]() |
![]() |
Aqil insanlar haqqında hələ qədim dövrlərdən belə bir fikir formalaşmış və bu günə kimi gəlib çıxmışdır. Dillər əzbəri olan bu fikir belədir. Ağıllı adam düşdüyü çətinliklərdən hər zaman çıxış yolu tapır. Aqil adam isə ümumiyyətlə heç bir çətinliyə düşmür. Bəli, hazırkı dönəmdə belə insanlara nadir hallarda rast gəlinir. Son illərdə baş verənlərin yekununda diqqət çəkiləsi xəyli problematik situasiyalar var ki, günümüzdə dərhal həllinə çalışmalı və daha geniş miqyasda yayılmasına imkan vərilməməlidir.
Yaşadığımız cəmiyyətdə az qala gündəlik eşitdiyimiz bir kəlmə, "hazırki nəsil cırlaşıb" kimi ifadələr eşitmə sistəmimizi az qala iflic vəziyyətinə salıb. Bəli, bu situasiya üzərində o kəslər ki, müəyyən gənəşiklər yapmaq, çıxış yollarının aramasını vacib sayırlar, bələləri alqışa layiqdirlər. İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri cənab Əhməd Əhmədzadənin yaxından köməkliyi ilə Şəmkir maşın kanalından Dəliməmmədli şəhərinə və kanal altında yerləşən 8 kəndə suvarma suyu verildi. Bu il isə kanalın Nadirkənd kəndinədək 7 km-lik hissəsi istifadəyə veriləcəkdir ki, bu da suvarılan əkin sahələrini daha da genişləndirəcəkdir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ötən il 16 yaşayış məntəqəsində 19 ədəd subartezian quyusu qazılmışdır. Bu da suvarma suyuna olan tələbatının ödənilməsinə xeyli təkan verəcəkdir. Bu il isə 18 subartezian quyusu qazılacaqdır. Hər iki suvarma idarəsi Rauf Teyyubov, Gündüz Bağırov mövcud su ehtiyatlarından daha səmərəli istifadə etməli, əkinlərin vaxtında suvarılmasını təmin etməlidirlər.
Əhalinin içməli su ilə təmin edilməsində və əkin sahələrinin suvarılmasında subartezian quyularının böyük əhəmiyyəti var. Bu baxımdan Goranboyun kənd təsərrüfatı işçiləri bu il 48 min ha sahədə əkin işləri aparıb. Rayonda suvarmanı həyata keçirən "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Goranboy Suvarma Sistemləri və Subartezian Quyularının İstismarı İdarələrinin kollektivləri əkin sahələrinin su ilə təmin olunması üçün gücləndirilən iş rejimində çalışırlar.
Goranboy subartezian quyular istismar idarəsinin rəisi Rauf Teyyubov başçılığı altında subartezian və artezian quyuların "xidməti" ərazisində min hektarlarla suvarılan sahə mövcuddurvvə bundan əlavə, həmin ərazidə yaşayan yüz minlərlə nəfər əhalinin içməli, kommunal-məişət və digər məqsədlər üçün su təminatı da subartezian və artezian quyuları vasitəsi ilə ödənilir.
Prezident İlham Əliyevin tapşırığı əsasında meliorasiya və su təsərrüfatı kompleksi ilə bağlı xüsusi dövlət Proqramının qəbul edilməsi nəzərdə tutulmuşdur. Respublikanın bütün bölgələrində olduğu kimi Goranboy rayonunda da 2019-cu ildə əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilmişdir. Rayonda əkin sahələrinin suvarılması subartezian quyuları, nasos stansiyaları təbii su mənbələri hesabına həyata keçirilir.
Rayon Suvarma Sistemləri İdarəsinin kollektivi 20 min ha əkin sahəsinə xidmət göstərir. Bu sahələrin suvarılmasında Kürəkçay, İncəçay, Goran çaylarından və sol sahil Tərtər kanalından istifadə olunur. Çaylarda suyun səviyyəsi azaldığı üçün su təsərrüfatı işçiləri idarənin balansında olan 6 su-nasos stansiyasının gücündən daha səmərəli istifadə etməyə səy göstərirlər. Suvarmada su itkisinin qarşısını almaq məqsədi ilə 380 min kubm. arx və kanallar lildən, alaq otlarından təmizlənib. Sel və daşqına qarşı 98 min kubm. mübarizə tədbirləri görülüb. Bunun nəticəsi olaraq ötən aylar ərzində əkin sahələri normal suvarılıb.
Rauf Teyyubov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Rauf Teyyubov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Goranboy Subartezian Quyularının İstismarı İdarəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!